Avropa nüvə planını AKTİVLƏŞDİRDİ – Köhnə qitədə III Dünya Savaşına hazırlıqlar BAŞLAYIR

13:48 8.03.2025 214
Fransa prezidenti Emmanuel Makron martın 5-də ölkə əhalisinə müraciətində bildirib ki, Rusiya Fransa və Avropa üçün ciddi təhlükəyə çevrilibBu əsasda da o, Aİ ölkələrini müdafiə etmək üçün Fransanın nüvə silahından istifadə məsələsilə bağlı diskussiyaya başlamağa çağırış edib.

O bildirib ki, bununla bağlı Parisdəki avropa ordularının bütün komandirlərilə görüşməyi planlayıb. Görünür burada məqsəd Rusiya ilə sərhəd ölkələrdə Fransanın nüvə başlıqlarını yerləşdirməkdir.

Makron deyib ki, nüvə təhdididin qarşısının alınması, mühüm əhəmiyyt kəsb edir:

“Bu siyasət bizim Avropadakı bütün müttəfiqlərimizə yayılmalıdır.

Makron həmçinin, müdafiə xərclərinin artırılması vacibliyini qeyd edib:

“Avropa özünü daha yaxşı müdafiə etmək gücündə olmalıdır. Biz silahlanmaya ciddi diqqət yetirməliyik.

Bundan əlavə, Avropa müdafiəyə əlavə 800 milyard avro ayıracaq.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib ki, Avropa təhlükəsizlik sammiti qitə üçün dönüş nöqtəsində toplanıb və müdafiə qabiliyyətini artırmaq və Ukraynanı gücləndirmək üçün qərarlar qəbul etməlidir: 
 
"Fövqəladə dövrlər xüsusi tədbirlər tələb edir. Bu, Avropa və bizim Avropa ailəmizin bir hissəsi olan Ukrayna üçün dönüş nöqtəsidir. Avropa açıq-aşkar təhlükə ilə üz-üzədir. Buna görə də, Avropa özünü müdafiə edə bilməli, həmçinin Ukraynanın da müdafiəsini təmin edərək ədalətli və davamlı sülhü irəlilətməlidir".

O əlavə edib ki, Avropa güc yolu ilə sülhə nail olmaq istəyir və bu məqsədlə liderlərə "ReArm Europe” planını təqdim edəcək. Bu plan Avropanın müdafiəsinə 800 milyard avro həcmində investisiyalar yatırmağı nəzərdə tutur. 

“Köhnə qitə”də III Dünya Savaşına hazırlıq başlayıb?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, ABŞ Prezidenti Trampın atdığı son addımlar Aİ liderlərini ağır durumla üz-üzə qoyub:

“ABŞ-ın Prezidenti Trampın kəskin siyasi dəyişiklik etməsi, Ukraynaya münasibətdə Putinə daha yaxın mövqe tutması, bəzən hətta onun dediklərini təkrarlaması, Kiyevə hərbi yardımı dayandırması, kəşfiyyat məlumatlarını verməməsi, Avropadakı müttəfiqlərinə qarşı iqtisadi rüsumları artırması, həm Makronu, həm də onun Avropadakı digər həmkarlarını çox ağır duruma salıb. İndiyə qədər ABŞ-ın təhlükəsizlik çətiri altında olan Avropa hazırda vəziyyətdən çıxış yolu axtarır.

Onlar artıq özünə güvənmək məcburiyyətindədir. Ardıcıl görüşlər keçirsələr də, nəticəsiz başa çatır. Dünən də Aİ liderləri Brüsseldə toplaşdılar. Lakin növbəti dəfə Ukraynaya yardımla bağlı heç bir qərar verilmədi. Maraqlıdır ki, Ukraynaya yardımla bağlı qərara etiraz edən ölkələr sırasında Fransa və Almaniya öndə olub. İlk dəfədir ki, Zelenski heç bir bəyanat vermədən Brüsseli ümidsiz şəkildə tərk etdi”.

“Avropa özünü necə qoruyacağını düşünür”

Ekspert qeyd edir ki, Aİ ölkələri müdafiə xərclərini artırmaq niyyətini elan etsələr də, onun nə vaxt reallaşacağı və Avropanın özünü qorumasına xidmət edib-etməyəcəyi sual altındadır:

“Avropa liderləri müdafiə qüdrətini artırmaqla bağlı təkliflər verir. Əvvəl Böyük Britaniyanın Baş naziri Starmer elan etdi ki, 2027-ci ildə müdafiə xərclərini ümumdaxili məhsulun 2,5 faiz səviyyəsinə qaldlrmaq fikrindədir. Aİ ölkələri dünənki toplantıda müdafiə xərclərini ÜDM-nin 1,5 faizi həcmində artırmaq qərarını verdi.
 
Ancaq onun nə vaxt reallaşacağı, habelə Avropanın özünü qorumaq səviyyəsinə çatacağı da ciddi suallar doğurur. Çünki Aİ liderləri adətən əvvəl müəyyən bəyanatlar verir, yalnız sonra onun real olub-olmadığı barədə düşünürlər. Onu da nəzərə alaq ki, Avropanın qabaqcıl ölkələri iqtisadi cəhətdən ciddi problemlərlə üzləşiblər. Trampın atdığı addımlar da öz növbəsində onların vəziyyətini çətinləşdirib”.

Bu səbəbdən politoloq hesab edir ki, Avropa əslində III Dünya Savaşına hazırlaşmır. Özünü nə cür qoruyacağı barədə düşünür, yollar axtarır və hələlik ümidverici nəticəyə gəlməyib:

“Ukrayna müharibəsi və Trampın qələbəsi Avropanın mahiyyətini, durumunu, təhlükəsizliyinin hansı səviyyədə olduğunu açıq şəkildə göstərdi. Gördülər ki, vəziyyət yaxşı deyil. Ona görə də çıxış yolları arayırlar. Onu da anlayırlar ki, ABŞ olmadan bu qeyri-mümkündür”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir