YALAN AYAQ TUTAR, ANCAQ... - FƏQANİ QARAYEVİN HAQQINDA DEYİLƏNLƏR ŞƏR VƏ BÖHTANDIR...

11:06 26.09.2025 67

Son illər ölkəmizdə bir tendensiya getdikcə güclənir: kiminsə üzərində qurulmuş “şayiə iqtisadiyyatı”, “informasiya alveri” adlanan məkrli oyunlar. Sanki bəziləri üçün sosial şəbəkələr, bloglar, ucuz saytlar sözün əsl mənasında “tribuna”ya çevrilib. Ən təəssüf doğuran məqam isə budur ki, çox vaxt belə yerlərdə ortaya atılan informasiyalar araşdırılmadan, dəqiqləşdirilmədən, heç bir hüquqi və ictimai məsuliyyət daşımadan tirajlanır. Obyektiv jurnalistikanın, araşdırma və sənəd əsasında söz deməyin yerini isə ucuz təhqir, qərəzli qaralama və sifarişli böhtanlar tutur. Əgər həqiqət varsa, niyə gizlədilsin? Əgər kiminsə fəaliyyəti doğrudan da düzgün deyilsə, bunu sübut etmək elə də çətin deyil. Qanun var, məhkəmə var, ictimaiyyət var. Amma görürük ki, bəzi qruplar üçün əsas olan həqiqət deyil, məqsəd hədəf seçilmiş şəxsin nüfuzuna kölgə salmaq, onu cəmiyyətin gözündən salmaqdır.

Bu gün belə qarayaxmalara məruz qalanlardan biri də Ağdam rayon Qaradağlı kənd Uşaq Musiqi məktəbinin direktor əvəzi Fəqani Qarayevdir. Onun haqqında yayılan əsassız fikirlər, sosial şəbəkə “isteriyaları” bir daha göstərir ki, cəmiyyətimizdə ləyaqətli insanları gözü götürməyənlər az deyil.

Kimdir Fəqani Qarayev?


Onu tanıyanlar yaxşı bilir: sadəliyi, zəhmətkeşliyi və peşəkarlığı ilə seçilən bir ziyalıdır. Tanımayanlar üçün isə deyək ki, Fəqani Qarayev ömrünü xalqına, vətəninə xidmətə həsr etmiş, bu yolda heç vaxt öz şəxsi maraqlarını önə çəkməmiş bir rəhbərdir. Onun həyat yoluna nəzər salanda bir məxrəcə gəlirsən: hər addımı zəhmətlə, sadiqliklə, əqidə ilə atılmışdır.

Fəqani Qarayev musiqi təhsilinə, gənclərin yaradıcılıq tərbiyəsinə böyük önəm verən insan kimi tanınır. Çalışdığı hər kollektivdə həm pedaqoq, həm təşkilatçı, həm də nümunəvi vətəndaş obrazı formalaşdırıb. O, hər şeydən öncə insandır – təmiz vicdanı, ədalət duyğusu, böyüyə hörmət, kiçiyə qayğı prinsipləri ilə.


Niyə hədəfdədir?

Bəs niyə belə insanlar böhtanların, qarayaxmaların ünvanına çevrilir? Çünki uğurlu insanların mövqeyi, nüfuzu, etibarı kimlərinsə maraqlarına toxunur. Çünki iş görmək, nəticə ortaya qoymaq, kollektivdə söz sahibi olmaq hər kəsin bacardığı iş deyil. Bacarmayanlar isə çox vaxt ən asan yolu seçir – böhtan atmaq, köhnə palan işi gündəmə gətirmək, xırda məsələləri şişirtmək.

Bu gün bəzi “bloger”lərin yazdıqları yazılara nəzər yetirdikdə görürsən ki, fakt yoxdur, sənəd yoxdur, dəlil yoxdur. Sadəcə emosional qarayaxmalar, “kimlərsə dedi” tipli boş sözlər. Sual yaranır: əgər doğrudan da ortada qanuni pozuntu varsa, niyə hüquq-mühafizə orqanlarına müraciət edilmir? Əgər doğrudan da ciddi faktlar varsa, niyə ictimaiyyətə təqdim olunmur?

Cavab sadədir – fakt yoxdur. Ona görə də kimlərsə əsassız şayiələrlə cəmiyyəti çaşdırmaq, diqqəti əsl problemlərdən yayındırmaq yolunu tutur.

Ziyalıya böhtan – xalqa hörmətsizlik


Unutmayaq ki, ziyalıya böhtan atmaq təkcə həmin şəxsə qarşı haqsızlıq deyil. Bu, eyni zamanda həmin ziyalının fəaliyyət göstərdiyi kollektivə, bütövlükdə cəmiyyətə hörmətsizlikdir. Çünki ziyalı – xalqın güzgüsüdür, mənəviyyat daşıyıcısıdır. Əgər biz bu güzgünü qaralayırıqsa, əslində öz üzümüzü, öz dəyərlərimizi qaralayırıq.

Fəqani Qarayev haqqında deyilən xoş sözlər təkcə bir-iki nəfərin subyektiv fikri deyil. Bu, illərlə onunla çalışanların, onun rəhbərliyi altında fəaliyyət göstərən müəllimlərin, şagirdlərin və valideynlərin səsləndirdiyi real münasibətdir. Əgər bir insanı yüzlərlə adam hörmətlə xatırlayırsa, onun əməyini dəyərləndirirsə, deməli, bu hörmət təsadüfi deyil.

Həqiqətin tərəzisi – xalqın yaddaşıdır


Azərbaycan xalqı tarix boyu yaxşı ilə pisi, doğru ilə yalanı, ləyaqətli ilə yaramazı ayırd etmək qabiliyyəti ilə seçilib. Ona görə də böhtançıların atdığı daş hədəfə dəymir. Sadəcə, özlərinə zərər gətirir. Çünki böhtanın ömrü qısa, həqiqətin ömrü isə sonsuzdur.

Bugünkü informasiya bolluğunda hər kəsə bir sual düşür: nəyi oxuyuruq, nəyi yayırıq, nəyi inanaraq paylaşırıq? Əgər biz hər eşitdiyimizi fakt kimi qəbul ediriksə, əslində özümüzü aldatmış oluruq. Ona görə də ziyalıya böhtan atmaq istəyənlər bir anlıq düşünməlidirlər – bu yolla nə qazanırlar?

Son söz əvəzi


Fəqani Qarayevin müdafiəyə ehtiyacı yoxdur. Onun həyat yolu, əməli fəaliyyəti, cəmiyyət içində qazandığı hörmət özü onun ən böyük müdafiəsidir. Amma hər halda cəmiyyət olaraq belə haqsızlıqlara susmaq da doğru deyil. Çünki sabah bu böhtanların ünvanı başqa bir insan ola bilər. Müdriklər demişkən, “El gözü tərəzidir”. Bu tərəzi isə heç vaxt səhv etmir. Fəqani Qarayev kimi insanlar xalqın yaddaşında həmişə işıqlı simalar kimi qalacaq. Onlara atılan böhtanlar isə küləkdə sovrulan toz kimi itib-batacaq. Əsas odur ki, biz həqiqəti görə bilək, gördüyümüzü düzgün dəyərləndirə bilək və böhtanın deyil, əməyin yanında olaq.



Azərinform.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir