VİCDAN SUSMASIN! - Göyçay DAİM-in direktoru Elçin İsmayılovun haqqında yayılan məlumatlar şər və böhtandır

23:42 19.06.2025 70
Azərbaycanda söz və mətbuat azadlığı təmin olunur, lakin bu azadlıq məsuliyyət tələb edir

Bu gün yüzlərlə kütləvi informasiya vasitələrinin sərbəst şəkildə fəaliyyət göstərdiyi, informasiya məkanının dinamik inkişaf etdiyi Azərbaycan Respublikasında söz və mətbuat azadlığı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qorunur və inkişaf etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində medianın hüquqi və maddi-texniki bazası möhkəmləndirilmiş, informasiya əldə etmək və yaymaq azadlığı təmin olunmuşdur. Dövlətin informasiya siyasətində şəffaflıq, ictimaiyyətin operativ və obyektiv məlumatlandırılması əsas prinsip kimi qəbul edilir.

Bununla yanaşı, medianın inkişafı ilə bərabər, təəssüf doğuran bir tendensiya da müşahidə olunur – bəzi şəxslər tərəfindən yaradılmış və heç bir peşəkar meyara cavab verməyən, hüquqi qeydiyyatı belə şübhə doğuran dırnaqarası "informasiya saytları" və burada çalışan bəzi "jurnalistlər" mətbuat azadlığından sui-istifadə edərək, şəxsi maraqlar naminə böhtan xarakterli, qərəzli yazılar yayırlar. Onlar jurnalistikanın əsas prinsiplərini – obyektivlik, balanslılıq və həqiqətə əsaslanmaq öhdəliyini tamamilə gözardı edir, ictimai rəyi manipulyasiya etməyə çalışırlar.


Media vasitəsi yoxsa şantaj aləti?

Belə qərəzli informasiya resursları cəmiyyətin etibar etdiyi tanınmış ictimai-siyasi xadimlərə, sahibkarlara, idarə və təşkilatlara qarşı planlı şəkildə yalan məlumatlar yayaraq, ictimai nüfuzlarını sarsıtmaq, etibarlarını zədələmək niyyəti güdürlər. Bu saytlarda yayılan yazıların əksəriyyəti faktlara deyil, fərziyyələrə və ya şəxsi qərəzə əsaslanır. Onlar bəzən bu cür qarayaxma kampaniyalarını dayandırmaq üçün müxtəlif “təkliflər” irəli sürərək, açıq-aşkar şantaja əl atırlar. Belə fəaliyyət isə artıq yalnız media etikası yox, həm də qanun çərçivəsində hüquqi məsuliyyət yaradan hərəkət sayılır.

Təəssüflə qeyd etmək istərdik ki, bu günlərdə belə qərəzli kampaniyanın növbəti hədəfi Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elçin İsmayılov olmuşdur. Həmin “informasiya portalları” Elçin İsmayılovun haqqında həqiqəti əks etdirməyən, tamamilə uydurma iddialar irəli sürməklə, onu ictimaiyyət qarşısında gözdən salmağa, işgüzar nüfuzuna xələl gətirməyə çalışırlar. Məlumatlar bir daha sübut edir ki, məqsəd jurnalistlik yox, şəxsi və ya sifarişli maraqları həyata keçirməkdir.


Reputasiyaya hücum təkcə bir şəxsə deyil, bir kollektivə qarşı yönəlmiş addımdır

Burada diqqət çəkən mühüm məqam ondan ibarətdir ki, yayılan yalan məlumatlar təkcə Elçin İsmayılovun şəxsi nüfuzuna deyil, onun rəhbərlik etdiyi müəssisənin – Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivinə mənfi təsir göstərmişdir. Bu cür böhtan xarakterli yazılar kollektiv üzvləri arasında gərginlik, narahatlıq və haqlı narazılıq doğurmuşdur. Əməksevər və vicdanla fəaliyyət göstərən əməkdaşların əməyi kölgəyə salınır, onların ictimai nüfuzuna təsir göstərilir.

Sonda Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi jurnalist adına ləkə gətirən, peşə etikası və vətəndaş məsuliyyətindən uzaq olan media qurumlarına bildirir ki, böhtan xarakterli, təxribatçı və qərəzli məlumatlar yaymaqla siz heç nəyə nail ola bilməyəcəksiniz. Biz haqqımızı qanun çərçivəsində qorumağa qadirik və lazım gəldikdə bütün hüquqi vasitələrdən istifadə olunacaq.

Eyni zamanda biz də cəmiyyətin maariflənməsi, sağlam informasiya məkanının formalaşması naminə, bütün media subyektlərini ədalətli, vicdanlı və məsuliyyətli olmağa, jurnalistikanın əsas prinsiplərinə sadiq qalmağa çağırırıq. Unutmayaq ki, media – həm inkişafın, həm də dağınıqlığın aparıcı qüvvəsidir. Onu hansı istiqamətə yönəltmək isə jurnalistin vicdanı ilə ölçülür.


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:09

Şahdağ Milli Meşələrin "QAZAN XAN"ı yenidən iş başında... - ŞOK VİDEO

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır