Yüksək istedadı ilə seçilən Əməkdar Mədəniyyət işçisi, gözəl insan və əsl vətən daşı - Zöhrə xanım Adgözəlova...

15:34 10.05.2025 127
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən  - Respublikanın Əməkdar Mədəniyyət işçisi, Yevlax Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən şəhər Yaradıcılıq evinin direktoru Zöhrə Adgözəlova barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə...

TANIŞLIQ ƏVƏZİ

Zöhrə Adgözəlova Yevlağın Nemətabad kəndində anadan olub. Kənd məktəbində ilk təhsilini alıb. Məktəb illərindən ədəbiyyata, şeirə, incəsənətə həvəsli olub. Təhsil aldıgı məktəbdə, yaşadığı kənddə tədbirlərdə həvəslə iştirak edib, çıxışları ilə tanınıb, sonra rayon mərkəzində düzənlənən müxtəlif səviyyəli tədbirlərdə istedadı, bacarığı ilə diqqət çəkib. 

Sonra Zöhrə xanım həyatını doğma Yevlagın mədəniyyəti ilə bağlayıb. İstedadlı uşaqları bir yerə toplayaraq musiqi kollektivi yaradıb. Yevlaxda Kukla Xalq Teatrının yaradıcısı və rejissorudur. Hazırladığı, quruluş verdiyi maraqlı tamaşaların seyrçisi tək Yevlax məktəbliləri olmur, kollektivlə birgə qonşu rayonlara da səfərlər edir.


Zöhra xanım həm də Yaradıcılıq evinin nəzdindəki B.Səfəroğlu adına Xalq Teatrına, “Ocaq” Ədəbi Birliyinə də rəhbərlik edir Zöhrə xanım bu işləri bacarıqla görür. Teatr hər mövsüm yeni tamaşa ilə yevlaxlıların görüşünə gəlir. 


Zöhrə Adgözəlova Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Yevlax rayon komitəsinin sədri kimi də fəaliyyəti qənaətbəxşdir. Daim həmkarlarının yanında olan, onların rastlaşdıqları problemlərin həlli üçün səy göstərir.


Zöhrə Adgözəlova “Teatr baharı-78” Ümumittifaq Festivalının laureatı olub, Yevlax Şəhər İcra Hakimiyyəti, YAP rayon təşkilatı, Mədəniyyət Nazirliyi, Mədəniyyət İşçiləri Respublika Komitəsi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən döş nişanına, fəxri fərmanlara, diplomları layiq görülüb.


2012-ci ildə isə mədəniyyət sahəsindəki fəaliyyətinə görə ölkə Prezidentinin sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

VAR-DÖVLƏTİ SAYA GƏLMƏZ ANLAYAN OLSA...

...Dünyaya göz açan hər bir kəsin öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan belə insanlardan biri də sözün həqiqi mənasında gözəl insan, təkilatcı rəhbər Respublikanın Əməkdar Mədəniyyət işçisi, Yevlax Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən şəhər Yaradıcılıq evinin direktoru Zöhrə Adgözəlovadır.

Bəri başdan qeyd edək ki, Zöhrə Adgözəlova böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

O, kamil biliyi və yüksək təcrübi idarəetmə qabiliyyəti olan istedad sahibidir!

O, rəhbər kimi ani və düzgün qərar qəbul edə bilən nadir şəxslərdəndir!

Zöhrə xanım Adgözəlovanın böyüklüyü onun sadəliyində və insanlara qarşı səmimi münasibətindədir!

O, insanlara diqqət və qayğıyla yanaşır, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

O, üzərinə düşən bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun şəhər Yaradıcılıq evinin direktoru kimi professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

...Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü cəkən fədəkar bir mədəniyyət xadimi kimi tanıdığımız  Zöhrə xanım Adgözəlovanın haqqında bəzən bədhaqları tərəfindən yayılan uydurmalara cavab olaraq gerçək olanı deyək: Bəri başdan deyirik ki, Zöhrə xanım təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Adamın saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər baglıdır. Saysız-hesabsız ehtiyacı olanlara "Əl tutmaq Əlidən qalıb" deyə əl tutması, simsar olmasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya necə-necə yetirmələrinin xeyirxah əməllərini də artırsaq onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda "Zöhrə xanım Adgözəlovanın böyük, tükənməz bir xəzinəsi var”-deyib, sadəcə, sizsə hər şeyi baş-ayaq anlamısız…

VƏZİFƏNİ HÖRMƏTƏ MİNDİRƏN MƏMUR

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir təhsil məmuru haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri indi təhsil məmurunu müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Zöhrə xanım Adgözəlova vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən mədəniyyət MƏMURlarındandır.

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Zöhrə xanım Adgözəlovanı yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Zöhrə xanımla həmsöhbət oluram. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt xanımdır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə zəif cəhəti var ki, başqa bir direktor sərt tədbirlər görəcəyi halda, o insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

YAZIYA KİCİK BİR SÖZARDI

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Respublikanın Əməkdar Mədəniyyət işçisi, Yevlax Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən şəhər Yaradıcılıq evinin direktoru Zöhrə Adgözəlovanın Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Zöhrə xanımın fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər də hər bir insana yalnız baş ucalığı gətirə bilər.

Bəli, bir həqiqət isə GÜN İŞIGI kimidir: Nəinki Yevlax kimi bir rayonda, hətda bölgədə belə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən Əməkdar Mədəniyyət işçisi, gözəl insan və əsl vətən daşı!

P.S

May Zöhrə xanım Adgözəlova ücün sevimli aydır. Təkcə ona görə yox ki, bu ayda təbiətin gözəl vaxtıdır, torpaq oyanıb öz əkib- becərənini gözləyir, hər tərəf gül-cicəyə bürünür...10 May həm də ulu öndərimiz Heydər Əliyevin dögum günüdür. Belə bir tarixi gündə anadan olmaq Zöhrə xanıma qürur və şərəf verir. Biz jurnalistlər də Respublikanın Əməkdar Mədəniyyət işçisi, Yevlax Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən şəhər Yaradıcılıq evinin direktoru Zöhrə xanım Adgözəlovanı səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı, yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq. Nə gözəl ki, varsınız, yaşayırsınız, yaradırsınız!


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir