Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı idarəsində nə baş verir?

Yevlax rayonunun Aran qəsəbəsi ərazisində suvarma sistemlərinə aid olan boruları qanunsuz olaraq aparan yük maşını tutulub.

TEREF.az: - Əməkdaşımızın şahidi olduğu hadisə 07 oktyabr 2024-cü il tarixdə saat 11:00 radələrində baş verib. Belə ki, uzun müddətdir ki,istifadə olunmayan və Qarabağ kanalının yaxınlığında qalan böyük diametrli boruları elə Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan idarənin əməkdaşları 66-AC-012 dövlət nömrə nişanlı özüboşaldan yük maşınına yığaraq idarəyə yox, naməlum istiqamətə,əslində isə məlum istiqamətə-Tanrıqulular kəndinin ərazisində yerləşən metaltoplama məntəqəsinə(“metllaom”a) aparıblar(Bir hissəsi isə “Xaqan” MMC adlanan fermer təsərrüfatına daşınıb). Ancaq onlar ərazidə xidmət aparan Yevlax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Bu zaman sürücü və onun yanında olan şəxslər polislərə tabe olmaq istəməyiblər və bildiriblər ki, bunlar istismar müddətini başa vurmuş borulardır, özləri də rəhbərliyin tapşırığını icra edirlər. Onların etirazları və ora-bura telefon zəngləri nəticə verməyib. Boru yüklü avtomobil içərisindəki şəxslərlə birgə saat 12:00 radələrində polis şöbəsinə aparılıb.

TEREF yazır ki, bunu redaksiyamıza göndərdiyi araşdırmada məqalə müəllifi yazır. Müəllif daha sonra yazır:

Əməkdaşımızın araşdırması zamanı məlum olub ki, ərazidən çıxarılan xeyli sayda borudan cəmi 3 ədədi idarəyə gətirilib. Bu isə təbii ki, gözdən pərdə asmaq və iz azdırmaq məqsədi daşıyıb.Bütün bu hadisələrin fonunda gün kimi aydın olan bir məqam ortaya çıxıb. Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Teymur Muradxanovun xəbəri olmadan heç bir işçi belə addım ata bilməz. Deməli,cənab Muradxanov gənc kadr olsa da, qaz vurub,qazan doldurmaqda heç də digər bürokrtalardan geri qalmaq istəmir.

Bütün texnikalarda CPRS-in olduğunu nəzərə alsaq,müvafiq qurumlar bu qanun pozuntsunun araşıdırılmasında maraqlı olsa,hansı maşının hansı fermalara,hansı “metallom”a getdiyini asanlıqla müəyyənləşdirmək olar.

Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin yeni rəisi Teymur Muradxanov barəsində kiçik araşdımamız isə ortaya bir neçə diqqətçəkən məqam çıxardı. Bəlli oldu ki, gənc rəis vəzifəyə keçər-keçməz şəxsi avtomobilini yeniləyib və özünə son model-2024-cü ilin buraxılışı olan bahalı “Toyota-Gamry” markalı maşın alıb.Hətta dövlət nömrə nişanını da adına öz adının baş hərflərinə uyğunlaşdırıb-99-TE-200.

Hələ bu azmış kimi yeni rəis Teymur Muradxanovun həyat yoldaşının dayısı Raufu ixtisas uyğunluğu olmadığı halda baş mühəndis təyin edib. Xoşları gələn,adamı olan işçiləri saxlayır,onların “tələbləri”nə cavab verməyən xeyli sayda əməkdaşı isə işdən çıxarırlar. İdarənin otaqlarının qapılarına isə yalnız içəridən açılan kilidlər qoyublar.Əcaba niyəəə??? Məsələ burasındadır ki, bu şəxs atdığı bütün addımların (qanuni və qanunsuz) hamısını Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun adı ilə edir. Görəsən, Zaur Mikayılovun bunlardan xəbəri varmı?

Maraqlıdır ki, Teymur Muradxanov ətrafına deyib ki, mənim ən böyük dəstəkçim “Meliorasiya və Su Təsərrüfati” ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin bacı oğlu, Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun müavini, peşəkar su təsərrüfatı mütəxəssisi Elçin Məmmədovdur.

Teymur Muradxanovun dostu, sabiq iş yoldaşı, hazırda Qarabağ Suvarma Kanalının İstismarı İdarəsinin rəsisi Ariz Mikayılovun “fəaliyyəti” isə başqa bir araşdırma mövzusudur. Rəhbərlik etdiyi idarənin fəaliyyətini əmisi Asif Mikayılovun öndəriliyi və göstərişləri yönləndirir. Qeyd edək ki,Asif Mikayılov Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Elçin Məmmədovun kirvəsidir.Bu baradə növbəti araşdırmamızda...

Redakisyadan: Nə qədər arasaqda hörmətli Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Teymur Muradxanovla əlaqə saxlaya bilmədik. Lakin qarşı tərəf olaraq bütün maraqlı şəxslərində möveyini dərc etməyə hazırıq!

XƏBƏR LENTİ

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...

00:37

Sözün Aynası: Qaçan ölümün sirri (Mirzə Ələkbər Sabirin ruhuna ithafən) - Ədalət Qarabulud

19:22

Sözün Aynası - (poema) - Mirzə Ələkbər Sabirin ruhuna ithafən

11:07

Rus generalın qətlində şok isim: Bakı ermənisi...

10:36

Heydər Babayevin sərvəti əlindən alınır? – Gerçəklər üzə çıxdı…

10:29

Türkiyə çalxalanır: rəsmilərlə polis arasında toqquşma – CHP ləğv edilir?

10:18

Türkiyəyə Qara dənizdən təhlükə var: Ankara təcili hərəkətə keçməlidir – Şifrələr açılır

10:08

İrəvan ABŞ-la Zəngəzuru müzakirə edəcək - Badalyan

10:07

Dugindən şok: Müharibə ilə Rusiya özünü bərpa edir!

10:03

Çin Rusiyanı Moskoviyaya çevirir: 40%-ini alır – Xəritə

14:23

İsraildən Bakını qəzəbləndirəcək addım... - Kritik açıqlama

14:21

Əliyevlə Putinin müzakirə edəcəyi çox şey var - Belyayev

12:41

Kafkanın yuxuları: Simvolizm və yuxu izahlarının tarixi kökləri

12:26

Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ

16:07

Vidadi Babanlı vəfat etdi

13:12

Muzdlu, qarışıq nikahdan anadan olan türk oğulları

11:49

Alyaskada Putinə göz dağı: görüşün nəticələri...

13:31

Lənkəranda NƏ BAŞ VERİR - Şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri və valideynlər ETİRAZ EDİRLƏR...

10:58

Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür – Agentlikdən hələ də həll yolu görsədəcək açıqlama yoxdur...

10:54

Bakıda yol hərəkətində nəzarət sistemləri: islahatlar və çatışmazlıqlar

13:29

Yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı…

12:35

Kreml sülh təklifindən imtina edir: Trampın ultimatumu...

14:12

Rusiyanın gələcəyi bundan asılıdır - Volodin

11:46

Şah İsmayıl Çaldıran döyüşündən əvvəl qadınlara nə tapşırıb? – 500 illik yalan üzə çıxdı

11:45

İranda Allaha inanmayanların sayı... – Heyrətamiz nəticə

15:50

Yüksək qabiliyyəti ilə seçilən təşkilatcı kitabxanacı-alim, gözəl insan və əsl vətən daşı... - Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova

12:38

Əbu-Dabi görüşünə Rusiyadan daha bir reaksiya

17:26

Azərbaycanda qandonduran ənənə – analar oğullarına görə özlərini belə qurban verirlər

13:27

Temperatur 36 dərəcəyə yüksələcək

15:50

Nəsimidə qanunsuz tikintiyə yenidən YAŞIL İŞIQ: Həsənbala Əliyev 80g ünvanında proses bərpa olunub

21:16

Putin Trampa meydan oxudu, deyib ki.. - Uşakov dəstəyi kimin yerə qoyduğundan danışdı

11:27

Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü