Şirkət sakinlərin evini uçurur...

17:35 22.02.2017 1 185
Şirkət sakinlərin evini uçurur...
Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov 8 ünvanında yaşayan sakinlərin evləri uçurulur. Söküntü işlərini aparan "Rifah Palace" şirkətidir, şirkət sökülən evlərin yerində tikiləcək yeni binada sakinlərə ev veriləcəyini vəd edir və onlardan bina tikilib hazır olana qədər kirayəyə köçmələrini tələb edir.
Milli.Az xəbər verir ki, bu tələblə razılaşmayan sakinlər virtualaz.org-a deyiblər ki, onlar sökülən evlərinin müqabilində kompensasiya istəyirlər.
Sakinlər deyirlər ki, təklif olunan şərtlərlə razılaşmadıqlarından evlərindən köçməyiblər. Amma onların narazılığı nəzərə alınmayaraq içərisində yaşadıqları halda evlərin qazı və işığı kəsilib. Həmin ünvanda yaşayan Gülparə Əliyeva deyir ki, onlara evlərindən çıxmaq üçün hədə-qorxu gəlirlər:
"Evimizi başımıza uçururlar. Çıxıb evin qabağında dayanmışam ki, sökməsinlər. Gözləyirlər ki, evdən aralanım, evimizi darmadağın etsinlər. 102-yə də zəng eləmişik, hər yerə şikayət eləmişik, xeyri yoxdur. Biz şirkətdən evimizə görə kompensasiya tələb edirik. Onlar isə dövlət layihəsi olmadığına görə kompensasiya vermirlər, binada ev vəd edirlər. Evimizi başımıza uçuran şirkətin bizə ev verəcəyinə necə inanaq?" - şikayətçi bildirir.
Şikayətçilərin sözlərinə görə, şirkət Mirqasımov küçəsi, 8 ünvanında yaşayan 4, Süleymanov küçəsi, 69 ünvanında yaşayan 6 ailəni təhlükə ilə üz-üzə qoyub. Onlar bildirirlər ki, artıq söküntü işlərinə görə evlərə gedən elektrik və qazı da kəsiblər. Yaxınlıqdakı evlər söküldüyündən onların evləri də qəzalı vəziyyətə düşüb.
Məsələ ilə bağlı "Rifah Palace" şirkətinin rəhbərliyi ilə əlaqə saxlasaq da onlar şərh vermək istəməyib telefonu söndürüblər. Nəsimi Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, həmin ərazidə köhnə binalar dövlət sifarişi ilə sökülür, pilot layihə kimi sakinlərə yeni tikiləcək evlərdə mənzillər veriləcək və mənzillər hazır olana qədər kirayə pulu ödəniləcək. "Əslində, sakinlər bu variantla razılaşmışdı, indi necə olur ki, şikayət edirlər?" - deyə İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin əməkdaşı Ramiz Qasımov bildirdi.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!