Kamran Musayev: "İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk günlərdən insanlara qarşı mərhəmətli və humanist mövqe tutması danılmaz həqiqətdir"

22:12 19.05.2023 609

"Demokratik dəyərlərə sadiqlik, insan hüquq və azadlıqlarının qorunması üçün mükəmməl qanunvericilik bazasının yaradılması hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən dövlətimizin siyasətinin prioritetləri sırasındadır. Bu gün ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu insanpərvərlik ənənələrini uğurla davam etdirən Prezident İlham Əliyevin bütün fəaliyyəti boyu, o cümlədən ölkəyə rəhbərlik etdiyi ilk günlərdən insanlara qarşı mərhəmətli və humanist mövqe tutması danılmaz həqiqətdir. Və bu günlərdə Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı dövlət başçımızın növbəti humanist adddımıdır."

Bunu Azerinform.az-a uzun illər respublikamızın mədəniyyət sahəsində calışmış Kamran Musayev bildirib.

Kamran Musayev qeyd edib ki, Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilmişdir:

"Qeyd edilməlidir ki, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Sevindirici və qürurvericidir ki, dahi şəxsiyyətin möhkəm təməllər üzərində əsasını qoyduğu uzaqgörən siyasətin varisliyini bütün sahələrdə dövrün tələblərinə uyğun layiqincə davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyət göstərməsini daim diqqət mərkəzində saxlayır. Səmərəli fəaliyyət göstərməklə xalq arasında yüksək nüfuz qazanmış Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının gördüyü xeyirxah işlər kimliyindən asılı olmayaraq hər bir kəsə inamla və hörmətlə yanaşmanı, insanpərvərlik ideyalarının cəmiyyətdə geniş yayılmasını şərtləndirmişdir. Son 19 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv fərman və sərəncamı, böyük ürəkli insanın təşəbbüsü ilə qəbul olunmuş çoxsaylı amnistiya aktları on minlərlə insana sevinc bəxş etmişdir. Çünki dövlət başçısının mütərəqqi siyasətinin mərkəzində insan amili dayanır. Millətinə xidməti həyat amalına çevirmiş örnək lider cənab İlham Əliyev xalq qarşısında verdiyi vədləri son 19 ildə əməlləri ilə doğruldaraq hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmişdir. Ölkə rəhbərinin mövcud gerçəklikləri operativ və obyektiv şəkildə qiymətləndirərək cəmiyyətin sosial tələbatına uyğun çevik qərarlar qəbul etməsi, vətəndaşları narahat edən məsələləri qısa zamanda həll etməsi, hər zaman xalqın içində olması, mütəmadi olaraq vətəndaşlarla bilavasitə görüşməsi, onların qayğıları ilə maraqlanması, müraciətlərinə xüsusi həssaslıqla yanaşması, ciddi problemləri ilə bağlı məsələləri nəzarətə götürməsi, üzləşdikləri bütün çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər görülməsini təmin etməsi, insanların maddi və sosial rifahına xidmət edən, hər hansı şəkildə vəziyyətlərini yaxşılaşdıran qərarlar verməsi, aktlar qəbul etməsi və ya belə xarakterli qərar və aktların qəbul olunması üçün təşəbbüslər göstərməsi, o cümlədən Onun təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il noyabrın 5-də “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul etməsi dövlətin və rəhbərinin xalqa olan doğma münasibətinin, hər bir vətəndaşa verdiyi yüksək dəyərin, ölkədə aparılan siyasətin qayəsini insan amilinin təşkil etməsinin təcəssümüdür.

Bir sözlə, Prezident İlham Əliyevin bütün fəaliyyəti boyu, o cümlədən ölkəyə rəhbərlik etdiyi ilk günlərdən insanlara qarşı mərhəmətli və humanist mövqe tutması danılmaz həqiqətdir. Və bu gün Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mayın 8-də "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalaması ulu öndər Heydər Əliyevin humanizm siyasətinin davamıdır. Sərəncamla dövlətimizin başçısı yüzlərlə ailəyə sevinc bəxş etdi, yeni nəfəs gətirdi. Bu, Azərbaycan tarixində qəbul edilmiş ən böyük əfv aktıdır və inanırıq ki, əfv olunan şəxslər ölkəmizdə qanunun aliliyini dərindən dərk edərək bir daha onu pozmayacaq, faydalı işlərlə məşğul olacaq, cəmiyyətimizin inkişafına töhfələr verəcəklər."

Sonda Kamran Musayev vurgulayıb ki, Prezident İlham Əliyev tərəfindən imzalanan bu əfv Sərəncamı vətəndaşlara verilən dəyərin, dövlətin humanist siyasətinin daha bir bariz nümunəsi olmaqla, həm də bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır və bu Sərəncamı Heydər Əliyev ideyalarının layiqli davamı, humanizmə, insan hüquq və azadlıqlarına verilən ali dəyərin təntənəsidir.

Azerinform.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video