Azərbaycan-Sankt-Peterburq hökumətlərarası komissiyasının ilk iclası keçirilib

16:59 6.04.2017 1 391
Azərbaycan-Sankt-Peterburq hökumətlərarası komissiyasının ilk iclası keçirilibSankt-Peterburqda Azərbaycan və Rusiyanın Sankt-Peterburq Hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının ilk iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının həmsədri, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Rusiya Federasiyası ilə əməkdaşlığın qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslandığını və strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.

Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradılıb, 50-dən çoxu iqtisadi sahəyə aid olmaqla 170-dən artıq sənəd imzalanıb. İndiyə qədər Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 mlrd. dollar, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 3 mlrd. dollar sərmayə yatırılıb. Azərbaycanda Rusiya sərmayəli 700-dək müəssisə fəaliyyət göstərir. 2016-cı ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 10,5% artmaqla 2 mlrd. dollar təşkil edib. Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir və Azərbaycanın xaricdə ilk ticarət nümayəndəsi də məhz Rusiyaya təyin olunub.

Bildirilib ki, Rusiyanın federal subyektləri ilə birbaşa əlaqələrin qurulmasında və əməkdaşlığın inkişafında Azərbaycan-Rusiya regionlararası forumlarının mühüm rolu var. Hazırda bu ilin sonunda Stavropolda 8-ci regionlararası forumun keçirilməsi təklifi nəzərdən keçirilir. S.Məmmədov Azərbaycan dövlət başçısının uğurlu siyasətinin davamı olan iqtisadi islahatlar barədə ətraflı məlumat verib və aparılan islahatların iqtisadiyyatın inkişafında mühüm rolunu vurğulayıb.

Sankt-Peterburqun Sahibkarlıq və İstehlak Bazarının İnkişafı üzrə Komitəsinin sədri, Azərbaycan və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının həmsədri Elgiz Qaçayev Rusiyanın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, iki ölkə arasında əlaqələrin inkişaf etməsi fonunda Azərbaycan-Sankt-Peterburq əlaqələrinin genişləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının əhəmiyyətini vurğulayıb.

İclasda komissiyanın üzvləri müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib. Sonda Azərbaycan və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının ilk iclasının protokolu imzalanıb. Sənəddə tərəflərin təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin genişləndirilməsi, Azərbaycan sahibkarlarının Sankt-Peterburq ərazisində keçirilən yarmarkalarda iştirakı, qarşılıqlı maraq kəsb edən sahələrdə birgə müəssisələrin yaradılması və s. sahələrdə əməkdaşlıq və birgə tədbirlər nəzərdə tutulur.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko və vitse-qubernator Sergey Movçanla görüşlərində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:14

"TAPDIQ ƏLİBƏYLİ SÖZÜN GÖZU İLƏ" - YENİ KİTAB

19:36

Müasir düşüncə, yeni texnologiyalar, yeni hədəflər - Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva

12:26

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi