Lənkəran Regional Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyev barədə deyilənlərə TUTARLI BİR CAVAB

01:47 26.09.2023 1 324

Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Lənkəran Regional Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyev xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…

Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

Lənkəran Regional Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyeviməram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə naminəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" Lənkəran Regional Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyevin haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.

Vüqar Əliyev öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət cəkən vəzifə sahibidir. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən səhiyyə məmurudur ki, o, hər bir ehtiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Vüqar Əliyev xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarından halallıgı hər şeydən uca tutmaga çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. O, bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Vüqar Əliyev elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan məmurdur ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Oda hər kəsə bəllidir ki, Vüqar müəllim yüksək savada və dünyagörüşə malik olan baş həkimdir. Məhz, belə bir səbəbdəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları əldə edir. Bu şəxsin hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələri həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması Vüqar Əliyevə məhz hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini göstərir.

Bəli, o, həmişə hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Vüqar Əliyevin əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir. Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, Vüqar Əliyevin  haqqında sosial şəbəkələrdə tənqidi video-açıqlamalar dərc edənlər, yagışdan sonra cıxan göbələk kimi "bloger"lər jurnalist araşdırmasının nə oldugunu belə anlamırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər.

Lənkəran Regional Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyevin haqqında şər və böhtan xarakterli video cıxışlar edən böhtancılara üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu "hətərəm-pətərəm" cıxışları kimlər nə məqsədlə yaydırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı, vətənpərvər olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Lənkəran Regional Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyev ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:30

Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!

05:27

Ümummilli Lider Heydər Əliyev həm tarixi yaradan, həm də tarixi şəxsiyyətdir

23:49

Qəbələdə vergi ödəmədən repetitorluq edən MÜƏLLİMLƏR - ARAŞDIRMA

23:08

Yeni virus yayıldı: "Artıq hər kəsin taleyi..." - ŞOK XƏBƏRDARLIQ

23:06

Prezident Avropa Şurasının Baş katibini qəbul edib - YENİLƏNİB

23:03

Prezidentdən Gədəbəylə bağlı MÜHÜM SƏRƏNCAM

11:30

“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər

12:00

“Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş

01:05

Ağdam rayon Paşabəyli kənd tam orta məktəbində QANUNSUZLUQ - Şikayət

08:35

Bakcell-in sponsorluğu ilə “İnnovasiya Sammit”i keçirilir

22:13

Övladlarınızı həvalə edə biləcəyiniz repetitor müəllimlər!

13:08

“Nar” Laçın şəhərində ilk mağazasını açdı!

13:00

“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi

01:21

Azərbaycan və Gürcüstan liderlərinin Bakıda müzakirə etdiyi məsələlər məlum oldu

01:19

"KESZ": "Soltanlı kəndində tikiləcək məktəb Macarıstandan hədiyyədir"

01:16

Prezident Zirvə görüşündə çıxış etdi - YENİLƏNİB

23:47

Kəlbəcər yenidən dircəlir - İnzibati status

11:56

Azərbaycan Prezidenti İƏT-in əmək nazirlərinin 5-ci konfransının iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

00:51

Erməni ekspert: "Yeni müharibə təhlükəsi hələ də realdır"

00:47

Bakı TƏSDİQLƏDİ: Görüş 30 noyabrda olacaq!

20:50

Azərbaycanla Ermənistan arasında bu tarixdə GÖRÜŞ OLACAQ

20:48

İlham Əliyev: "Ölkəmizdə işsizlik və yoxsulluğun səviyyəsi ciddi şəkildə azalıb"

03:49

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

01:41

Cabir Hüseynov: "Heydər Əliyev siyasəti uğurlu və xoşbəxt gələcəyimizin əsas təminatçısıdır"

13:04

“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur

11:21

“Nar” yerli telekom peşəkarlarını yetişdirir

07:44

Əslində 270 nömrəli məktəbin direktor əvəzi Kəmalə İbrahimova KİMDİR...

21:16

Azər Əliyev: "Mən hər dəfə bu hadisələri xatırlayanda fəxarət hissi keçirirəm...."

03:45

Fransa “boykotu”na ŞİLLƏ kimi CAVAB

03:43

Koreya və Azərbaycan arasında İKT sahəsi üzrə yeni qrant layihəsi həyata keçirilib

03:41

Zaur Əliyevin “Zəngəzur dəhlizi: geosiyasi realliqlar və perspektívlər” kitabı çap edilib – FOTO

21:53

44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır

21:22

Faiq Şahbazlı: "Prezident İlham Əliyevin adı xalqımız, dövlətimiz var olduqca, əsrlər boyu tarixdə ən böyük Xilaskar, Qəhrəman kimi anılacaqdır"

11:26

Mirzə Quluyev: "Ərazi bütövlüyümüzün bərpa edilməsi bütün dövrlərdə İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur"