İlham Səfərov: "Prezident İlham Əliyevin adı xalqımız, dövlətimiz var olduqca, əsrlər boyu tarixdə ən böyük Xilaskar, Qəhrəman kimi anılacaqdır"

20:22 6.11.2023 2 242
2020-ci ilin son aylarında Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi altında Xalqımız 30 illik işğala son qoydu. Bu böyük tarixi hadisə Ulu öndərimiz Heydər Əliyevin İlham Əliyev haqqında vaxtilə “Mən ona özüm qədər inanıram” , “Mənim başa çatdıra bilmədiyimim işləri o həyata keçirəcək” kimi müdrik kəlamlarının nə qədər uzaqgörənliklə deyildiyini bir daha sübut etdi. 44 günlük II Qarabağ müharibəsi bütün dünyaya göstərdi ki, Azərbayan xalqı nə qədər sülhsevər olsa da, haqsızlıq, ədalətsizlik qarşısında bir o qədər əyilməzdir. Müharibənin başlandığı gündən son zəfər gününə qədər prezidentimizin, ordumuzun və xalqımızın polad iradəsi, dəmir yumruğu azğın düşməni öz yerinə oturtdu, müharibənin getdiyi hər gün Ali baş komandan xalqa ürəkaçan xəbərlər verirdi. Zəfərlər dalıyca zəfər gəlirdi. Bu zəfərlər Azərbaycanın yüksək beynəlxalq imic qazanmasına səbəb olmuşdur.
 
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan-Turkiyə birliyinə dair dediyi “Biz bir millət, iki dövlətik” müdrik kəlamı da müharibə döründə öz həqiqi mahiyyətini göstərdi. Qardaş Türkiyə dölətinin dar gündə Azərbaycanın yanında olması qələbəmiz üçün stimul verdi.
 
Prezidentimiz İlham Əliyevlə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün beynəlxalq təşkilatlarda daim bir yerde əlbir olmaları bu böyük tarixi qələbələrimizin əsasını qoydu. Hər iki dövlət başçılarının imzaladıqları “Şuşa Bəyənnaməsi” azğın ermənilərə göz dağı oldu. Bu tarixi bəyannamə hər iki qardaş dövləti ən yüksək strateji müttəfiq səviyyəsinə qaldırdı. Dünyanın gözü qarşısında Türkiyə birliyi inkişaf edərək Turan dövlətlər birliyinə hədəflənmişdir.
 
Möhtərəm prezidentimiz Cənab İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin siyasi ənənələrinə sadiq qalaraq beynəlxalq aləmdə tarazlaşdırılmış siyasət həyata keçirir. Dövlətçilik tarixində bu cür siyasi təcrübə çox nadir hallarda ayrı-ayrı tarixi şəxsiyyətlərin, diplomatların, dövlət başçılarının fəaliyyətində özünü göstərmişdir. Prezident İlham Əliyev bu müdrik siyasəti çox uğurla həyata keçirir. O, dünyanın böyük super dövlətləri olan ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və s. ilə yanaşı, onların siyasəti ilə ayaqlaşmayan dövlətlərlə də uğurlu əməkdaşlıq siyasəti aparır. Bunun nəticəsində Azərbayanın Avropa, Asiya, Şərq, Qərb ölkələri ilə çox səmərəli hərtərəfli əməkdaşlıq müqailələri meydana gəlmişdir. Ölkəmizin beynəlxalq nüfuzunu artırmaq üçün bu cur əməkdaşlıq nümunələri müasir Azərbaycan Respublikasına hava və su kimi vacibdir.
 

Prezident İlham Əliyein Ümummilli liderimiz Heydər Əliyein inkişaf ideya və prinsiplərini bütün məqamlar və şərait nəzərə alınmaqla uğurla həyata keçirməsi nəticəsində Azərbayanın qarşıdakı illərdə də dünyanın inkişaf etmiş modern ölkələrindən birinə çerilməsi yolunda zəfərlər dalınca zəfərlər gələcəyi gözlənilir.
 
Bu deyilənlər bir daha göstərir ki, böyük öndərimiz və ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın xoşbəxt gələcəyi naminə aparmış olduğu böyük siyasət bu gün onun ən layiqli siyasi varisi və davamçısı olan Prezidentimiz və Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Prezidentimizin özünün dediyi kimi, “Bizim artıq güclü dövlətimiz vardır - müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir.” 


Bu gün məğlub Ermənistan sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirərək vaxt istədi. Amma yenə də erməni məkri özünü büruzə verdi və havadarlarına arxalanan Ermənistan sülh müqaviləsi imzalamaqdan boyun qaçırır. Nə vaxta kimi? Nəticə nə oldu? Bu il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirləri nəticəsində separatçıları 23 saat ərzində məhv etdi və qondarma qurum ləğv edildi, oktyabrın 15-də tariximizə daha bir şanlı səhifə yazıldı. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan üçrəngli məğrur bayrağımızı Xankəndidə, Xocalıda, Xocavənd şəhərində dalğalandırdı. Bununla da Azərbaycanın suverenliyi tam təmin edildi.

Qalib sərkərdəmiz İlham Əliyev Xankəndidə bayrağımızı ucaltdıqdan sonra xalqa müraciətində dedi: "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Bəli, bu gün Qalib Sərkərdə vaxtilə xalqımıza qarşı etnik təmizləmə siyasətinin başladığı meydanda dalğalanan Azərbaycan bayrağının kölgəsində xalqı qarşısında qürurla, alnıaçıq şəkildə səmimi duyğuları ilə hesabat verir. Bütün bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin qalib ölkənin, qalib Sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığı, xalqımızın alternativsiz lideri, yeganə inam ünvanıdır, xilaskardır, qəhrəmandır. Və Prezident İlham Əliyevin adı xalqımız, dövlətimiz var olduqca, əsrlər boyu tarixdə ən böyük Xilaskar, Qəhrəman kimi anılacaqdır!



İlham Səfərov,
Şirvan şəhər Olimpiya İdman Kompleksinin direktoru.


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

05:20

"Azəriqaz" İB Baş direktorunun müavini Ramil İsgəndərovun haqqında yazılanlar həqiqəti əks etdirmir - MÖVQE

23:45

"Qurtuluş 93” Yaşayış Kompleksində NƏ BAŞ VERİR - Məhərrəm Novruzovun işciləri yenə narazılıq yaradır - VİDEO

18:03

"Nar"dan sərfəli smartfon təklifi

00:29

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilir

18:04

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir

18:54

“Bakcell”in süni intellekt dəstəkli robotu insanları Bulvara çağırır

17:34

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir

21:08

Qardaşlıq münasibətləri

16:16

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

18:45

“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

15:53

Bakcell böyük dəyişiklər astanasında

23:33

Alim və oftalmoloq

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR