Bakıdakı uşaq bağçasında uşaqları təhqir edən müəllim işdən azad olunub.
“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, təhqiredici video yayılandan sonra bağça rəhbərliyi işə qarışıb. Mayın 31-də müəllim işdən azad olunub.
Qeyd edək ki, həmin videonun çəkildiyi bağçanın ünvanını da əldə etmişik. Hadisə Zığda yerləşən 331 saylı bağçada baş verib.
Xatırladaq ki, bağça müəllimi valideynlərin qrupuna şəkil atmaq istərkən səhvən həmin videonu atıb. Bu zaman onun uşaqlarla necə davrandığı ortaya çıxıb.