Elektromobil satışında artım, yenilənən avtopark... "2024-cü il avtomobil sektoru üçün daha məhsuldar olacaq"

23:13 29.12.2023 714

"2023-cü ildə ekoloji təmiz nəqliyyat vasitələri, yəni elektrik mühərrikli avtomobillər və hibrid avtomobillərinin satış həcmi artdı. 2022-ci ilə müqayisə etdikdə, elektromobillərin satışında 8-9 dəfəyə qədər artım müşahidə olunub".

Bu barədə “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev danışıb. Onun sözlərinə görə, bu da 2022-ci ildə edilən güzəştlərin bəhrəsi idi.
Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin üzvü, mütəxəsssis Eyyub Əliyev 
Eyyub Əliyev

“2023-cü ildə bir çox yeni avtomobil dillerləri, bir çox yeni markalar Azərbaycan avtomobil bazarına daxil oldu. Bu, əsasən elektrik mühərrikli və hibrid avtomobillərə aiddir. Yəni, qeyri rəsmi satışda olan bəzi avtomobillər rəsmi şəkildə bazarımıza daxil oldu”-deyən Eyyub Əliyev hesab edir ki, 2023-cü ili məhsuldar və faydalı il kimi qiymətləndirmək olar. Ekspertin fikrincə, 2024-cü ilin bundan daha yaxşı və daha məhsuldar olacağını proqnozlaşdırmaq mümkündür.
“Bilirsiniz ki, dövlətin, dövlət qurumlarının yeni və ekoloji avtomobillərə olan diqqəti hələ də gündəmdədir. Hazırda aidiyyatı qurumlar tərəfindən işçi qrupları var, bu sahədə işlər aparılır. Avtoparkın yenilənməsi istiqamətində işlər gedir. 2024-cü il avtomobil sektoru üçün daha möhtəşəm il olacaq”-deyə Eyyub Əliyev əlavə edib.
Bahalaşmaya gəldikdə , Eyyub Əliyev bildirib ki, 2024-cü ilin ilk 3 ayı ərzində yeni rəsmi dillerlər tərəfindən gətirilən avtomobillərin bahalaşacağı gözlənilmir. Yəni ilk 3 ayda qiymətlər 2023-cü ildə olduğu kimi olacaq. İlk 3 aydan sonra isə, dəyişikliklər gözlənilir.
“Qiymətlərin artması daşınma xərcləri, yəni loqistikanın artımı və istehsalçı zavodlarla bağlıdır. Bu iki amil olmadığı təqdirdə, qiymət artımından söhbət gedə bilməz. 3-cü amil gömrük və vergi məsələləridir. İnanmıram ki, bundan sonra dövlətimiz gömrük və vergi məsələlərinə qiymət artımı ilə bağlı hansısa bir əlavələr etsin. Əksinə,hansısa elementləri müəyyən hallarda daha da yeni avtomobillər üçün şərtlərin yüngülləşməsini təmin edə bilərlər. Bu səbəbdən də, 2024-ci ilin ilk 3 ayında yeni avtomobillərdə qiymət artımı gözləməyə dəyməz”-deyən Eyyub Əliyevin fikrincə, son illər rəsmi dillerlər avtomobillərinin qiymətlərinin artırılmasının tərəfdarı deyillər. Hətta bəzi markalar var ki, zavodlarda və yaxud da loqistika səbəbindən qiymət artımı olsa da, onlar qiyməti stabil saxlaya biliblər.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:47

Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərviz Quliyevin haqqında yayölan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı