Cahangir Hacıyevin adı siyasi məhbus siyahısında - qalmaqal

12:29 5.05.2017 1 612
Cahangir Hacıyevin adı siyasi məhbus siyahısında - qalmaqal

Bəşir Süleymanlı: “Cahangir Hacıyevin adını siyahılara salanlardan...”

Həbsdə olan Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin siyasi məhbus elan olunması ilə bağlı faktın üzə çıxması gündəmə bomba kimi düşüb. Belə ki, mayın 1-də keçmiş siyasi məhbus, hüquq müdafiəçisi Bəşir Süleymanlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsində dindirilib. Hüquq müdafiəçisi saxlanılması ilə bağlı verdiyi məlumatda C.Hacıyevin siyasi məhbus kimi tanınması ilə əlaqədar dindirildiyini, lakin burada rolunun olmadığı üzə çıxandan sonra sərbəst buraxıldığını qeyd edib.

Məlumatı tam dəqiqləşdirmək üçün B.Süleymalının özü ilə əlaqə saxladıq. O, “Yeni Müsavat”a açıqlamasında bəzi sensasion faktlar açıqladı: “Əvvəla, onu deyim ki, siyasi məhbus siyahıları hazırlayan heç bir qrupun üzvü deyiləm. Sadəcə, onları dəstəkləyənlərdən biri kimi, 94 nəfərlik siyahını imzalamışam. Cahangir Hacıyevin adı ötən ilin dekabrında 160 nəfərlik siyahıda monitorinq altına salınan şəxslərin sırasına daxil edilmişdi. Biz zamanında buna qarşı çıxdıq. Cahangir Hacıyev korrupsiyaya bulaşmış şəxsdir. Əməllərinə görə 15 il həbs cəzası alıb. Amma digər qrup bildirir ki, biz onu monitorinqə salmışıq, siyasi məhbus olmasa da, işini araşdırırıq, siyasi çalarlar ola bilər. Lakin biz o işdə, ümumiyyətlə, siyasi çalarlar görmürdük. Müzakirələrin birində Cahangir Hacıyevin adının siyahılara nə üçün salınması ilə bağlı müzakirələr olub. Görüşlərin birində məlumatı ötürən şəxs guya mənim Cahangir Hacıyevin müdafiəsi ilə məşğul olduğumu, onunla bağlı imza topladığımı, beynəlxalq təşkilatlarda onunla bağlı rəy yaratdığımı deyib. Belə absurd məlumat çatdırıblar və bunun əsasında da dindirildim. Onları inandırdım ki, bu mümkünsüz bir şeydir. Əleyhinə çıxdığım bir məsələnin necə iştirakçısı ola bilərəm? Hətta onu da dedim ki, adımın bu məsələdə hallanmasını özümə qarşı təhqir hesab edirəm”.
Cahangir Hacıyevin adı siyasi məhbus siyahısında - qalmaqal

B.Süleymanlı dedi ki, Cahangir Hacıyevin adını siyahılara salanların polisə çağırılıb-çağırılmayacağını bilmir: “Onların siyahıları ötən ilin dekabrından mətbuatda da yayılmışdı. Ola bilər ki, indiyə qədər onlardan polisə çağırılanlar olsun, amma gizli saxlanılsın”.

Cahangir Hacıyevin adı siyasi məhbus siyahısında - qalmaqal

160 nəfərlik siyahını hazırlayan qrupa daxil olan şəxslərdən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı C.Hacıyevi siyasi məhbus elan etmədiklərini bildirdi: “Onu kim deyir ki, biz Cahangir Hacıyevi siyasi məhbus elan etmişik? O siyasi məhbus elan olunmayıb. Sadəcə, onun işi nəzarətə götürülüb. Azərbaycanda baş verən hadisələr nəticəsində kütləvi həbslər olub. Bunlardan biri kimi Cahangir Hacıyev hadisəsini misal çəkmək olar. 7 milyarddan çox yeyinti olan bir hadisə nəzarətə götürülüb. Bu tipli prosesləri daim diqqətdə saxlamalıyıq. Cahangir Hacıyevin siyasi məhbus elan olunma ehtimalları belə olmayıb. Biz, sadəcə olaraq, onun işini digər işlər kimi ciddi nəzarət altında saxlamağı qərarlaşdırmışıq. İşlə bağlı çoxlu həbslər olub, milyardlarla vəsaitdən söhbət gedir. Cahangir Hacıyevin də bəyanatları birbaşa siyasidir. O, nazirləri, hakimiyyətdaxili qrupları ittiham edir, özünü müdafiə edir, günahsız olduğunu bildirir. Təbii ki, bu iş nəzarətdə olmalıdır. Amma onun siyasi məhbus olması ilə bağlı fikirlər yanlışdır. Onun adı olan hissədə bir çox işlər var. Onun cinayət işində gözətçidən tutmuş mühafizəçilərə qədər elə şəxslər var ki, adlarına milyonlarla məbləğdə pullar var. Cahangir Hacıyev həbs ediləndən sonra israrla hakimiyyətdaxili qruplaşmaların üstünə getdi. O eyni zamanda Eldar Mahmudovun qudasıdır. Bu, onun cəmiyyətin diqqətində qalmasına səbəb olur. Belə hadisələri diqqətdə saxlamasaq, nəticə heç də yaxşı olmaz. Bəşir Süleymanlıya sual verənlər hara baxırlar ki? Hər şey ortadır. Görünür, mövzudan bixəbər olduqlarından onu dindirməyə aparıblar”.


İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu kifayət qədər sərt təpki verdi: “Bir azdan yəqin Akif Çovdarovu da siyasi məhbus elan edərlər. Çalışırlar ki, siyasi məhbus siyahısı daha da genişlənsin, onların da beynəlxalq təşkilatlardan daha çox pul almaq imkanları olsun. Bunlar ancaq ona hesablanıb. Elə siyahılar imkan vermir ki, əsl siyasi məhbus olanları həbsxanadan çıxaraq. Belə siyahılar doğrudan da ciddi maneədir ki, dəqiq siyasi məhbusları, Azərbaycan üçün yananları, siyasi fəaliyyətlərinə görə həbs olunanları azad etdirək. Cahangir Hacıyevin adının siyasi məhbus siyahısına salınması cinayət deyil. Amma o siyahını tərtib edənlərə sual vermək lazımdır ki, hansı amillərə görə onun adını salıblar. Azərbaycan bankından milyonları dağıdan, mənimsəyən bir şəxs siyasi məhbus ola bilməz. Başa düşürəm ki, bunların hamısını o təkbaşına etməyib. Amma istənilən halda o, siyasi məhbus deyil, canidir, sadəcə, kimlərlə bu cinayəti işlədiyini açıq şəkildə deməlidir. O siyahını hazırlayanlar çox səhvlər edirlər”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi

21:21

Masallıda Davamlı inkişafda “yaşıl düşüncə” təlimləri başa çatıb - FOTO

22:21

Netanyahu: Kim bizə zərər vermək istəsə, bunun əvəzini ağır ödəyəcək

21:05

Polad Həşimovun oğlu niyə “avtoş” olmadı? - Seymur Verdizadə yazır...

21:01

Şəhid qardaşının arvadını öldürən şəxsin cinayət işi istintaqa geri qaytarılıb

21:21

Masallıda davamlı inkişafda “yaşıl düşüncə” düşərgəsinin açılışı olub

09:40

“Nar” yüksək keyfiyyətli “Cartoon Network” oyunlarına giriş imkanı təqdim edir

01:34

Akademik İbrahim Cəfərovla bağlı Qazaxıstandan xoş xəbər

19:00

“Nar”ın dəstəyi ilə Azərbaycan əlifbası və Azərbaycan dili günündə natiqlik çempionatının qalibləri mükafatlandırıldı

17:00

Yanmayan bonuslar “Nar”ın “Full” tariflərində!

11:30

“Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT üzrə təlimlər başladı

10:30

“Bakcell” ilə “Dream Fest” həyəcanı baş tutub

21:21

Zəngəzurda “həyəcan siqnalı”: əhali sığınacaqlara yığılır

21:09

Slovakiyadan Paris-2024 haqda: İyrənclik rəmzi...

21:06

Azərbaycana qarşı çağırış edən jurnalist həbs edildi

21:03

Pezeşkianın andiçməsinə Azərbaycandan onlar qatılacaq – Siyahı

22:57

Eldar Quliyev–73. CIRAQ KİMİ ADAM - Sadəcə Eldar müəllim...

21:56

İrəvan və Tehran hərəkətə keçdi – Azərbaycanlı prezident hərbi yük maşınlarını dayandıracaq?

20:48

Yeni müharibə riski var: Bölgə təhlükə qarşısındadır – Kritik gəlişmə

20:43

Ermənistanı məhv edərik! – Türk general elan etdi

22:12

İvanişvilinin prezidentliyə namizədliyi irəli sürülə bilər - Ədliyyə naziri

22:09

Azərbaycanda bu məhsullar 2 manata qədər bahalaşacaq - AÇIQLAMA

01:06

Cinayətkarlıqla mübarizə - dövlətin sistemli fəaliyyəti

01:30

“Simpsonlar” bu dəfə Kamala Harrisin prezident seçkilərində qələbəsini "proqnozlaşdırdı"

01:25

"Vəhdət Partiyasının parlamentdən kənar qalmasına razı ola bilmərik" - Vasif Əfəndiyev