DSMF-nın nöqsanı Azərbaycana 550 min manat ziyan vurub

15:09 10.04.2017 1 296
DSMF-nın nöqsanı Azərbaycana 550 min manat ziyan vurub
2016-cı ildə Hesablama Palatası tərəfindən büdcədənkənar dövlət fondlarının vəsaitlərinə nəzarət çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki və Lənkəran şəhəri, Suraxanı və Ağcabədi rayon şöbələrində audit həyata keçirib.
azerinform.az APA-ya istinadən xəbər verir ki,, Hesablama Palatasının 2016-cı il üzrə hesabatına istinadən xəbər verir ki, nəzarət tədbiri keçirilmiş şöbələr tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə proqnozlaşdırma prosesi əsaslı aparılmayaraq hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, eləcə də mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər üzrə gəlir potensialı tam nəzərə alınmayıb, məcburi dövlət sosial sığorta haqları üzrə proqnozlar tam icra edilməyib.
Nəzarət tədbirləri nəticəsində müəyyən edilib ki, məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilməməsinə bir sıra hallarda sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanmasının düzgün həyata keçirilməməsi, əsas fəaliyyət növünün düzgün uçota alınmaması, fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması, bəzi hallarda məhkəmə qətnaməsi ilə təmin edilmiş fiziki şəxslərin işçilərinin əmək haqqı fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının “Sığortaedənin Dövlət Sosial Müdafiə orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı (Forma B1)”na bərpa edilməməsi, hüquqi və fiziki şəxslər üzrə hesabatların vaxtında təqdim olunmamasına görə maliyyə sanksiyasının tətbiq edilməməsi səbəbindən şöbələr üzrə ümumilikdə 340,9 min manat məbləğində məcburi dövlət sosial sığorta haqqı az hesablanıb.
Həmçinin müəyyən edilib ki, bəzi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanılmış 209,2 min manat məbləğində vəsait müvafiq hesablara daxil edilməyib, məcburi dövlət sosial sığorta haqları üzrə debitor borclarının bağlanılması istiqamətində qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görülməyib.
Məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilən ödəmələrə gəldikdə isə müəyyən olunub ki, pensiya və müavinətlər üzrə müraciətlərin qəbul edilməsi, hesablanması, ödənilməsi və çatdırılması istiqamətində də bir sıra nöqsanlara yol verilib. Belə ki, nəzarət tədbirlərinin əhatə etdiyi dövrdə əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmayıb, bir çox hallarda pensiya işləri üzrə uçot vərəqələrinə ailə başçısını itirmiş ailələrin pensiya almaq hüququ ailə üzvlərinin, əlilliyə görə pensiyaçının himayəsində olan uşaqlarının doğum haqqında şəhadətnamələrinin sürətləri, əmək qabiliyyətsiz ailə üzvünə görə pensiyaçılar haqqında məlumatlarda və pensiya məbləğlərində dəyişikliklər barədə uçot vərəqlərində müvafiq qeydlər aparılmayıb.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:42

Kimlərinsə köhnə palan ici tökmək "EŞQİ..." - Əslində 9 saylı RETSİ-nin rəisi Oqtay Şahmurov KİMDİR

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

23:33

Alim və oftalmoloq

01:44

Görkəmli oftalmoloq-alim, böyük ziyalı - ZƏRİFƏ XANIM ƏLİYEVA - ANIM...

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu

17:15

Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir

23:01

Navalnı necə öldürülüb? - Bu informasiyanı verəcək şəxsə 50 min avro vəd edildi

22:59

Kemeron: “Putin Ukrayna ilə bağlı səhv edib”

22:57

Prezident onu nazir müavini təyin etdi - FOTO

22:54

Paşinyanın partiyasından Zelenski AÇIQLAMASI

22:53

Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub

16:32

“Nar”ın dəstəyi ilə Şəkərbura Şou Olimpiya Kubokunun finalı keçirilib

12:26

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

23:36

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədidə gənclərlə görüş keçirib