Milli mətbuatımız bu gün dinamik inkişaf edir, nüfuzu artır və milli maraqlarımızın keşiyindədir

01:31 16.07.2021 813
Milli mətbuatımız bu gün dinamik inkişaf edir, nüfuzu artır və milli maraqlarımızın keşiyindədir

Hər bir xalqın, dövlətin tarix salnaməsində mətbuat böyük, təsirli qüvvədir. Əbəs yerə deyil ki, mətbuat “dördüncü hakimiyyət” olaraq xarakterizə edilir. Azərbaycan xalqının tarixində, milli təfəkkürünün inkişafında önəmli, əlamətdar tarixlərdən biri də 1875-ci il 22 iyuldur. Məhz bu tarixdə milli mətbuat salnaməmizin bünövrəsi qoyulub. Tarixi "Əkinçi" qəzeti ilə başlayan, artıq əsrdən çox yaşı olan milli mətbuatımız çox şanlı, qürur duyacaq inkişaf yolu keçərək xalqımızın taleyində daim həssas, aparıcı, əvəzolunmaz rol oynamış, milli təfəkkürümüzün, dövlətçiliyimizin, ana dilimizin, nəhayət əbədi müstəqilliyimizin qorunmasında, dünya dövlətləri sırasında sarsılmaz mövqe qazanmamızda müstəsna iştirak etmişdir.

Azərbaycan cəmiyyətində də mətbuat ilk yarandığı gündən bu günə kimi bu funksiyanı layiqincə, vicdanlı, ədalətli və əsl Vətən təəssübkeşliyi prizmasından yerinə yetirir. Dövlətimiz tərəfindən mətbuat daim diqqət və qayğı ilə əhatələnmişdir və bu gün ölkəmiz dünya miqyasında rəqabət gücünə sahib istər yazılı, istər onlayn mətbuata, hesablaşılacaq informasiya bazasına malikdir. Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verir, onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Mətbuata daim böyük diqqət və qayğı göstərən Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci ilin avqust ayının 6-da imzalanan Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Bununla, Azərbaycan müstəqil mətbuatının inkişafında yeni səhifə açıldı. Milli mətbuatımız bu gün dinamik inkişaf edir, nüfuzu artır və milli maraqlarımızın keşiyindədir. Prezident İlham Əliyevin birbaşa diqqəti və qayğısı sayəsində ölkəmizdə mətbuatın inkişafı üçün bərabər şərait yaradılıb. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına Dövlət Dəstəyi Konsepsiyası kimi mühüm bir sənəd təsdiq olundu. Bundan sonra Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı. Hazırda ölkəmizdə yüzlərlə mətbuat orqanı-qəzet və jurnal fəaliyyət göstərir, 5000-ə yaxın mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Bu gün də vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın dünya birliyinə inteqrasiyası, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi və mühüm əhəmiyyət kəsb edən digər mövzular mətbuatda geniş işıqlandırılır, təhlil edilir. Daim xalqın, dövlətin yanında olan mətbuatımız dünyanın üzləşdiyi COVID-19 pandemiyası sınağının ağır günlərində vəzifəsinə sədaqət borcunu, ənənəvi vacib missiyasını şərəflə, layiqincə yerinə yetirdi. Pandemiya elan edilən ilk gündən sağlamlığımızın keşiyində duran, epidemiya ilə mübarizə aparan həkimlər, təhlükəsizlik və əmin-amanlığımızın təmin olunmasında xidmət göstərən polislərimiz kimi mətbuat işçiləri də cəmiyyətdə informasiya qıtlığının yaranmaması, yanlış şayələr üçün söz meydanının boş qalmaması üçün daim iş başında olublar.

Bu gün onlar da hər birimizin sağlamlığı üçün, epidemiyaya qarşı mübarizə üçün lazım olan maarifləndirici xarakterli informasiyaların çatdırılması, doğru və operativ xəbərlərin hazırlanması ilə pandemiyaya qarşı mübarizədə şərəflə iştirak edirlər. Bir sözlə, öz qələmləri ilə yenə də dövlətin və xalqın xidmətindədirlər. Hazırki pandemiya dövründə bütün dünyada mətbuat işçilərinin də həkimlər və polislər qədər yoluxmada risk qrupuna aid olduqlarını nəzərə alsaq, onların nə qədər dəyərli bir missiya yerinə yetirdikləri bir daha əyani ifadə olunar. Həm bir vətəndaş, həm bir peşəkar məslək sahibi kimi onların da üzərinə ağır məsuliyyət və böyük vəzifə düşür ki, bunun öhdəsindən layiqincə gəlirlər.

Azərbaycan jurnalistləri xarici ölkələrdə olarkən dövlətin və Prezident İlham Əliyevin mətbuata yüksək səviyyəli qayğısı, diqqəti və dəstəyindən fəxarət hissi ilə bəhs edir, eləcə də əksər ölkələrdə belə bir təcrübənin olmadığının şahidi olurlar.

Beləliklə, milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir.

Tural HÜSEYNLİ,
İqtisadcı, Nəsimi rayonu.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...