ƏRDOĞAN RUSİYA-UKRAYNA MÜHARİBƏSİNİN NİYƏ ƏLEYHİNƏDİR? – Politoloq səbəbləri açıqladı

12:44 12.04.2021 732
ƏRDOĞAN RUSİYA-UKRAYNA MÜHARİBƏSİNİN NİYƏ ƏLEYHİNƏDİR? – Politoloq səbəbləri açıqladı

Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında bir daha vurğulayıb.

Liderlərin görüşünü şərh edən politoloq Elxan Şahinoğlu bildirir ki, Ərdoğan mətubat konfransında Ukraynanın şərqindəki gərginliklə bağlı bir neçə önəmli fikir söyləylb:

“Birincisi, Ərdoğan dedi ki, Ukraynanın şərqindəki vəziyyət diplomatik əsaslarla həll olunmalıdır: “Narahatıq doğuracaq hadisələrin inkişafına son qoyulmasını diləyirik”.

İkincisi, Türkiyə Prezidenti dedi ki, Qara dəniz sülh dənizi olaraq qalmalıdır: “Qara dənizdə sülh və rifahın bərpası hədəfimizdir. Ortaq coğrafiyamızda nəyin bahasına olursa-olsun, gərginliyin artmasını arzu etmirik”.

Üçüncüsü, Ərdoğan Rusiya ilə Ukrayna arasında yaranan münaqişənin Minsk anlaşmaları əsasında dialoq yolu ilə həll olacağına ümid etdiyini vurğulad: “Son zamanlar regionda gərginliyin artması arzuolunan deyil. Mövcud böhranın Ukraynanın ərazi bütövlüyünün və beynəlxalq hüququn tələbləri çərçivəsində sülh şəraitində və diplomatik yollarla həll olunmasının vacibliyinə inanırıq””.

Şahinoğlu qeyd edir ki, Türkiyə Prezidenti Ukrayna-Rusiya müharibəsinin qəti əleyhinədir. Çünki mümkün müharibə Türkiyəyə xarici və təhlükəsizlik siyasətində problemlər yarada bilər.


“Digər tərəfdən Türkiyə Ukraynanın şərqindəki gərginliyin Qara dəniz hövzəsinə inikasının da qəti əleyhinədir. Çünki Ukrayna ilə Rusiya arasında müharibə başlasa bu yalnız Donbasdakı ərazi ilə məhdudlaşmayacaq, hər iki ölkənin Qara dənizə çıxışı var, qarşıdurma dənizdə də davam edəcək. Bu isə Türkiyənin maraqlarına ziddir”,-deyə politoloq vurğulayıb.

E. Şahinoğlu, bu arada, Ukrayna ilə Azərbaycanın Türkiyə üçün fərqinə də diqqət çəkib: “Türkiyə Azərbaycanın işğal altındakı torpaqların müharibə yolu ilə azad edilməsi üçün ölkəmizə hərtərəfli dəstək verdi və Ankara bunu doğru strategiya kimi əsaslandırdı. Ankara Ukrayna nümunəsində isə ərazi məsələsinin yalnız danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır. Halbu ki, Ankarada da anlayırlar ki, Donbass məsələsini danışıqlar yolu ilə həll etmək çətinləşib, Krımdan isə danışmağa dəyməz”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?