Qaxda koronavirusa qarşı səmərəli tədbirlər həyata keçirilir

17:48 16.04.2020 1 311
Qaxda koronavirusa qarşı səmərəli tədbirlər həyata keçirilir

Respublikamızın hər yerində olduğu kimi, Qax rayonunda da koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir. Pandemiya ilə bağlı tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür. Yaradılmış mobil qruplar Qax şəhərində, eləcə də kəndlərdə sakinlərlə profilaktik söhbətlər edir, onlara xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün vacib olmadıqda evdən çıxmamaları barədə xəbərdarlıq olunur.

Rayon ərazisində infeksiyanın yayılmasının qarşının alınması məqsədilə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən şəhərin küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında gündəlik dezinfeksiya işləri aparılır. Dezinfeksiya tədbirləri kənd yaşayış məntəqələrində də davam etdirilir.

Həmçinin, evdən çıxmaları mədudlaşdırılmış tənha, yaşlı, maddi imkansız rayon sakinlərinə ərzaq yardımları verilir, güzəştli qaydada dərman vasitələri ilə təmin olunan vətəndaşlara dərmanlar ünvanlarında çatdırılır. Eyni zamanda kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiya kartları “Kapitalbank”a getmədən “Azərpoçt” Qax rayon filialının əməkdaşları tərəfindən ünvanlarında təqdim edilir.

Xüsusi karantin rejimi şəraitində vətəndaşların zərurət olmadıqda evdən çıxmaları qadağan edilib. Əlbəttə, insanlar istər-istəməz xəstəxanalara, banklara, ərzaq mağazalarına getmək məcburiyyətindədirlər. Belə bir şəraitdə onların evdən çıxışlarını məhdudlaşdırmaq istiqamətində müvafiq tədbirlər görülməlidir. Bununla əlaqədar İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan tənha, ahıl və xəstəliyi olan insanlara evlərində bir sıra xidmətlər göstərilir. Belə ki, modul qruplar, mərkəzi xəstəxananın həkimləri, yerli icra nümayəndələri və könüllülər onları müvafiq olaraq zəruri ərzaq məhsulları ilə təmin edir, güzəştli qaydada dərman vasitələri ilə təmin olunan vətəndaşlara dərmanları ünvanlarında çatdırır, arzu və istəklərini yerinə yetirirlər. Eyni zamanda rayonun kənd yaşayış məntəqələri sakinlərinin bank filialına getmələrinin azaldılması məqsədilə kənd təsərrüfatı ilə bağlı subsidiya kartları yerli poçt şöbələrinin əməkdaşları vasitəsilə onların evlərinə göndərilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” şüarına dəstək olaraq Qax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonda ehtiyacı olan yüzlərlə ailələrə ərzaq yardımları paylanılır.

Azerinform.az xəbər verir ki, görülən işlərlə yerindəcə tanış olmaq məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev şəhərin park və bağlarını gəzib, sakinlərə çağırış edərək onlara karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyi və ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edib.
Əhalinin maarifləndirilməsi məqsədilə Şəhər İcra Hakimiyyəti aparatının, İnzibati Ərazi Dairələri nümayəndəliklərinin, bələdiyyələrin, polis orqanlarının və digər qrumların nümayəndələrindən ibarət yaradılmış mobil qrupun üzvləri ilə görüşən İcra başçısı onlara bir daha əhali arasında fərdi qaydada izahetmə işlərini gücləndirməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

İcra başçısı həmçinin şəhər ərazisində çoxmənzilli yaşayış evlərində, binaların ümumi istifadə yerlərində, girişlərində, pilləkən və həyətlərində məişət tullantılarının atıldığı konteyner meydançalarında, küçə və prospektlərdə, parklarda, avtobus dayanacaqlarında həyata keçirilən dezinfeksiya tədbirləri ilə də tanış olub, müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib.

AZERİNFORM.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO