Dövlət Xidmətinin iki şöbə rəisi işdən çıxarılıb

16:05 28.06.2019 1 106
Dövlət Xidmətinin iki şöbə rəisi işdən çıxarılıb

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) aparatında 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar qurumun müvafiq strukturlarının, yerli idarə, şöbə və bölmələrinin rəislərinin, rayon hərbi həkim komissiyaları sədrlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.

Dövlət Xidmətindən APA-ya verilən məlumata görə, müşavi­rədə SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xid­mət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar Xidmət tərəfindən həyata keçiriləcək tədbirlərin təşkili ilə bağlı zəruri məsələlərə diqqət çəkib. Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi ilə əlaqədar iyul ayı ərzində çağırış prosesinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə, çağırışçıların tibbi müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində müvafiq iş aparılmasına dair tapşırıqlarını verib.

Xidmət rəisi və­tən­daş­ların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli hə­qiqi hərbi xid­mətə çağırılması, gənclərin hərbi vətən­pər­vər­lik ruhunda tərbiyə olun­ma­sı istiqamətində həyata keçirilmiş işləri və qarşıda duran vəzifələri bir daha xüsusi vurğulayıb. General-leytenant Arzu Rəhimov vətəndaşların qə­bulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin olunmasının Azərbaycan Prezidenti İlham Əliyevin tələb və tövsiyələrinə uyğun davam etdirilməsi ilə bağlı göstərişlərini çatdırıb. Xidmət rəisi bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş çatışmazlıqların təhlil edilərək aradan qaldırılmalı, gələcəkdə təkrarlanmamalı və əməkdaşlar etik davranış qaydalarına ciddi əməl etməlidirlər.
Müşavirəyə dəvət olunmuş Müdafiə Nazirliyi Tibb Xidməti baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev son illərdə SHXÇDX tərəfindən Silahlı Qüvvələrin sağlam gənclərlə komplektləşdirilməsi işində əldə edilən uğurlara diqqət çəkib. Bu sahədə daha mükəmməl nəticələr əldə etmək üçün birgə əməkdaşlığın perspektivlərinə dair fikirlərini bölüşüb.

Müşavirəyə yekun vuran general-leytenant Arzu Rəhimov SHXÇDX tərəfindən qarşıdakı dövrdə görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə danışıb.

Xidmət rəisi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə SHXÇDX-nin hərbi qulluqçularının aylıq pul təminatının, həmçinin mülki işçilərin vəzifə maaşlarının artırılmasının şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinə mühüm töhfə olduğunu vurğulayıb.

Müşavirədə kadr dəyişiklikləri həyata keçirilib. Xidmətin Bərdə rayon şöbəsinin rəisi tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Qeyd edək ki, SHXÇDX-nin Daxili təhqiqat şöbəsinin rəisi, polkovnik Həsrət İsmayılov həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə müvafiq əmrlə Xidmətdən tərxis olunub.

Müşavirənin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara Xidmət rəisinin əmri ilə təltif­lər, həmçinin növbəti və vaxtından əvvəl hərbi rütbələr təqdim edilib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...