ŞOK!!!! Yadplanetlilər Azərbaycanın SİRRİNİ açdılar - SENSASİON XƏBƏR...

00:53 20.08.2018 5 141
ŞOK!!!! Yadplanetlilər Azərbaycanın SİRRİNİ açdılar - SENSASİON XƏBƏR...

Insanın yaranması, Yerdən kənar svilizasiyaların olub-olmaması, yadplanetlilərlə əlaqə, bəşəriyyətin gələcəyi. insanları zaman-zaman düşündürən mövzulardandır. Moderator.az saytı olaraq kənar svilizasiyalarla təmas qurmuş insanlar və onların orada gördükləri haqda fikir və mülahizələrini yeri gəldikcə oxucularımıza çatdırmışıq. Kənar svilizasiyalarla təmasda olmuş daha bir müsahibimizin fikirlərini təqdim edirik. Xırdalan şəhər sakini İldırım Kazımov planetlilərin onu kənar svilizasiyaya apardığını və orada telepatiya ilə beyninə maraqlı informasiyalar ötürdüklərini qeyd edir. Müsahibimizin fikirlərinə şərh vermədən və müdaxilə etmədən oxucularımızın ixtiyarına buraxırıq.


- 1997-ci ilin yanvarın 13-dən 14-nə keçən gecə qeyri-ixtiyari yuxudan oyandım. Gördüm evdə kosmonavt geyimində (skafandrda), boyu təxminən 130-140 sm olan, dizlərində təxminən Azərbaycanın gerbinə bənzər gerb, başındakı kaskada doqquz guşəli, ziq-zaqvari ulduz olan bir canlı varlıq var. Bundan əlavə, boyu təxminən 90-100 sm olan daha iki canlı varlıq da evdə dayanmışdı.
Onları yataq otağımda görəndən sonra, necə oldusa, bir də gördüm ki, başqa bir planetdəyəm. Oradakı gözəlliyi və rahatlığı təsvir etməkdə çətinlik çəkirəm. Hər tərəf tunc və gümüşü rəngdəydi.

Onlar orada mənimlə telepatiya yolu ilə danışırdılar. Beynimə informasiyalar ötürürdülər. Sonra bir də gördüm ki, yenə yataq otağımdayam.

- Fəzalılar sizə hansı informasiyaları ötürdülər?

- Onlar dedilər ki, Yer üzərində canlıları biz yaratdıq (hiss olunurdu ki, Tanrının izni ilə yaradıblar). Biz Yerdə yeddi insan soyu yaratdıq:

- İlk yaradılmış insan soyunu indiki Azərbaycanın Mingəçevir ərazisinə gətirdik;
- İkinci yaradılmış soyu, indiki slavyan xalqlarının yaşadığı ərazilərə;
- Üçüncü soyu - monqol irqi, Cənub-Şərqi Asiya ərzisinə;
- Dördüncü soyu, Qərbi-Avropa xalqlarının yaşadığı əraziyə;
- Beşinci soyu, farsdilli xalqların yaşadığı ərazilərə;
- Altıncı soyu - Tövratda və Quranda xəbər verilən Adəmlə Həvvanı - indiki Ərəbistan və İsrail ərazisinə;
- Yeddinci soyu - qara zənci irqi - indiki Afrika ərazisinə gətirdik.

Azərbaycana gətirilən ilk cütlüyün adı Samir və Gülnaz idi. Tanrı onları göz yaşından yaradıb. İlkin mərhələdə onlar göyün birinci qalaktikasında Laç adlanan bir yerdə məskunlaşdırıldılar. Tanrı Samir və Gülnaza 35 dil öyrətdi və 18 yaşına qədər biri-biri ilə yaxınlıq etməyi qadağan etdi.

Lakin onlar 16 yaşa çatanda şərin nümayəndəsi, Samiri yoldan çıxardı və Gülnazla yaxınıq etməyi öyrətdi. Gülnaz əvvəl razı olmadı ki, Tanrı bunu bizə qadağan edib, zamanımızı gözləməliyik. Buna baxmayaraq, Samir Gülnazı yoldan çıxardı və onlar yaxınlıq etdilər. Beləliklə, Tanrının qanununu pozdular. Gülnazı bu işə Samir sövq etdi. Bu səbəbdən türkdilli xalqlarda qadın kişidən daha namuslu olur. Onlar etdikləri günaha görə üç ay Tanrıya yalvardılar. Tanrı onları bağışlamadı; göydən uçan bir kosmik gəmi ilə indiki Azərbaycanın ərazisinə endirdi. Göydən gələn iki canlı məxluq (mələklər) Samirlə Gülnaza yerdəki həyat (yaşam) tərzini, bitkiləri, heyvanları öyrətdilər.

Gülnazın Samirdən - Turan, Manya, Samrat, Qandar, Yan, Cəlil, Sambay adında yeddi oğlu oldu.

Göydən gətirilmiş kosmik aparatın içərisində daha bir kiçik aparat da var idi. Gələn məxluqlar kiçik aparatı Samirə verib, təkrar göyə qayıtdılar. Gedib gördülər ki, Tanrı daha yeddi qız uşağı da yaradıb.

Samir yerdə oğlanlarını böyüdür, onların hərəsinə bir dil öyrədirdi. Onlara həmçinin, heyvanları, bitkiləri öyrədirdi.

Bir axşam oğlanları oturub ataları ilə söhbət edirkən. Turan soruşdu ki, ata, biz insanlar necə yaranmışıq, bura haradan gəlmişik?
Həmin gecə ayparayla ulduz qarşı-qarşıya dayanmışdı. Samir Ayparanın qarşısındakı ulduzu göstərib: “Bizi Tanrı yaradıb, oradan gətiriblər” - dedi. Uşaqlar göyə baxanda ulduzu kimisi beş guşəli, kimisi isə, səkkiz guşəli gördü. Uşaqlar böyüdükcə aypara ilə ulduzu qayalara çəkirdilər.

Biz göydəki hər qıza bir dil öyrətdik. Onlar 15 yaşa çatanda Yerə gətirdik. Göydə qızların altısı kor idi; təkcə Gita görürdü. Yerə endirəndən sonra qızların altısının da gözlərini açdıq. Gita dedi ki, ora daha gözəl idi.
Göydən gələn mələk geri qayıdarkən, Gitanın alnından öpdü. Sonradan həmin qız öz ailəsi ilə Azərbaycandan Hindistana gedib çıxacaq və məhəbbət nişanəsi olaraq həmişə alnına xal qoyacaqdı.

Aradan 150 il vaxt keçdi. Samir yeddi oğlunun hərəsini göydən gələn qızlardan biri ilə evləndirmişdi. Oğlanlarına hər bir kəsin yalnız öz qadını ilə yaşamasının vacib olduğunu bildirmişdi.
Bu qadağaya baxmayaraq, Manna Tanrının qanununu pozdu və qardaşı Yanın arvadı ilə bir neçə dəfə yaxınlıq etdi. Yan və uşaqları bunu bildilər və Mannanı Kür çayında boğub öldürdülər....

Samirlə Gülnaz Yerdə 300 il yaşadılar və Samirin gözləri qocalıqdan tutuldu. İti daşla işləyərkən, biləyini kəsdi və canını tapşırdı. Samir, baxmayaraq ki, Yer üzünün ilk peyğəmbərlərindən biri idi, 16 yaşındaikən Tanrının qanunlarını pozaraq, göydə qan tökmüşdü (Gülnazla yaxınlıq etmişdi). Bu günahdan sonra Tanrı onu 300 il yaşatsa da, sonda özü-öz qanını tökdü.

Yadplanetlilərin mənə bildirdiyinə görə, Amerikada yaşayan hindular, türkdilli xalqlar, qafqaz xalqları və Pakistan, Hindistan ərazisində yaşayan bir çox xalqlar Samirlə Gülnazın törəmələridir.

Gülnaz ərini o qədər çox sevirdi ki, baxmayaraq ki, onun da gözləri tutulmuşdu, hər dəqiqə Samiri axtarırdı. Bir gün o Kür sahilində ərini axtararkən, canavar Gülnaza yaxınlaşdı və onu götürərək, yoxa çıxdı.
Bu hadisədən sonra onun oğlanları, nəvə-nəticələri, öz ailələrini götürərək, hərəsi bir istiqamətdə Gülnazın axtarışına çıxdılar. Beləliklə, onlardan bir dəstəsi indiki Şimali Qafqaz ərazisinə, bir dəstəsi indiki Gürcüstan ərazisinə, bir dəstəsi indiki Orta Asiya ərazisinə çatdılar.
Turanla oğlu Türk isə, ailələri ilə birlikdə indiki Ermənistan ərazisinə yetişdilər; hansı ki, canavar Gülnazı o istiqamətdə aparmışdı və Yanın yaşadığı yerə gəlib çıxmışdılar. Onlar Gülnazı bu ərazidə taparaq, qoca qadını daşla, ağacla vurmağa başladılar. Bu vaxt canavar üzünü göylərə tutub ulayırdı. Sanki, insanların bu vəhşiliyindən Tanrıya şikayət edirdi.

Canavarın bu ulartısına Turanla, Türk gəlib çıxdılar. Türk və övladları, Gülnazı xilas etmək üçün, Yanın başına ağacla, daşla vurmağa başladılar. Qoca Yan qanı axan şəkildə yerə yıxıldı. Yanın uşaqları qanı görəndə qorxdular. Yan, oğlu Haya: “Urartu” - dedi. Qədim erməni dilində bu sözün mənası “Turanı vur” deməkdir.

Turanla Türk Gülnazı da götürüb, indiki Türkiyə istiqamətində hərəkət etdilər. Həmin vaxt göydən elə bir dolu yağdı ki, hərəsi bir tərəfə qaçdılar. Gülnazın cəsədi isə, dolunun altında qaldı. Türklər həmin yeri gələcəkdə Anadolu adlandıracaqdılar.

Indiki Mingəçevir ərazisində qalan, göydən gətirilən o kiçik kosmik aparatla bir dəstə qadın, kişi uçaraq indiki Amerika ərazisinə getdilər.

İlk yaradılışda insanların elmi indikindən heç də geri qalmırdı. Onlar göydən gəlmiş kosmik aparatları idarə edə bilirdilər.
Yaxın illərdə Yerdəki insanların elmi yenidən elə bir səviyyəyə yüksələcək ki, bir neçə dəqiqəyə başqa planetə köçə biləcəklər.

Daha sonra, Yerdən köçərək, Ayda və Marsda yaşayan insanlar hətta, biri-birləri ilə planetlərarası müharibə aparacaqlar. Bu müharibələrin səbəbi planetlərdə olan qiymətli metallar olacaq.

Fəzalılar mənə onu da bildirdilər ki, Yer kürrəsinə indiki insanların, heyvanların və quşların yaradılıb gətirilməsindən 14 min il keçib.

Həmçinin, Yerdə ilk svilizasiya Azərbaycan ərazisindən başladığı kimi, son da burada baş verəcək.

Yadplanetlilər onu da dedilər ki, Azərbaycan çox sirli bir ərazidir. Dünyanın hazırda pozulmuş nizamı Azərbaycandan düzəlməyə başlayacaq. Bunun üçün Azərbaycanda kifayət qədər elm verilmiş adamlar var. Onların təliğ etdiyi yeni ideyalar bəşəriyyəti birləşdirəcək və Yerdə sülhü, əminamanlığı bərpa edəcək. Bu məqsədlə hər ölkədə fəzalıların öyrətdiyi adamlar var. Salvador Dalinin “Geopolitik uşaq yeni insanın doğumunu seyr edir” adlı rəsm əsəri bu mesajı verir. Yəni, azərbaycandan doğulacaq yeni bir ideologiyanın bəşəriyyəti öz ətrafında birləşdirəcəyini xəbər verir.


İldırım Kazımovla söhbəti qələmə aldı:
Paşa Yaqub (Pangeyist)
AZERİNFORM.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...