Milli azadlıq hərəkatının başlanmasından sonra ilk yaranan mətbu orqanlar...

23:57 22.07.2018 7 032
Milli azadlıq hərəkatının başlanmasından sonra ilk yaranan mətbu orqanlar...

İLK YARADILAN QƏZETLƏR, NƏŞR EDİLƏN “SAMİZDATLAR”,
KİTABÇALAR, YAYILAN VƏRƏQƏLƏR, MÜSTƏQİL KİV VASİTƏLƏRİ

Azərbaycanda milli-azadlıq hərəkatının başlanması yeni məzmunlu və formalı mətbuatın da yaranmasına imkanlar açdı. Həmin dğvrdə mövcud olan AXC-nin nəşrləri istisna olmaqla digər yayım orqanlarını belə qruplaşdırmaq mümkündür: 1) Yeni yaranmaqda olan siyasi təşkilatların və cəmiyyətlərin gizli nəşrləri; 2) Müstəqil olaraq gizlin nəşr edilən yayınlar; 3) Dövlət qeydiyyatından keşmiş müstəqil və ya müxtəlif qurumların yayınları.


İLK “SAMİZDAT” KİTAB – “VƏTƏN”

Azərbaycanda sovet hakimiyyəti dövründə ilk olaraq nəşr edilən “samizdat” kiab “Vətən” olub. Bu kitab 1988-ci ilin fevral-iyul aylarında gizli olaraq “rotopirin” üsulla nəşr edilib. Kitabı nəşrə hazırlayan və yazıları müəlliflərdən yığıb toplayan, tərtib edən – 17 noyabr mitinqlərinin əsas təşkilatçısı Ənvər Əliyev olub.
Kitabın naşiri olan Ə.Əliyev son səhifədə oxuculara belə bir müraciət ünvanlayıb: “Əziz oxucularım! Son sözüm də Sizədir. Oxuduğunuz bu yazılar birər-birər toplanıb, min bir çətinliklə küll halında ortaya qoyulub. Yaxşı-pis mən borcumu yerinə yetirdim. Sizinsə borcunuz bunları yaymaq, bütün yurddaşlarımızı bu həqiqətlərlə agah etməkdir. Bir də, əgər Sizin əlinizdə də bu cür yazılar olsa, mənə yetirməyi unutmayın. İnşallah, qeyrət və istəyiniz bizi görüşdürər”.
Kitabda yazılar iki dildə – Azərbaycan və rus dillərində çap olunub. Kitab oxuculara belə təqdim edilib: elmi-kütləvi toplu, I cild. Nəşrin ilk səhifəsində Abbas Səhhətin bu misraları verilib: “Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz!”
Kitabın mündəricatından aydın olur ki, burada çox ciddi yazılar çap olunub. Həmin mündəricatı oxuculara təqdim edirik: 1) Giriş əvəzi; 2) Akademik B.Petrovski – Redaksiyaya məktub, I hissə: 1) İ.Qəmbərov – Köhnə bayatılar və təzə əfsanələr (səh.13); 2) S.Ayvazyan – Türk saxtakarlığı üçün tarix və coğrafiya dərsi (səh. 66); 3) İ.Qəmbərov – Baş tutmayan dərs haqqında (səh. 110); 4) İ.Əliyev – DQMV haqqında tarixi məlumat (səh. 116); 5) E.Namazov, Əlizadə Z. DQ haqqında tarixi məlumat. Yerevan, 1988” broşurasına cavab” (səh. 155); II hissə: 1) “General Mayevski – Ermənistan genosidi. Peterburq, 1902” (səh. 182); 2) Veliçko V.L. “Ermənilər”, Qafqaz, I cild, 1904” (səh.185); 3) Savrov N.N. Zaqafqaziyada rus işlərinə yeni təhlükə. Peterburq, 1911 (səh. 187); 4) Qriboyedov A.S. Əsərləri, I cild, M., 1976. “Pravda” nəşriyyatı (səh. 189); 5) “Marksizm-Leninizm klassiklərindən” (səh.190); 6) “Protokol №11 və 12, 4-5 iyul, 1921-ci il” (səh. 191); 7) A.Mikoyan – V.İ.Leninə müraciət. 22 may, 1922” (səh.194); 8) Andranik O. (1865-1927), (səh.195); 9) “Böyük Sovet Ensiklopediyası”, M., 1976, III c. (səh. 197); 10) M.Ə.Əliyev – “Millətçi-burjua erməni təşkilatları tarixindən” (səh. 198); III hissə – 1) Azərb.SSR EA Şərqşünaslıq İnstitutunun müraciəti” (səh. 204); 2) “Görkəmli iqtisadçı “Humanite” №13450, 18.11.87. s.117 (səh.205); 3) R.Yüzbaşov. Məktub (səh. 207); 4) “Qarabağların Qarabağlılara müraciəti” (səh. 208); 5) I Vazgenin çıxışı (səh. 211); 6) “S.Kaputikyanın çıxışı” (səh. 215); 7) “Məramnamə” (səh.220); 8) F.Barringer, B.Keller. “Nyu-York Tayms”. 15.03.1988 (səh.223); 9) “E.Mehrəliyev – Demoqrafik məlumat” (səh. 230); IV hissə –1) S.Xanzanyan – S.Mkrtıçyanın “DQ tarixi arxitektura abidələri” kitabına rəy” (səh. 253); 2) “K.Abbasova – APİ-də (Stepanakert) baş verən hadisələr (səh. 256); 3) X.Əkbərova və s. Məktub” (səh. 262).
Kitab 272 səhifədən ibarətdir, 200 (iki yüz) tirajla nəşr edilib gizli olaraq yayılmışdır.


İLK “SAMİZDAT” KİTABIN TƏRTİBÇİ VƏ NAŞİRİ-1988-Cİ İLİN NOYABR MİTİNQLƏRİNİN TƏŞKİLATÇISI VƏ İLK APARICISI –
ƏNVƏR ƏLİYEV

Ənvər Əliyev – 1951-ci ildə Ağsu rayonunda anadan olub. Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunda elmi işçi vəzifəsində çalışır.
1988-ci ilin noyabr ayının 17-də Bakıdakı çoxgünlük mitinqlərin təşkilatçısı kimi Azərb.SSR CM-nin 188-3 maddəsi ilə 1989-cu ilin fevral-iyun aylarında SSRİ Prokurorluğunun xüsusi işlər üzrə istintaq qrupu tərəfindən həbs edilib.
Ə.Əliyev 1992-ci ilin noyabrın 19-da həbsdən azad olunub.
Ə.Əliyevin həbsxanadan Azərbaycan Respublikasının Prezidenti Ə.Elçibəyə 1992-ci ilin noyabrında yazdığı məktub da çox təsirlidir: “Baş tutmasına bir çox amillərlə bərabər, yataqxanamızdakı görüşünüzün və xüsusilə mənim otağmdakı söhbətlərinizin də müəyyən rolu olmuş bu mitinqin başqa cür məqamı da ola bilməzdi... Mənim obyektiv və bəzən də subyektiv səbəbdən susmağımı bəziləri günahkarlıq əlaməti kimi qəbul etsələr də, mən tarixin hər şeyi öz yerinə qoymağına var qüvvəmlə inanmışam və inanıram”.
Ə.Əliyevin həbsxanada yatmasına səbəb olan noyabr mitinqləri indi Azərbaycanda Milli Dirçəliş Günü (17 noyabr) kimi bayram edilir.
Ə. Əliyev 2012-ci ildə özünün “Meydan sirləri” kitabını yazıb çap etdirmiş, burada Noyabr mitinqləri ilə bağlı maraqlı faktlar açıqlamışdır.


İLK “SAMİZDAT” MƏQALƏ

Azərbaycanda gedən proseslərlə bağlı ilk “samizdat” məqalə 1988-ci ilin noyabrında Londonda nəşr edilən “The Central Asian newsletter” (vol. 7, №4) jurnalında çap olunub. Məqalə belə adlanır: “Azərbaycan ziyalıları adından: biz Sizə və bütün azad iradəli insanlara müraciət edirik”. Bu məqalədə azərbaycanlıların Dağlıq Qarabağda yaranmış vəziyyətə baxışları öz əksini tapıb.

“SAMİZDAT” NƏŞRLƏR

Azər Qasımzadənin nəşrləri:
1. “Dirçəliş” qəzeti, 27 iyun, 1989-cu il, №1.
1. “Soy” məcmuəsi. “Dirçəliş” nəşriyyatı, 1989-cu il, №1.
2. “Gülüstan” siyasi-bədii toplusu. “Dirçəliş” nəşriyyatı, 1990-cı il.
3. “Dönüş” məcmuəsi. “Dirçəliş” nəşriyyatı,1989-cu il, №1.
4. Əhməd Qaraca. Azərbaycanın yaxın tarixinə qısa bir baxış. “Dönüş”, 1989.


Emin Əhmədovun nəşri:
1. “Açıq Söz” Bülleteni, №1, 1989-cu il.


AXC nəşrləri

1.Azərbaycan Xalq Cəbhəsinin Bülleteni. 1989-cu il,iyun, №1.
2. “Meydan”. Azərbaycan Xalq Cəbhəsinin qəzeti. №1, sentyabr, 1989-cu il.
3.”İstiqlal”, bülleten №1,oktyabr, 1989.
4.Azərbaycan” məcmuəsi, 15 noyabr, 1989-cu ul, №9.
5. “Fövqəladə Vəziyyət (FV)” - “Çrezvıçaynoye Polojeniye (ÇP”. Azərbaycan Xalq Cəbhəsinin Xüsusi Bülleteni. №1, fevral, 1990-cı il.
6.“Azərbaycan Xalq Cəbhəsinin sənədləri” seriyasından 1990-cı ildə “AXC Məclisi I sessiyasının protokolu. 28-29 oktyabr 1989-cu il. Bakı ş.” adından ayrıca kitabça da nəşr edilib.



AXC-NİN BÖLGƏ QƏZETLƏRİ


“Ağdam” qəzeti – AXC Ağdam rayon şöbəsinin orqanı olub. 1990-cı ildə nəşr edilib.
“Demokrat” qəzeti – AXC Sabirabad rayon şöbəsinin orqanı olub. 1990-cı ildə çap edilib.
“Girdiman” qəzeti – AXC İsmayıllı rayon şöbəsinin orqanı olub. 1990-cı ildə çapdan çıxıb.
“Haqqın səsi” – AXC Göyçay rayon şöbəsinin orqanı olub. 1990-cı ildə çapdan çıxıb.
“Hasıllı” – AXC Cəlilabad rayon şöbəsinin orqanı olub. 1991-ci ildə nəşr edilib
“İki sahil” – AXC Culfa rayon şöbəsinin orqanı olub. 1989-cu ildə çap edilib
“İstiqlal” -–AXC Şəki şəhər şöbəsinin orqanı olub. 1989-cu ildə çapdan çıxıb.
“Qeyrət” - AXC Balakən rayon şöbəsinin orqanı olub. 1990-cı ilin mayında çıxıb.
“Şu Yol” – AXC-nin Bakının Əzizbəyov rayon şöbəsinin orqanı olub. 1990-cı ilin yanvar ayında çapdan çıxıb.
“Varlıq” qəzeti – AXC Naxçıvan Vilayət şöbəsinin xüsusi buraxılışı olub. 1990-cı ildə nəşr edildiyi ehtimal olunur.
“Vətən” qəzeti – AXC Gəncə şəhər şöbəsinin orqanı olub. 1989-cu ilin dekabrında çapdan çıxıb.
“Elin səsi” qəzeti - Azərbaycan Xalq Cəbhəsi Lənkəran şöbəsinin qəzeti olan “Elin səsi” 1989-1990-cı illərdə yayımlanıb.
“İnam” qəzeti – AXC Zaqatala rayon şöbəsinin orqanı olub.1992-ci ilin martından nəşr edilib. “Bizim şərh” qəzeti - 1990-cı ilin 18 mayında nəşr edilib.

Nəsiman Yaqublu,
Tarix elmləri doktoru
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:26

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü