Keçmiş şöhrətini yenidən bərpa edən təhsil ocağı...

19:43 12.04.2025 439
Yevlax rayonunun Xaldan kənd kompleks tam orta məktəbi həmişə Azərbaycanın sayılıb-seçilən təhsil müəssisələrindən biri olub. SSRİ dövründə İttifaq miqyasında tanınıb. 1904-cü ildə əsası qoyulan tədris ocağı 1975-ci ildən kompleks məktəb kimi fəaliyyət göstərməyə başlayıb. 1986-cı ildə “kompleks məktəb” statusunu alıb.

“Kompleks məktəb” dedikdə o başa düşülür ki, yəni təhsil müəssisəsinin tərkibində həm də uşaq bağçası, tədris-istehsalat kombinatı və musiqi məktəbi fəaliyyət göstərir.

Xaldan məktəbi həm yüksək nəticələr göstərən şagirdləri, məzunları ilə, həm də təsərrüfatda uğurları ilə nəinki SSRİ də, hətta xarici ölkələrdə də tanınıb.


Məktəbin müvəffəqiyyəti xeyli müddət rəhbəri olmuş Zahid Şöyübovun adı ilə bağlıdır. 40 il Xaldan məktəbinin direktoru işləmiş “Şöhrət” ordenli Zahid müəllim Xaldan məktəbinin timsalında, necə deyərlər, bir brend yaradıb. 1981-ci ildə Umummilli Lider Heydər Əliyev Yevlax rayonunda səfərdə olanda Xaldan məktəbinə də baş çəkib, Zahid Şöyübovla görüşüb.

Zahid müəllimdən sonra məktəb baxımsız qalıb, bərbad hala düşüb. Keçmiş şöhrətindən əsər-əlamət qalmayıb. Heç kim vəziyyəti düzəltməyə cəhd etməyib.

Mən təhsillə bağlı, konkret olaraq Yevlaxda təhsilin vəziyyəti ilə bağlı tənqidi məqalələr yazmışam. Elə Xaldan məktəbi barədə də yazmışdım. Lakin bu yaxınlarda Yevlaxda olarkən Xaldana gedib məktəbdəki indiki abu-havanı görüb çox sevindim. Sanki məktəbə ikinci nəfəs gəlib.

2019-cu ildən Xaldan məktəbinə direktor təyin olunmuş gənc mütəxəssis Günel Yusifzadə az müddətdə rəhbərlik etdiyi məktəbi dirçəltməyi bacarıb, qabaqcıl təhsil müəssisəsinə çevirib. Məhz onun fəaliyyəti nəticəsində məktəbə diqqət artıb və 2021-ci ildə məktəb kompleksi əsaslı şəkildə təmir olunub.


İndi keçmişdəki ənənələr daha yaxşı, innovativ formada davam etdirilir. Təhsildə və təsərrüfatda uğurlar göz qabağındadır. Günel xanım söz verdiyi kimi məktəbin nüfuzunu, tarixi irsini qoruyub saxlamaq üçün yorulmadan çalışır, kollektivi də buna səfərbər edə bilir.

Qısa vaxtda məktəbdə təmir işləri aparılıb, yaşıllıq zolaqları salınıb,limon və nar bağları yenidən salınıb.Həmçinin, məktəb stadionu bərpa edilib, 960 şagird yerlik məktəb binası müasir inventar və avadanlıqlarla tam təmin edilib.
Məktəbin geniş ərazisi və təsərrüfat sahələri şagirdlərin təcrübə keçməsi üçün çox əlverişlidir. Bu şəraitdən səmərəli istifadə olunur, güllər əkilir, tinglər yetişdirilir. Qrant layihələri çərçivəsində meyvə-tərəvəz əkini daha da artırılıb. Müxtəlif ekoloji tədbirlər də keçirilir. Peşə təmayüllü sinif şagirdlərinin yetişdirdikləri məhsullar rayondakı uşaq bağçalarına, məkttəblərinə də göndərilir.


Xaldan məktəbinin uğurlarından danışmaqla, yazmaqla bitməz. Gedib görmək lazımdır. Əsl nümunəvi məktəb, nümunəvi təsərrüfat subyektidir. Təcrübə qazanmaq üçün başqa məktəblərdən oraya ekskursiya təşkil etmək də olar. Bu inkişafa nail olduğu üçün direktor Günel Yusifzadəyə, rəhbərlik etdiyi müəllim-şagird heyətinə afərin.

Sima Babayeva
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

12:30

Kimlərinsə "qarışqadan fil düzəltmək" EŞQİ - Əslində "Siyəzənnfet" NQÇİ-nin rəisi Rauf Alməmmədov KİMDİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır