TƏBİB-in təcili yardım maşınları ilə bağlı tapşırığı: Bakıda sirenlər susmur

13:13 18.11.2026 25

Son günlər Bakıda təcili tibbi yardım avtomobillərinin sayrışan işıqları və güclü xüsusi səs siqnallarını mütəmadi işə salaraq hərəkət etməsi şəhər sakinlərinin narazılığına səbəb olub.
"AzPolitika" xəbər verir ki, Qaynarinfo məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, bu barədə tapşırıq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin rəhbərliyi tərəfindən verilib.
İddialara görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Abşeron Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti üzrə direktor müavini Teymur Kravçenko Bakıda fəaliyyət göstərən bütün təcili tibbi yardım stansiyalarının bölmə rəhbərlərinə bu barədə şifahi göstəriş verib. Tapşırığa əməl etməyən sürücülərə, həkimlərə və bölmə rəhbərlərinə töhmət elan edildiyi bildirilir.

Teymur Kravçenko
TƏBİB-dən rəsmi açıqlama
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.
Qurumdan bildirilib ki, 21 oktyabr 2026-cı il tarixli, 18-1-88/3-1-16691/2026 nömrəli əmrə əsasən, təcili tibbi yardım briqadalarının çağırış ünvanlarına vaxtında çatmasının təmin edilməsi, xüsusi təyinatlı avtomobillərin hərəkət zamanı üstün keçid hüququndan qanunvericiliyin tələblərinə uyğun istifadə olunması və yol hərəkəti təhlükəsizliyinin qorunması məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirilir.
Qurumun açıqlamasında qeyd olunub ki, briqadalar çağırışdan qayıdarkən və növbəti çağırış ünvanına hərəkət edərkən də qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi işıq və səs siqnallarından istifadə etməlidirlər. TƏBİB bunu növbəti çağırışa daha operativ çatmaq zərurəti ilə izah edib.

Qanunvericilik nə deyir?
Təcili tibbi yardım avtomobillərinin sayrışan işıqlardan və xüsusi səs siqnallarından istifadəsi “Yol hərəkəti haqqında” Qanunla tənzimlənir. Bu vasitələrdən istifadənin qanunvericiliyin müəyyən etdiyi şərtlərə uyğun həyata keçirilməsi tələb olunur.
Xüsusi işıq və səs siqnallarından istifadə aşağıdakı hallarda mümkündür:
- Təcili çağırışa gedərkən: Həyatı təhlükədə olan və ya təxirəsalınmaz tibbi müdaxiləyə ehtiyacı olan pasiyentin ünvanına vaxtında çatmaq üçün;
- Ağır vəziyyətdə olan xəstəni xəstəxanaya apararkən: Pasiyentin vəziyyəti təcili tibbi müdaxilə tələb etdikdə;
- Qəza və təbii fəlakət yerlərinə gedərkən: Yol-nəqliyyat hadisələri və digər fövqəladə hallar zamanı zərərçəkənlərə yardım göstərmək məqsədilə.

Siqnalların istifadəsinə hansı məhdudiyyətlər var?
Qanunvericiliyə əsasən, operativ nəqliyyat vasitəsinə digər nəqliyyat vasitələri qarşısında üstünlük verilməsi üçün xüsusi sayrışan işıq və səs siqnalı eyni vaxtda qoşulmalıdır.
Sürücü svetoforun qadağanedici işığında hərəkət edərkən və ya yol nişanlarının tələblərindən kənara çıxarkən digər hərəkət iştirakçılarının ona yol verdiyinə əmin olmalıdır.
Xüsusi siqnalların xidməti zərurət olmadan, məsələn, növbə dəyişdirilərkən və ya adi gediş-gəliş zamanı istifadəsi isə qanunvericiliyin tələblərinə ziddir.
Beləliklə, TƏBİB-in açıqlamasına görə, təcili yardım briqadaları çağırışdan qayıdarkən də növbəti çağırışa operativ çatmaq məqsədilə xüsusi siqnallardan istifadə etməlidir. Lakin bu istifadənin qanunvericiliyin tələblərinə hansı konkret şərtlər daxilində uyğun olduğu məsələsi əlavə aydınlaşdırma tələb edir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:13

TƏBİB-in təcili yardım maşınları ilə bağlı tapşırığı: Bakıda sirenlər susmur

13:11

"Azərbaycana qarşı təzyiqlər davam edir" - Fərid Şəfiyev

13:08

7603 ÖLÜM, MİNLƏRLƏ YARALI... – Azərbaycan yollarında nə baş verir? + DƏHŞƏTLİ STATİSTİKA

16:56

7 yaşlı Nihat ağır xəstədir - Ana xeyirxah insanlardan yardım gözləyir

12:01

“Tapdıq Əlibəyli sözün gözü ilə” kitabının təqdimatı keçirilib

16:14

"TAPDIQ ƏLİBƏYLİ SÖZÜN GÖZU İLƏ" - YENİ KİTAB

19:36

Müasir düşüncə, yeni texnologiyalar, yeni hədəflər - Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva

12:26

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto