Türkiyə çalxalanır: rəsmilərlə polis arasında toqquşma – CHP ləğv edilir?

10:29 9.09.2025 387

Türkiyə hökuməti CHP-nin İstanbul ofisinin qarşısını blokadaya alıb. CHP İstanbul Gənclik Qolunun çağırışının ardından partiyanın İstanbuldakı Baş Qərargahının qarşısında gərgin anlar yaşanıb. Əraziyə çoxlu sayda çevik qüvvət qrupları göndərilib, polis qərargahı mühasirəyə alaraq ora gedən yolları bağlayıb. CHP rəsmiləri ilə polis arasında mübahisə düşüb.

Proseslər Türkiyənin ana müxalifət partiyası CHP-nin ləğvinə doğru gedir?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, CHP-nin İstanbul qərargahının polis tərəfindən mühasirəyə alınması və ərazidə baş verən gərginliklər Türkiyədə siyasi vəziyyətin son dərəcə kritik mərhələyə keçdiyini göstərir:
“Hadisə təkcə bir hüquq-mühafizə əməliyyatı deyil, həm də siyasi münasibətlər sistemində yaranan ciddi çatların göstəricisidir. CHP Türkiyənin ana müxalifət partiyası olmaqla yanaşı, respublikanın qurucu ideologiyasını təmsil edən ən köklü siyasi təşkilatdır. Buna görə də hadisəyə sadəcə “təhlükəsizlik tədbiri” kimi baxmaq mümkün deyil. Bu cür sərt addımlar, xüsusilə də müxalifətin güclü olduğu İstanbul kimi bir mərkəzdə baş verirsə, artıq siyasi güc nümayişidir. Mesaj aydındır: hakimiyyət CHP-yə qarşı daha sərt davranmaq niyyətindədir və buna cəmiyyətin reaksiyasını yoxlayır”.
Türkiyə çalxalanır: rəsmilərlə polis arasında toqquşma - CHP ləğv edilir?
Qabil Hüseynli
Politoloq qeyd edib ki, bu, eyni zamanda, CHP-nin təşkilati fəaliyyət imkanlarının məhdudlaşdırılması və ya onun küçə dəstəyinin zəiflədilməsi cəhdidir:
“Bu cür taktikalar daha geniş və uzunmüddətli bir siyasi strategiyanın, yəni müxalifəti sistematik şəkildə zəiflətmək və ya tamamilə sıradan çıxarmaq cəhdinin bir parçası ola bilər.
Hazırda CHP-nin ləğvi hüquqi baxımdan masada görünmür. Amma bu tip hadisələr ictimai legitimliyin zəiflədilməsi ssenarisinin hissəsi ola bilər. Əgər bir siyasi təşkilat ictimaiyyətdə radikal, təhlükəli və ya qeyri-sabit qüvvə kimi təqdim olunarsa, onun ləğvi sonrakı mərhələlərdə daha asan əsaslandırıla bilər”.
Turan Rzayev
Globalinfo.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:38

Azərbaycanın Cənub-Şərqi Asya siyasətində Vyetnamın rolu

13:13

TƏBİB-in təcili yardım maşınları ilə bağlı tapşırığı: Bakıda sirenlər susmur

13:11

"Azərbaycana qarşı təzyiqlər davam edir" - Fərid Şəfiyev

13:08

7603 ÖLÜM, MİNLƏRLƏ YARALI... – Azərbaycan yollarında nə baş verir? + DƏHŞƏTLİ STATİSTİKA

16:56

7 yaşlı Nihat ağır xəstədir - Ana xeyirxah insanlardan yardım gözləyir

12:01

“Tapdıq Əlibəyli sözün gözü ilə” kitabının təqdimatı keçirilib

16:14

"TAPDIQ ƏLİBƏYLİ SÖZÜN GÖZU İLƏ" - YENİ KİTAB

19:36

Müasir düşüncə, yeni texnologiyalar, yeni hədəflər - Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva

12:26

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video