Türkiyədə KRİTİK gün – analitik proqnoz verdi

20:01 29.03.2025 232
Türkiyədə Ərdoğan iqtidarının səylərinə baxmayaraq, ana müxalifət partiyasının çağırışı ilə başlanmış aksiyalar səngimək bilmir. CHP-nin lideri Özgür Özəl İstanbul bələdiyyəsinin həbs olunmuş sədri Ə. İmamoğlu ilə görüşdən sonra Ramazan bayramında müxalifətin Ərdoğan hakimiyyətinə sürpriz edəcəyini bəyan edib. Hadisələrin ilk günündən Türkiyədə yaşananlara onun daxili işi kimi yanaşan region dövlətləri, beynəlxalq güclər, habelə BMT-nin özü belə fərqli münasibət sərgiləməyə başlayıb. Türk xalqı Ərdoğanı devirə bilərmi?



Mövzu ilə bağlı politoloq Elşən Manafov Tribunainfo.az-a müsahibə verib.

-Elşən bəy, Türkiyədə hadisələrin hansı istiqamətdə inkişaf edə biləcəyi ilə bağlı fikirlərinizi bölüşə bilərsinizmi?

-Ərdoğan iqtidarının gördüyü bəlli tədbirlərə baxmayaraq, bildiyimiz kimi, ölkədə, xüsusilə böyük şəhərlərdə etiraz aksiyaları səngimir. Hakimiyyət aksiyaların qarşısını almaq üçün martın 27-nə qədər İstanbulda, aprelin 1-nə qədər isə Ankarada hər hansı kütləvi tədbirlərin keçirilməsini qadağan edib, bu şəhərlərdə xüsusi vəziyyət tətbiq olunub. Vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq üçün adıçəkilən şəhərlərə əlavə polis qüvvələri yerləşdirilib. Bununla belə, gənclərin, xüsusilə universitet tələbələrinin çıxışlarının qarşısını tam mənada almaq iqtidara müyəssər olmayıb. Fikrimizcə, iqtidarın siyasi dialoq əvəzinə ilk gündən etirazçılara münasibətdə güc tətbiq etməsi hazırda yaşanan gərginliyin yüksələn xətlə artmasına səbəb olub.

Müxalifətin prezident seçkilərinə təmsilçisi ola biləcək şəxsə münasibətdə İmamoğlunun 8 mart çıxışından sonra bəlli ittihamları irəli sürməsi iddiaların siyasi sifarişdən irəli gəlməsi ilə bağlı etiraz elektoratında yaranmış narazılığın səbəbləri sırasına aid edilə bilər. İmamoğlunun Ərdoğana ünvanlanmış bəlli ittihamlarına qədər məhkəmə orqanlarında olan susqunluq qeyri-ixtiyari olaraq belə bir sualı gündəmə gətirib: niyə bəlli ittihamlara qədər İmamoğluna münasibətdə bəlli iradlar irəli sürülməmiş, onun əməllərində cinayət tərkibi olmasına baxmayaraq, hüquq-mühafizə orqanları bu faktlarla bağlı məsələlərə münasibət bildirməmişlər? Üstəlik, İstanbul Universitetinin 1990-cı ildə İmamoğluna təqdim edilmiş diplomu çıxdaş etməsi, onun qeyri-qanuni şəkildə əldə edilməsi ilə bağlı məsələləri birdən-birə gündəmə gətirməsi siyasi konjunktura ilə bağlı düşüncələrə əsas verib.

-İlk günlər Türkiyədə yaşananları bu ölkənin daxili işi kimi qiymətləndirən dairələrin mövqelərində müşahidə olunan dəyişiklikləri nə ilə əlaqələndirmək olar?

-Bu suala birmənalı cavab verməyə əsas görmürəm. Düşünürük ki, bütün hallarda Türkiyədə yaşanan siyasi gərginlikdən bulanıq suda balıq tutmaq sevdasında olan tərəflər istifadə etməyi qət ediblər.

Artıq BMT-nin İnsan Haqları Komitəsi Ərdoğan iqtidarına müraciət edərək ölkədə vətəndaşların iradə azadlığı, söz, fikir azadlığı kimi hüquqlarının qorunması, onların etiraz etmək üçün meydanlara çıxmaq hüquqlarına sayğı ilə yanaşmaq, bu hüquqların məhdudlaşdırılması istiqamətində addımlardan çəkinmək çağırışı edib. Digər tərəfdən, ABŞ-ın dövlət katibi Mayk Rubio Türkiyənin xarici işlər naziri H. Fidanla görüşündə Türkiyədə yaşananlara ABŞ-ın mövqeyini izhar edərək, Ə. İmamoğlu və onunla birgə həbs olunmuş digərlərinin azad olunması, ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tövsiyə etmişdir. Bu isə artıq ABŞ-ın yeni administrasiyasının Türkiyənin daxili işlərinə müdaxiləsi kimi qiymətləndirilə bilər.

-ABŞ-ın qısa zaman kəsiyində Türkiyədə yaşananlara münasibətdə belə ikili mövqe sərgiləməsi nə ilə əlaqələndirilə bilər? Rubionun Türkiyədə növbədənkənar prezident seçkilərinin keçirilməsi təklifi ilə Prezident Trampın “Türkiyə yaxşı ölkədir, onun lideri də yaxşı oğlandır” açıqlaması arasındakı kəskin fərqi necə izah etmək olar?

ABŞ Türkiyə faktoruna bir neçə aspektdən yanaşır. ABŞ və Avropa Birliyi arasında Ukrayna probleminin çözülməsi, habelə NATO-nun perspektivi ilə bağlı məsələlərə münasibətdə kəskin fərqlərin qaldığı şəraitdə rəsmi Ankaranı Avropa Birliyini məmnun edə biləcək addımlar atmaqdan çəkindirmək istəyir. Yaxın Şərqdə ABŞ-la koordinasiya edilmiş siyasət həyata keçirmək istəyən Tramp administrasiyasını rəsmi Ankaranın Netenyahu hökumətinə münasibətdə sərgilədiyi mövqe məmnun etmir.

ABŞ-la hərbi-texniki sahədə sövdələşmək istəyən Ərdoğan hakimiyyətini Vaşinqtonun irəli sürdüyü şərtlərlə hesablaşmağa məcbur etmək məqsədi də var. Bəllidir ki, Ərdoğan uzun illərdir ABŞ-dan F-35 qırıcı təyyarələrini almaq üçün danışıqlar aparır. ABŞ isə bunun müqabilində Türkiyədən onun Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə raketlərinin ABŞ-a təhvil verilməsini və ya onların İncirlikdəki NATO bazalarına yerləşdirilməsini tələb edir. Bu isə mümkün deyil.

-Bir sıra ekspertlər Türkiyədə siyasi gərginliyin yüksəldiyi şəraitdə İsraillə hərbi əməliyyatların başlana biləcəyini istisna etmirlər. Bu barədə nə düşünürsünüz?

Əslində İsrail və onun kəşfiyyat qurumları Türkiyədə müxalifətlə münasibətlərin kəskinləşməsindən etiraz elektoratını çəkindirmək, ictimai fikri ölkədaxili problemlərdən yayındırmaq məqsədi ilə iqtidarın düşmən faktorunu qabardaraq cəmiyyəti vətənpərvərlik ruhunda müharibə notlarına kökləmək üçün belə bir addım atacağını proqnozlaşdırırlar.

Siyasətşünaslıq elminin müddəaları, habelə ayrı-ayrı ölkələrin tarixi təcrübəsi baxımından bu mümkündür, lakin Türkiyənin hazırkı siyasi reallıqları və onun ətrafında mürəkkəb geosiyasi vəziyyət anlamında iqtidarın belə bir addım atmayacağına əminik. Əvvəla, türk dünyasını birləşdirmək üçün son onillikdə ardıcıl və düşünülmüş bir siyasət sərgiləyən Ərdoğan kimi təcrübəli siyasətçinin siyasi dialoqa getmək üçün yollar axtaracağını, müxalifətlə ümummilli maraqlar naminə ortaq məxrəcə gələ biləcəyini düşünürük. Digər tərəfdən, İsraillə hərbi toqquşma baş verərsə, regionda Türkiyə təsirinin azalmasında maraqlı olan tərəflərin özlərini necə aparacaqlarını proqnozlaşdırmaq çətin deyil.

BİA.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB