Qərbi Azərbaycan həqiqətlərinə həsr edilmiş «Bir Elin Manifesti” adlı Birinci Ümumrespublika Hekayə Müsabiqəsinə start verilməsi ilə əlaqədar mətbuat konfransı keçirilib

22:48 16.02.2025 294


Qərbi Azərbaycan həqiqətlərinə həsr edilmiş «Bir Elin Manifesti” adlı Birinci Ümumrespublika Hekayə Müsabiqəsinə start verilməsi ilə əlaqədar mətbuat konfransı keçirilib

“Yeni Gundem” xəbər verir ki, mətbuat Konfransında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycanla bağlı aparılan işlər həm daxili həm xarici istiqamətdə geniş vüsət alıb. İcma sədri Qərbi Azərbaycanda soydaşlarımızın başlarına gətirilən müsibətlər, dağıdılan maddi – mədəni irsimiz, geri qayıdış hüququ ilə bağlı məsələlərin geniş yayılması ilə bağlı aparılan işlərə dəstək məqsədilə, sözügedən müsabiqənin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. Sədr Qərbi Azərbaycana dair yazılacaq hekayələrin hər birinin özündə soydaşlarımızın ağrı-acısını daşıyacağını vurğulayıb.

İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı, müsabiqənin ideya müəllifi Məlahət İbrahimqızı bildirib ki, “Bir Elin Manifesti” mövzusunda hekayə müsabiqəsi Qərbi Azərbaycanla bağlı məlumatların yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasına dəstək məqsədilə İcmanın Qadınlar Şurası tərəfindən təklif edilib. O qeyd edib ki, mövzu üzrə yazılacaq hekayələrin motiv və süjetləri Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilən cinayətlər, deportasiya, etnik təmizləmələr və onların yaddaşlarında qalan Vətən, yurd xatirələri olmalıdır.

İcmanın Qadınlar Şurasının sədri vurğulayıb ki, müsabiqənin yekun nəticələrinin dekabr ayının son on günündə açıqlanması nəzərdə tutulur. Müsabiqənin təşkilatçısı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, tərəfdaşları isə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, “Ədəbiyyat” qəzeti və “Modern.az” İnformasiya Agentliyidir. Məlahət İbrahimqızı bildirib ki, müsabiqənin şərtlərinə əsasən hekayələrin təqdim olunmasının son tarixi 15 avqust 2025-ci il, müsabiqədə 18 yaşdan yuxarı yazarlar iştirak edə bilər.Təqdim edilən hekayə heç bir mətbuat orqanında çap olunmamış olmalıdır. Müsabiqənin icra olunma müddətində təqdim edilmiş hekayələr “Ədəbiyyat qəzeti” və “Modern.az” saytında dərc olunacaq. Müsabiqəyə təqdim olunan əsərlər 15 avqust 2025-ci il tarixindən sonra hekayə janrı üzrə tanınmış ekspertlər tərəfindən yoxlanılacaq, nəticələr təşkilatçılara təqdim ediləcək. Müsabiqə nəticəsində 10 hekayənin müəllifi müsabiqənin qalibi elan olunacaq və onlara pul mükafatı təqdim olunacaq.

Qeyd edək ki, birinci yer üzrə 1 nəfər -2000 manat, ikinci yer üzrə 2 nəfər-1500 manat, üçüncü yer üzrə 3 nəfər-1000 manat olaraq müəyyənləşdirilməklə daha 4 nəfərə 500 manat məbləğində həvəsləndirici mükafat veriləcək.Müsabiqənin qalibi olacaq hekayələr ingilis dilinə də tərcümə edilərək, nəşr olunacaq.

Hekayələr “Bir Elin Manifesti” başlığı altında hekaye@westaz.org ünvanına e-poçt vasitəsilə göndərilməlidir.

Müsabiqə ilə bağlı digər şərtlər bu linkdə təqdim olunur.

https://westaz.org/az/xeber/bir-elin-manifesti-qerbi-azerbaycan-movzusunda-hekaye-musabiqesi

“Bir Elin Manifesti” I Ümumrespublika hekayə müsabiqəsinin münsiflər heyətinin tərkibi

1. Əziz Ələkbərli – Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı
2. ⁠ Məlahət İbrahimqızı – Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı – (layihənin müəllifi)
3. ⁠ Anar Rzayev – Yazıçılar Birliyinin sədri, Xalq şairi, (Yazıçılar Birliyi – əsas tərəfdaş təşkilat)
4. ⁠ İsa Həbibbəyli – AMEA-nın prezidenti akademik, (AMEA – əsas tərəfdaş təşkilat)
5. Mahirə Hüseynova – Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, APU-nun prorektoru, professor, şairə
6. Nizami Cəfərov – Akademik, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, Atatürk Mərkəzinin direktoru.
7. ⁠Elnara Akimova – N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, tənqidçi, Milli Məclisin deputatı
8. Musa Urud – Yazıçılar Birliyinin üzvü, Milli Məclisin deputatı
9. Hikmət Babaoğlu – Qərbi Azərbaycan İcmasının İdarə Heyəti Sədrinin müavini, Milli Məclisin deputatı
10. Tənzilə Rüstəmxanlı – Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Azərbaycan Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri, Milli Məclisin deputatı
11. Səbinə Salmanova – Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs qrupunun üzvü, millət vəkili
12. Azər Turan – Yazıçılar Birliyinin üzvü⁠
13. Telli Pənahqızı – Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini
14. Sona Abbasəliqızı – Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Avrasiya Sənət, Kültür və Ədəbiyyat Federasiyasının Qafqaz və Orta Asiya üzrə təmsilçisi
15. Elşad Eyvazlı – “Modern.az” İnformasiya Agentliyinin sədri, tərəfdaş media.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK