Üç ildən artıqdır ki, Azərbaycan mühüm qaz təchizatçısına çevrilib - MƏQALƏ

01:19 22.07.2024 297
Prezident İlham Əliyevin Böyük Britaniyada “Avropa Siyasi Birliyi” nin 4-cü
Zirvə toplantısında iştirakı və çıxışı Azərbaycanın Qafqazda söz sahibinə malik
olması və önəminin daha bir göstəricisidir. Belə ki, Azərbaycanın nəinki
regionda. hətta Avropada da nüfuza malik olduğunun bir sübutudur. Dünyanın
50-dən çox ölkəsinin prezidentlərinin və rəsmi şəxlərinin qoşulduğu bu tədbirdə
Azərbaycan Prezidentinin də iştirakı burada müzakirə ediləcək məsələlərdə
Azərbaycanın da rolunun əhəmiyyəti bir daha vurğulanmış oldu.
Adından da məlum olduğu kimi tədbirdə əsas məsələ enerji və nəqliyyat
təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması və bu sahədə daha geniş
layihələrin həyata keçirilməsisidir. Təbii ki, burada müzakirə edilən layihələrdə
insanların sağlam ətraf-mühitdə yaşaması və ölkələrin sosial-iqtisadi rifahının
yaxşılaşdırılması da əsas məsələdir.
Dünya liderlərinin toplaşdığı Enerji və bağlantı mövzusundakı dəyirmi
masada Azərbaycan Prezidenti İlham Əliyev bu sahədə ölkəmizin verəcəyi
töhfələri, dəstəyi öz çıxışı ilə hər kəsin diqqətinə çatdırmış oldu. Təbii ki,
burada əsas məsələ Avropanın qaz və neft sahəsində təhlükəsizliyinin təmin
edilməsidir. Buna görə də, Azərbaycan bu sahədə bir çox əhəmiyyəli layihələr
həyata keçirmişdir. Bu, layihələrin uğurla həyata keçirilməsi nəticəsində bu gün
Avropanın bir çox ölkəsi Azərbaycanın enerjisi ilə təmin olunmuşdur və bu
layihənin genişləndirilməsi sahəsində də işlər davam etdirilir.
Prezident dəyirmi masada çıxışı zamanı həyata keçirilən layihələri də
diqqətə çatdırmışdı: “Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi -
Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının
üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və
Serbiya, eləcə də Türkiyə. Sessiyadan əvvəl cənab Baş nazirlə müzakirə etdik
ki, dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə
baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola
biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan
qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq”.
Beləliklə, bu layihələr Azərbaycanın son illərdə həyata keçirdiyi Avropa üçün
əhəmiyyətli olan məsələlərdi. Və bu proses davamlı şəkildə reallaşdırılır. Bu da
ölkəmizin enerji təhlükəsizliyi sahəsindəki nüfuzunu bir daha göstərmiş oldu.
Və qarşıdakı mühüm məsələ, prezidentin də bildirdiyi kimi Sloveniya ilə
ölkəmiz arasında olan bu sahədə əməkdaşlığın həyata keçirilməsidir.
“Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim
Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını
nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə
bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici
13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard
kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın
yarıdan çoxu Avropaya gedir”. Bu, məlumatları Prezident dəyirmi masada
payalaşraq hər kəsi məlumatlandırmışdı. Buradan görünür ki, bu gün
Azərbaycan digər ölkələrə qaz ixracında mühüm rol oynayır. Bu da ikitərəfli
qarşılıqlı əməkdaşlığın digər mühüm məsələlərdə də təməlinin qoyulmasında
mühüm rol oynayır. Avropanın enerji sahəsində ölkəmizdən asılılığını artırmış
olur. Eləcə də bu layihələr Azərbaycanın etibarlı tərəfdaş olduğunu göstərmiş
oldu. Ölkələr arasında yaranmış bu etimadın nəticəsidir ki, həyata keçirilən
layihələrin genişləndirilməsi davam etdirilir. Belə ki, bu gün Azərbaycandan
xam neft alan ölkər də mövcuddur. Bu da yalnız qaz deyil, neft sahəsində də
ölkəmizin nüfuzunu artırmış oldu.
Prezidentin bildirdiyi kimi: “Bizim enerji layihələrinə gəlincə, Azərbaycan
etibarlı təchizatçı olub. Demək olar ki, 20 il ərzində biz tarixdə ilk dəfə olaraq
Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və
qonşularımızla birlikdə onu istismara verdik. İndi biz Aralıq dənizində
Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o
cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox
həssas nöqtələrə nəql edirik. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı
onların tələbatının 50 və ya daha çox faizini təşkil edir.
Prezident İlham Əliyev: “Üç ildən artıqdır ki, biz mühüm qaz təchizatçısına
çevrilmişik. Bizim qaz kəmərimiz - Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də
istismara verilib”. Beləliklə, Prezidentin də bildirdiyi kimi, qısa müddət ərzində
Azərbaycan yalnız öz ölkəsini deyil, Avropa ölkələrini də enerji ilə təmin edir.
Bu da təbii ki, insanların sosial-iqtisadi sahədə rifahlarının artırılmasına da
imkan yaratmış olur. Artıq bir neçə ildir ki, Azərbaycan güvənilir, etibarlı,
dövlətlərin etimadını qazanmış ölkədir. Bu etimad ölkəmizin digər sahələrdə də
uğur qazanmasında, söz sahibi olmasında mühüm rol oynayır. Hazırda
ölkəmizdə aparılan uğurlu siyasətin nəticəsidir ki, Azərbaycanın reallaşdırdığı
layihələr rəğbətlə qarşılanır və davamlı olaraq genişlənməsi həyata keçirilir. Bu
layihələr Avropanın qaza, neftə olan tələbatının təmin olunmasında mühüm rol
oynayır.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktorantı
Dia-az.İnfo
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...