“Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxsin direktorun müavini-baş həkim İlahə Şükürova vəzifəsindən azad olunub.Bu barədə TƏBİB-dən
Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib.
İlahə Şükürova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 7 oktyabr 2025-ci il tarixindən tutduğu vəzifədən azad edilib. Onunla bağlanmış 7 iyul 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, İ.Şükürova baş həkim vəzifəsinə ötən ilin iyununda təyin olunmuşdu. Onun yerinə hələlik təyinat yoxdur.