Ağsaqqallar Şurası bəyanat yaydı: "Eldar Quliyev barədə iddialar böhtandır"

17:56 29.05.2025 246
"Bu gün yüzlərlə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərdiyi Azərbaycanda, bütün demokratik ölkələrdə olduğu kimi, söz və mətbuat azadlığı yüksək səviyyədə təmin edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən medianın inkişafı və səmərəli fəaliyyəti ilə bağlı mühüm qərarlar qəbul edilir, əhəmiyyətli addımlar atılır, diqqət və qayğı ilə əhatə olunan jurnalistlərə maddi və mənəvi dəstək göstərilir. Bu gün mətbuat sahəsində bəzi dırnaqarası “informasiya saytları” və orada çalışan (daha doğrusu orada insanlara şər-böhtan atmaqla, onları şantaj etməklə məşğul olan) “jurnalistlər” informasiyanı faktlar əsasında, obyektiv və qərəzsiz formada deyil, həqiqətdən uzaq, yalan, şər-böhtan şəklində və müəyyən maraqlar müqabilində yaymağa çalışırlar".

Teleqraf xəbər verir ki, bu fikirlər Azərbaycan Ağsaqqallar Şurasının yaydığı bəyanatda əksini tapıb.

Bəyantda deyilir: "Medianın üz qarası sayılan belə “informasiya saytlarında” tanınmış ictimai-siyasi xadimlər, ayrı-ayrı vətəndaşlar və sahibkarlar haqqında, eləcə də müxtəlif idarə və təşkilatlarla bağlı böhtan xarakterli məlumatları yayaraq cəmiyyətdə həmin şəxslər, qurumlar barəsində yanlış təsəvvür yaradır, onların nüfuzuna xələl gətirir, bu şər kampaniyasının dayandırılması müqabilində bəzi tələblər irəli sürürlər. Təəssüf hissi qeyd etmək istəyirik ki, son zamanlarda bu cür “informasiya saytlarının” növbəti “hədəflərindən” biri də Azərbaycan Ağsaqqallar Şurası olub. Bu qərəzli saytlar çirkin niyyətlərini həyata keçirməkdən ötrü Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevlə bağlı reallıqla heç bir əlaqəsi olmayan, uydurma iddialar irəli sürərək bildirirlər ki, guya o, özünə məxsus olan binanı Şuraya icarəyə verib. Bir sözlə, xəstə təxəyyüllərini işə salaraq ağla gəlməyən iftiralar, ağ yalan iddialar, saxta fikirlər ortaya atır, Eldar Quliyevin haqqında şər-böhtan yayaraq nüfuzuna xələl gətirir və bu yalan informasiya yayımında müəyyən məqsədlər güdürlər".

Vurğulanıb ki, insanları çaşdırmaq üçün yayılan bu yalan informasiya yalnız Eldar Quliyevə qarşı deyil, onun sədrlik etdiyi Azərbaycan Ağsaqqallar Şurasının 35 mindən çox üzvünə qarşı da böhtan xarakterli məlumatlar kimi cəmiyyətimizdə, eləcə də sıralarında tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, nüfuzlu ağsaqqalların olduğu təşkilatın üzvlərində ciddi narahatlıq doğurur:

"Bildirmək istəyirik ki, Azərbaycan Ağsaqqallar Şurasının yerləşdiyi bina, daha doğrusu binadakı qeyri-yaşayış sahəsi müqavilə əsasında fiziki şəxsdən icarəyə götürülmüş, orada zəruri təmir işləri aparılmış və lazımi texniki avadanlıqlarla təchiz edilərək Şuranın fəaliyyəti üçün normal şərait yaradılmışdır. Bu qeyri-yaşayış sahəsini icarəyə verən şəxsin Eldar Quliyevlə heç bir bağlılığı, əlaqəsi yoxdur. Həmin şəxsin sahibkarlıq, eləcə də vətəndaş hüquqlarının qorunması və kimliyinin ictimailəşdirilməməsi baxımından adının açıqlanmasını düzgün hesab etmirik. Lakin maraqlananlar Azərbaycan Ağsaqqallar Şurasına müraciət edərək, yaxud da 09 dekabr 2021-ci il tarixli 3M-3056 reyestr nömrəli icarə müqaviləsini araşdıraraq həmin şəxs haqqında məlumat ala bilərlər.

Biz məsələnin məğzini, mahiyyətini araşdırmadan, heç bir real fakta istinad etmədən, “şər dəyirmanına su tökərək” yalan informasiya yaymağa, kimlərisə günahlandırmağa, “mühakimə” etməyə, işgüzar nüfuzunu zədələməyə çalışanlara qarşı məhkəməyə, müvafiq hüquq-mühafizə orqanlarına müraciət edərək qanun çərçivəsində sərt tədbirlərin həyata keçirilməsini təmin edə bilərik. Lakin Azərbaycan Ağsaqqallar Şurası olaraq biz qərəzli media subyektlərinə bir daha ciddi şəkildə xəbərdarlıq edərək onları qınayır, şər-böhtan kampaniyası aparmaqdan, yalan informaiya yaymaqdan çəkinməyə çağırır, ədalətli, vicdanlı və dürüst olmağa dəvət edirik".

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:39

Təşkilatcı rəhbər, gözəl insan və əsl vətən daşı - Yevlax Şəhər Xəstəxanası Publik Hüquqi şəxsinin direktoru Fazil İsmayılov

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

17:56

Ağsaqqallar Şurası bəyanat yaydı: "Eldar Quliyev barədə iddialar böhtandır"

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir

09:48

Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başladı

09:45

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirildi - FOTO

17:27

Saytlar niyə şantaj etmək yolunu tutub? - Sektor müdiri Rəvan Teymurov təkzib edir

14:00

“Nar”dan Ümumdünya Kitab Gününə dəstək

10:58

Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib - Bağdasaryan

14:00

“Nar” dan “OneRepublic” konsertinə xüsusi hədiyyə: Səhnəyə ən yaxın sən ol!

20:36

Allahverdi Bağırovun qızı: "Ölümündən qabaq atam gəldi, dedi, hazırlaşın, Ağdama qayıdırıq..."

12:05

Leyla Əliyeva Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı ilə görüşdü - FOTO