Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

16:18 20.05.2025 316
"Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşıb. Artıq əfvi mümkün olan şəxslərin siyahısının hazırlanması başa çatıb. Siyahının yaxın günlərdə Prezident İlham Əliyevə təqdim olunacağı bildirilir. Sözsüz ki, əfv etmək dövlət başçısının səlahiyyətinə daxildir. Amma bununla belə əfv siyahısının geniş olacağı və bir çox tanınmış şəxslərin azadlığa buraxılacağı ilə bağlı fikirlər səslənir".

Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında Əfv Komissiyasının üzvü, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa əfv siyahısında olan adlarla bağlı konkret fikir bildirməyin çətin olduğunu söyləyib.
Komissiya üzvü deyib ki, adların hər hansı birinin əfv siyahısında olmadığına görə bir şey söyləyə bilmərəm: “Bizim tərəfimizdən hansısa şəkildə konkret adlar müzakirə olunmayıb. Bizə təqdim olunan siyahı üzrə müzakirələr aparılıb. Burada da müvafiq qərarlar verilib. Yəqin ki, əfv sərəncamı qəbul edildikdə onun nəticələri də hər kəsə aydın olacaq. Ona görə də konkret şəxslərlə bağlı danışa bilmərəm. Amma bütövlükdə biz öz vəzifəmizi yerinə yetirmişik və çox demokratik, açıq bir ortamda məsələlər müzakirə edilib, qərar qəbul olunub”.

Fazil Mustafa bildirib ki, bundan sonra qalan məsələlər artıq ölkə Prezidentinin səlahiyyətlərinə aid olan məsələlərdir: “Başqa şəxslərin də əfv olunması ölkə başçısının müstəsna səlahiyyətindədir. Əfv Komissiyası bu məsələyə baxdı-baxmadı bu, əsas götürülmür. Komissiya sadəcə, tövsiyəedici xarakterli təkliflərini ölkə Prezidentinə təqdim edir”.
Hüququ müdafiəçisi Novella Cəfəroğlu da əfvlə bağlı gözləntilərin böyük olduğunu bildirib.
Onun fikrincə, bu gün cəmiyyətdə adları daha çox hallanan insanlarla yanaşı, cəzasının yarıdan çoxunu çəkmiş, insanların da əfv edilməsi gözlənilir: “Meyxanaçı Rəşad Dağlının, Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin, Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun, sabiq deputat Hüseyn Abdullayevin əfvi ilə bağlı məsələlər də gündəmə gətirilir. Biz hüquq müdafiəçisiyik, istərdik ki, həbsdə olan hamı azad olunsun, biz də işsiz qalaq və başqa sahələrlə məşğul olaq. Amma bu gün əfv olunması mümkün olan şəxslər çoxdur. Yaşı 70-i ötmüş, cəzasının yarıdan çoxunu çəkmiş, hətta ömürlük cəza verilmiş və 20 ildən artıqdır cəza çəkən şəxslərin, səhhətində problem olan insanların da azadlığa qovuşması sevindirici hal olardı”.

Novella Cəfəroğlu deyib ki, onlar hüquq müdafiəçisi kimi təkcə tanınmış insanların və başqa motivlərlə həbs edilənlərin azad olunması ilə bağlı müraciət etməyiblər: “Canilərdən başqa digər şəxslərin azad olunması sevindici olardı. Bu cəmiyyətimiz üçün də impuls sayılır. Elə gənclərimiz var idi ki, həbs ediləndə onların 17 yaşı var idi. Biz o şəxslərin də azad edilməsini xahiş etmişik”.
Qeyd edək ki, bu il Əfv Komissiyanın 7 toplantısı keçirilib, 800-dən artıq müraciətə baxılıb.
Xatırladaq ki, Komissiyanın iclasları, adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:13

TƏBİB-in təcili yardım maşınları ilə bağlı tapşırığı: Bakıda sirenlər susmur

13:11

"Azərbaycana qarşı təzyiqlər davam edir" - Fərid Şəfiyev

13:08

7603 ÖLÜM, MİNLƏRLƏ YARALI... – Azərbaycan yollarında nə baş verir? + DƏHŞƏTLİ STATİSTİKA

16:56

7 yaşlı Nihat ağır xəstədir - Ana xeyirxah insanlardan yardım gözləyir

12:01

“Tapdıq Əlibəyli sözün gözü ilə” kitabının təqdimatı keçirilib

16:14

"TAPDIQ ƏLİBƏYLİ SÖZÜN GÖZU İLƏ" - YENİ KİTAB

19:36

Müasir düşüncə, yeni texnologiyalar, yeni hədəflər - Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva

12:26

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto