Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

14:34 26.05.2025 224
Bir neçə gün öncə stomatoloq-həkimlər TƏBİB-in stomatoloji müəssisələrə tətbiq etdiyi yeni 1200 və 1800 manatlıq “plan” tələbindən narazılıqlarını bildiriblər. Bir qrup stomatoloqla TƏBİB-də görüşlər keçirildi və deyəsən, hansısa bir razılıq da əldə olundu. Jurnalistlərə açıqlama verən bölgə stomatoloqlarının nümayəndələri “heç bir tələb yoxdur, yanlış anlaşılma olub, TƏBİB-lə öz aramızda həll edəcəyik, məsələ xəstəsi olmayan həkimlərin ixtisarıdır” kimi açıqlamalar verdilər.

Qeyd edək ki, sözügedən qalmaqaldan bir az əvvəl stomatologiya ilə bağlı apardığımız araşdırmada bu sahənin problemlərinə diqqət çəkmişdik.
Son günlər gündəmi zəbt edən narazılıqlar fonunda Teleqraf stomatoloqların TƏBİB-in “plan” tələbinə etiraz müraciətlərini yayan stomatoloq Tural Mirzəyevlə həmsöhbət olub.
Onunla müsahibəni təqdim edirik:

- Tural bəy, “saxta stomatoloq” məsələsini daim qabardan, diqqətdə saxlayan biri kimi əvvəlcə buradan başlayaq: yanına getdiyimiz həkimin saxta olub-olmadığını haradan öyrənək?
- Dünyanın hər yerində stomatoloq-həkimlər üçün bir sistem var. Məsələn, mən Rusiyada işləmişəm. Azərbaycanda tibb təhsili aldıqdan sonra ordinaturanı Rusiyada bitirmişəm. Həmin sistemdə 2010-cu ildə qeydiyyatdan keçmişəm. Orada qeydiyyatdan keçmək üçün diplomunuz, sertifikatınız və ordinaturanız olmalıdır. Qeydiyyatdan keçdikdən sonra iş yeriniz olana qədər orada görünmürsünüz.
2018-ci ildə iş müqaviləsi bağlayandan sonra həmin sistemdə artıq mənim də adım göründü. Azərbaycanda da mütləq belə bir sistem yaradılmalıdır. Səhiyyə Nazirliyinin məlumat bazasında bizim hamımız varıq, amma o məlumat ictimaiyyətə görünmür. Sadəcə mən ora daxil olub məlumatlarımı görə bilirəm. Bu sistem hamıya açıq olmalıdır.
Nəyi gizlədirlər? Burada gizlədilməli nə var? Mənim ad, familiyam, sertifikatımın nömrəsi görülməlidir. İstənilən şəxs o sistemə girəndə həkim haqqında məlumatları görə bilməlidir ki, bilsin bu həkim kimdir, nəçidir? Diplomu, rezidenturası, sertifikasiyadan keçdiyini sübut edən sənədi olmayan heç bir həkim o sistemə düşməməlidir.
Oradakı həkimlərin 80 faizi saxta stomatoloqlardır
- Sertifikasiyadan keçmək üçün nə tələb olunur?
- Bunun üçün diplom, sertifikat, ordinatura və ya rezidentura təhsilinizi təsdiq edən sənəd olmalıdır. Azərbaycanda Gürcüstan Universitetlərinə aid minlərlə saxta stomatoloq diplomu var. Amma bu həkimlərin əksəriyyəti stomatoloq kimi işləyirlər.
- Dövlət müəssisələrində, yoxsa özəllərdə?
- Dövlət müəssisələrində saxta diplomla işləmək mümkünsüz. Rayonlarda stomatoloq çatışmazlığı olan yerlərdə texnik adıyla qeydiyyatdan keçib işləyənlər ola bilər, amma bu, olduqca az hallarda mümkündür. Nərimanovdakı stomatoloji klinika və kabinetlərin 80 faizi saxta stomatoloqlardır.

AEM-in cərimələdiyi klinikanı niyə bağlamırlar?
- Səhiyyə Nazirliyi deyir ki, stomatoloji klinikalarda yoxlama ancaq konkret şikayət əsasında mümkündür...
- "Saxta stomatoloq" səhifəsi var. Görmürlər? O səhifədə biz adı, ünvanı ilə saxta stomatoloqları ifşa edirik. Niyə gedib yoxlamırlar? Bu, Səhiyyə Nazirliyinin məsuliyyəti öz üzərindən atmaq cəhdidir.
Təkcə Səhiyyə yox, digər qurumlar da bu işdə çox passivdir. “Aristokrat” klinikasından yüzlərlə şikayət var. Niyə gedib yoxlamırlar, bağlamırlar oranı? Bu yaxınlarda Analitik Ekspertiza Mərkəzi (AEM) orada yoxlanış edib. Yazdıqları cərimənin məbləğini də bilirəm – 11 min manat. Mən bunu bilirəm, onlar bilmirlər? Etdikləri cərimə də zibilqablar və “A”, “B” klasslara görədir. Yəni, zibilqabında atıqların yeri düzgün olmayıb. Amma o klinikada yüz stomatoloq varsa, yetmiş faizi saxta sənədlə işləyir. AEM niyə bu məsələ ilə maraqlanmır?
TƏBİB piara insanların sağlamlığına xərclədiyindən daha artıq pul xərcləyir
- Bəs TƏBİB-in üzərinə hansı məsuliyyət düşür?
- TƏBİB-də də ən azı Səhiyyə Nazirliyindəki qədər boşluqlar var. Təcili yardımdan nə qədər adam şikayət edir, əziyyət çəkir. TƏBİB-ə 2 milyarda yaxın pul ayrılıb, amma təcili yardım yoxdur, reanimasiyalarda yer tapılmır. Xəstəxana xəstəni qəbul edə bilmir. Xəstə burdan-ora, qapı-qapı gəzdirilir, yollarda can verir. Hanı o pullar?
Yalandan fotolar çəkdirib instaqramda, feysbukda yaymaqla deyil. TƏBİB piara daha çox pul xərcləyir, nəinki insanların sağlamlığına...
Bölgələrdə fəaliyyət göstərən stomatoloji kabinetlərin əksəriyyəti lisenziyasızdır. Bunu heç kim bilmir? Biz biliriksə, bəs necə olur onların xəbəri olmur?
TƏBİB-dəki görüşdə həkimlərə nəsə söz verilib
- Məlum 1200, 1800 manatlıq “tələb” məsələsindən də danışaq. Məsələ sanki bir az səngidi və elə bir fon yarandı ki, sanki TƏBİB haqlıdır...
- TƏBİB o zaman haqlı olardı ki, həkimə normal əməkhaqqı verərdi. Həkimə 400-500 manat maaş verir. Həkimlər lazım olan bütün materialı özləri alır. Təchizatı verib, aylıq 1200 manat maaşla təmin etsəniz, həkimdən nəsə tələb edə bilərsiniz. Bölgədən gələn həkimlərin TƏBİB-də görüşü zamanı bəzi provokatorlara nəsə vəd olunub. Onlar da çıxıb o cür açıqlama verdilər. Amma İctimai Televiziyada müzakirəni gördünüz də...TƏBİB verilişə çıxıb açıqlama vermədi.

- Burada söhbət həqiqətən də işçisi olmayan həkimlərin ixtisarından gedir?

- Yəqin ki, ixtisar edəcəkləri həkimlərin yerinə öz adamlarını götürəcəklər. Mən eşitdiyimə görə, burada maddi maraqlar da toqquşur.

- Təxminən 15-18 il bundan əvvəl tibb universitetinin tələbələri olaraq Azərbaycan dilində dərs vəsaitinin çatışmazlığından əziyyət çəkirdik. Hazırda dərs vəsaitləri ilə bağlı vəziyyət nə yerdədir?
- Dəyişən heç nə yoxdur. Tibb Universitetində dərs vəsaitləri ilə bağlı problem qalmaqdadır. Tələbələr üçün Azərbaycan dilində dərs vəsaitləri yox dərəcəsindədir. Heç tərcümə ədəbiyyatı da yoxdur. Bu sahələrə maliyyə ayrılmalıdır. Rezident 250 manat maaş alır. Bu heç yolpulu deyil. Rezidentləri danışdırın, görün vəziyyət necədir. Dövlət büdcəsindən rezidenturaya nə qədər pul ayrılır? Bu məsələləri araşdırın, hər şey aydın olacaq...
- Tibb Universitetinə sorğu verdim və məlum oldu ki, universitet diş texniki hazırlamır. Amma dünya praktikasında diş texniki də universitetlərdədir...
- Bəli. Diş texniklərini Tibb Universiteti hazırlamalıdır. Dünya praktikasında da bu belədir. Mən Türkiyədə tədris praktikasını görəndən sonra başa düşdüm ki, bizdə nə təhsil, nə də şərait yoxdur.
Orada rezidentlər, diş texnikləri üçün yaradılan şəraiti görəndən sonra buradakı mənzərə... Saxta stomatoloqların çoxu elə diş texnikləridir.
- Bəs bu saxta stomatoloqlar diplomu haradan əldə edirlər?
- Əsasən, Gürcüstan, Ukrayna, Rusiya, Türkiyə universitetlərindən alırlar. Pulunu verir, adını yazdırır. Heç dərsə, imtahana da getmir. Amma bu diplomla onlar sertifikasiyadan keçə bilməzlər. Bu, mümkün deyil. Çünki dövlət o diplomları tanımır. Bəs işləyirlər? Əlbəttə, hə, işləyirlər.

- Bir ara sertifikasiyanın ləğvi ilə bağlı da kampaniya başlamışdı...
- Bəli. Özü də bu saxta diplomlu həkimlər o kampaniyada xüsusi fəallıq nümayiş etdirirdilər. Çünki sertifikasiyanın ləğvi bu saxta stomatoloqların işinə yarayır. Bayaq da qeyd etdim, həkimlərin açıq reyster sistemi olmalıdır. Xəstə yanına getdiyi həkimdən diplom, sertifikat tələb edəcək halda olmur.
- Doktor, bəzi tanınmış həkimlər də ixtisassız şəxslərə diş texnikliyi kursları verir...
- Acınacaqlı hallardan biri də budur, bəli. Bizim tanınmış, məşhur həkimlər diş texniklərinə kurs verirlər. Bu kurslardan sonra o texniklər də “saxta stomatoloq” olur. Bizim saxta stomatoloqları ifşa etmək kampaniyamızdan sonra bir az dayanıb. Hətta bu saxta diş texniklərindən biri həbs edildi. Eyni zamanda, blogerlərin də bu saxta həkimlərin reklamında, piarında böyük rolu var.
İmplantı üz-çənə cərrahları qoymalıdır
- Bəs impantı kim qoya bilər? Qiymətlər niyə belə fərqlidir?
- İmplant qiymətləri bir diş üçün 180 manatdan 2500-ə qədərdir. İmplantları üz-çənə cərrahları qoymalıdır. Çünki bu cərrahi əməliyyatdır. Cərrah-stomatoloqlar da bunu icra edə bilər.
Amma Azərbaycanda cərrah-stomatoloq ixtisası yoxdur. Stomatoloqlar da xüsusi kurslardan keçdikdən sonra bu işlə məşğul ola bilərlər. Üz-çənə cərrahları anatomiyanı bilirlər, ağırlaşmalardan xəbərdardırlar, vəziyyəti idarə etməyi bilirlər. Stomatoloqun yanına xəstə gedirsə, o xəstəni üz-çənə cərrahına yönləndirməlidir. Təəssüf ki, göndərməyib bu işlə özü məşğul olanlar var. Çox ağır nəticələrlə üzləşirlər.
İmplant ya bahalı, keyfiyyətli qoyulmalıdır, ya da heç olmamalıdır
- Bəs qiymətlər niyə belə kəskin fərqlidir?
- Qiymət fərqi brenddən və istifadə edilən materialdan asılıdır. İmplant qoyanda ya bahalı, keyfiyyətli material qoydurmalısan, ya da ümumiyyətlə implant qoydurmamalısan. Ucuz materialın keyfiyyəti olmur.

- Doktor, diş implantasiyası ağrılı əməliyyatdır?
- Xeyr. Diş implantasiyası əməliyyatı ağrılı proses deyil. On beş dəqiqə çəkir və ağrı varsa, deməli, orada nəsə problem var. Əgər əməliyyat vaxtı və sonra dəhşətli ağrı varsa, bu həkimin qeyri-profesionallığının göstəricisidir. Ümumiyyətlə, ağrı və ağırlaşmalar həkimlə yanaşı xəstənin klinik situasiyasından da asılıdır. İmplantasiya zamanı mütləq KT müayinəsi də edilməlidir.
İkicə nəfəri 30 min manat cərimə etsələr, daha heç kim cəsarət etməz
- Sizcə, stomatoloqlar üçün də təftiş komissiyası yaradılmalıdırmı?
- Plastik cərrahlar qalmaqalında qurunun oduna yaş da yandı. Zirzəmilərdə işləyən plastik cərrahlar hələ də işlərinə davam edirlər, ixtisaslı mütəxəssislərdən bəziləri isə kənarda qaldı. Heç biri də cəzalandırılmayıb. Hətta bir stomatoloq var, hazırda stomatoloji otaqda blefaroplastika edir, üz-çənə cərrahiyyəsiylə məşğul olur. Əlbəttə, stomatoloqlar üçün də təftiş komissiyası yaradılmalıdır.
Görünür, nə TƏBİB, nə də Səhiyyə Nazirliyi bu məsələlərdə maraqlıdır... İkisi də problemləri bir-birinin üstünə atır. Bütün bu problemləri 3 gün ərzində həll etmək mümkündür. İkicə nəfəri 30 min manat cərimə etsələr heç kim bu əməliyyatlara cəsarət etməz.

Təəssüf ki, xəstələr Səhiyyə Nazirliyi ilə TƏBİB-in toqquşan maraqları arasında qalıb.
FOTO: Elnur Muxtar
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:09

Şahdağ Milli Meşələrin "QAZAN XAN"ı yenidən iş başında... - ŞOK VİDEO

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır