Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

13:32 26.05.2025 375
"Qızışmışam, gözlərimə qan gəlib..."

Qəribə də olsa paytaxt ərazisində aparılan tikintilərə nəzər saldıqda ağlıma ilk gələn cümlə, bu məşhur meyxana qafiyəsi oldu.

Şəhərin hər tərəfində çoxsaylı tikintilər aparılır və nə yazıq ki, son zamanlar aparılan tikintilərin böyük əksəriyyəti səs-küy doğurur, qalmaqala səbəb olur. Bu isə onu göstərir ki, paytaxt ərazisində tikinti üçün qanunla münasib yerlər qarış-qarış satılıb, istifadə olunub. Artıq uzun müddətdir ki, Tikinti və Şəhərsalma Məcəlləsinə zidd olan tikintilərin də sayı xeyli artıb.

Anar Quliyev, Cəbrayıl Xanlarov və Mətin Eynullayev "trio"su (üçlük) hər dəfə yanlarına dördüncü tərəf (icra başçısı) alaraq, qanun, məcəllə saymadan respublikanın uyğun olan-olmayan hər yerini tikə-qura gedirlər. Hətta, bu "ruzi yolu"nda yeri gəldiyində sabiq ekologiya naziri Muxtar Babayev də qoşulur, tikinti üçün gözaltı edilən ərazilərdəki yaşıllıqların məhv edilməsinə "göz yumaraq dəstək göstərirdi".

Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO

"DogruXeber.az" xatırladır ki, paytaxtın Sabunçu, Suraxanı, Xəzər, Binəqədi, Səbail, Nəsimi və digər rayonlarında neft şirkətinə məxsus ərazidə, eləcə də kateqoriyası təsərrüfat təyinatlı olan ərazilərdə, səkilərin üstündə və sair inşa olunan yaşayış evləri və iaşə obyektləri barəsində dəfələrlə müxtəlif məlumatlar dərc etmişik. Eyni zamanda aidiyyatı üzrə bu qanunsuz tikintilərin aparılmasında məsul olan dövlət qurumlarına da rəsmi sorğular, müraciətlər ünvanlamışıq. Lakin hər dəfəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (ARXKOM) də, FHN yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi də, Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) də birmənalı olaraq müxtəlif bəhanələrlə, şablon cavablarla həmin tikintilərin başa çatdırılmasına şərait yaradıblar. Təbii ki, məsul qurumların bu kimi "xeyirxahlıq"ları hər zaman sahibkarlar tərəfindən YÜKSƏK QİYMƏTLƏNDİRİLİR.

Hətta, iş adamları ilə" qarşılıqlı hörmət" o həddə çatıb ki, hər addımda tikinti aparılmasında birinci cavabdehlik daşıyan və yaxın günlərdə daha böyük vəzifəyə təyinatı gözlənilən ARXKOM sədri Anar Quliyev insanların həyatını belə heçə sayacaq qədər riskli işlərə "ləbbeyk" deyəcək qivama gəlib.

Metro xətti üzərində təhlükəli tikinti.

Təsəvvür edirsinizmi, bu günlərdə "Memar Əcəmi" metrostansiyasının düz üstündə böyük əsaslı tikinti aparılır?! Bəzi saytların yazdığına görə, bura böyük bir ticarət mərkəzi olacaq və bu tikinti Bakı Şəhər İcra Hakimiyyətində yüksək vəzifəli şəxs olan Riyad Qasımovun xüsusi tapşırığı əsasında aparılır, nəzarəti isə İsrail adlı iş adamı edir. Özü də Binəqədi, Suraxanı, Badamdar və digər ərazilərdə qalmaqallı tikintilərdə adı hallanan bu iş adamının "arxa-dayağı"nın yüksək çinli məmur olduğu bildirilir.

Əlbəttə əminik ki, bu bilgi kimsə üçün təəccüblü deyil.

Şərə məşğul edərik xatiri-qəmmayilimi,
Qoyuram qənşərinə kağızımı, çernelimi,
Gəlirəm yazmağa bir kəlmə, – tutarsan əlimi,
Qorxuram, ya nə üçün, – çünki kəsirsən dilimi!
Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,
Hələ gördüklərimin dörddə birin yazmayıram!

Əlqərəz...

İş adamıdır, lap yaxşı.
Himayədarı vəzifəli şəxsdir?
Olsun.

Bəs ARXKOM sədri Anar Quliyev bu işlərin hazırda harasındadır?

Niyə həmin qanunsuz tikintilərin barəsində qanuni tədbirlər görmür, yaxud mətbuata və ictimaiyyətə əsaslı açıqlama vermir?

Anar Quliyevin bu səssizliyinin səbəb bu iki variantdan biri ola bilər: ya bütün bunların qanuna söykənən açıqlaması var (hərçənd ki, belə olsaydı səslərini nəinki ölkə mediasına, hətta ölkə xaricinə də çatdırmaq üçün əlindən gələni edərdi), ya da "görüm-baxım"lar dilini qısa edib. Necə ki, İsrail bəyin "səxavəti" səbəbilə bu gün "Memar Əcəmi" metrostansiyasının üzərində tikilən, hər gün metrodan istifadə edən minlərlə insanın həyatı üçün təhlükəli yaradan o, tikintiyə səssizliyi ilə şərait yaradır.

Ölkə başçısından gizlədilən həqiqətlər

Mirzə Ələkbər Sabir demişkən, biz hələ gördüklərimizin dörddə birini yazmayırıq. Yəni bir yazıya sığmadığı üçün silsilə şəkildə diqqətinizə çatdıracağıq.

Mövzunu davam etdirəcəyik və növbəti yazıda ARXKOM-un əraziyə görə "susmahaqqı"nın konkret məbləğləri siyahısının bir qismini təqdim edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO