Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvaya iki günlük səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski ilə görüşüb.Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.
Qurum görüşün gündəliyinin təfərrüatlarını açıqlamayıb.
Türkiyə xarici işlər naziri 26-27 may tarixlərində Rusiyanın paytaxtında səfərdə olacaq.