Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirildi - FOTO

09:45 25.04.2025 570
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qırğızıstanda ilk dəfə keçirilən Azərbaycan Mədəniyyəti Günləri başa çatıb.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, aprelin 24-də K.Moldobasanov adına Qırğız Milli Konservatoriyasında Azərbaycan incəsənət ustalarının təqdimatında caz musiqisi axşamı keçirilib.
Konsertdən öncə çıxış edən Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Timurlan Ajımaliyev mədəniyyət günlərinin uğurla reallaşması münasibətilə Azərbaycan nümayəndə heyətini təbrik edib. O, qarşılıqlı mədəniyyət günlərinin qardaş xalqlarımızı daha da yaxınlaşdırdığını bildirib.
Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov tədbirlərin yüksək səviyyədə keçirilməsinə görə Qırğızıstan hökumətinə və tamaşaçılara minnətdarlığını bildirib. Ölkəmizin Bişkekdəki səfiri Lətif Qəndilov Azərbaycan və Qırğızıstan arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyini bildirib. Qeyd edib ki, iki ölkənin liderləri qardaş xalqlarımızın birliyi və bərabərliyi üçün böyük səy göstərirlər.
Səfir də Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə qardaş ölkənin rəhbərliyinə təşəkkür edib.
Çıxışlardan sonra səhnə musiqiçilərimizin ixtiyarına verilib.
Cazmenlər Elbəy Məmmədzadə (piano), Saleh Məmmədov (bas-gitara) və Eyvaz Həşimov (zərb aləti) A.Məlikovun "Güllərim", T.Quliyevin "Sən mənimsən" və "Qəmgin mahnı", D.Reevesin "Tango", E.Məmmədzadənin "Mikayılın rəqsi", J.Bizenin "Karmen" operasından musiqi, V.Mustafazadənin "Bahar" əsərlərini və "Yallı" Azərbaycan xalq rəqsini yüksək peşəkarlıqla ifa ediblər.
Musiqiçilərin məharətli çıxışı Azərbaycan caz sənətinin köklü ənənələri olduğunu tamaşaçılara nümayiş etdirib.
Filarmoniyanın zalını dolduran tamaşaçılar konsertdən böyük zövq alıblar. Onlar bunu sürəkli alqışları ilə də nümayiş etdiriblər.
Bununla da, ulu türk yurdu Qırğızıstanda dörd gün davam edən Azərbaycan Mədəniyyəti Günləri rəngarəng proqramı ilə qardaş xalqın yaddaşında silinməz iz qoyub.










Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:18

Kimlərinsə ucuz ajiataj yaratmaq EŞQİ - Əslində Millət vəkili Rövşən Muradov KİMDİR

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü