Tanınmış hərəkatçı, iş adamı Araz Şirinov vəfat edib - Vida sözü

19:00 6.01.2025 947
Bakıda tanınmış iş adamı vəfat edib. 

BİA.az xəbər verir ki, kecmiş məşhur “Kiyev” ("Gənclik" metrosunun yanı) restoranının sahibi,  tanınmış iş adamı və xeyriyyəçi Araz Şirinov vəfat edib. O, 71 yaşında qəflətən ürəktutmasından dünyasını dəyişib. 

Mərhum "Varovski" Binəqədi qəbristanlığında dəfn edilib.

Bu barədə məlumatı redaksiyaya mərhumun yaxınları verib. 

Araz Ağabala oglu Şirinov İsmayıllı rayonunun Tağlabiyan kəndində dogulsa da ailəsi Ağsu rayonuna köcüb. Arazın gənclik illəri Ağsu şəhərində formalaşıb. Rayonda milli azadlıq hərəkatının özəyini yaradanlardan biri də məhz Araz olub.

AXC Ağsu rayon şöbəsinin könüllü özünümüdafiə batalyonu Araz Şirinovun rəhbərliyi ilə 1989-1993-cü illərdə Agdam rayonunun bir necə kəndinin müdafiə olunmasında iştirak edib.  

Ömrünün ən parlaq illərini Azərbaycanın müstəqiliyinə və milli azadlıq hərəkatına sərf edən Araz Şirinovun həyat yolu gənclərimiz ücün əsl örnəkdir.

Səhər-səhər bu acı xəbəri eşitmək nə qədər çətin olsa da belə bir şəxsiyyəti yaxından tanımaq hər insana qismət olmur. Bu itkinin ağırlığını ifadə etmək üçün söz tapa bilmirəm. Azərbaycanın milli azadlıq hərəkatında müstəsna xidmətləri olan dəyərli, mətin, mübariz, əsl Vətən, Millət fədaisi Allahın rəhmətinə qovuşub. Onun dəyərli fikirləri, tövsiyyələri daima yaddaşlarda qalacaqdır.

Həyatda kimləri itirmirik – doğmalarımızı, yaxınlarımızı, dostlarımızı... Bir də hamımızın tanıdığı və sanki illərin doğması sayıla biləcək insanları. O insanları ki, onlar bu dünyada hərəsi bir iz qoyub gedirlər. Elə bir iz ki o izi heç nə və heç kim silə bilməz. Bu ŞƏXSİYYƏTLƏRİN arasında Vətən fədailərinin xüsusi yeri var. Onların Vətənə, Millətə sevgisi daha böyükdür. Bu bir qəhrəmanlıq sevgisidir. 
 
Şübhəsiz ki, millətinə böyük sevgisi olan və millətindən böyük sevgi qazanan şəxsiyyətlərdən biri də məhz bu gün əbədiyyətə qovuşan Araz Şirinov idi. Böyük bir adı daşıyan Araz bəy ömrü boyu bu böyüklüyü qoruyub, saxlaya bildi. Bu, icdən gələn BÖYÜKLÜKDÜR. Bu, Araz bəy böyüklüyüdür. Araz bəyin böyüklüyü hətta ölümə belə alçalmadı. Ölüm də onun BÖYÜKLÜYÜ qarşısında aciz qaldı. Əslində, ona “ölüm” sözünü yaraşdırmaq olmaz. Belə adamlar ölmürlər axı... ƏBƏDİYYƏT qazanırlar. Araz bəyin itkisi bir evin itkisi deyil, bir elin itkisidir. Heç uzağa getməyək, bu gün sosial şəbəkələr necə deyərlər, ancaq onun adı ilə nəfəs alır... Yüzlərlə insan onun haqqında danışır, ehtiramla onu yad edir, rəhmət diləyir.

...Son zamanlar xəstəlik onu çox narahat edirdi. Amma heç vaxt da narahatlığını büruzə vermədi. Ölümün də, xəstəliyin də gözünə dik baxdı. Çünki Araz bəy dik baxmağa haqqı çatan insanlardan idi. Uzun illər iş adamı kimi ehtiyacı olanların yanında oldu, millətinə xeyriyyəçilik etdi. Əslində Araz Şirinov kimi adamlar qazandıqlarını ehtiyacı olanlara xərcləməyi özlərinə haqq bilirlər. O hec vaxt heç kəsdən kömək əlini əsirgəmirdi. Ağsaqqal kimi, böyük kimi, xalqını, dövlətini sevən, ona fədəkarlıqla xidmət edən Araz bəy yaddaşlarımızda işıq kimi, günəş kimi həmişəlik yaşayacaq. Xatirələr əsl insanları ölməyə qoymur, onları əbədi olaraq diri saxlayır! Allah rəhmət eləsin saf, təmiz, uca bəy!.
 
Antik dövr filosofu Epikürün şagirdlərindən onları müəllimə bağlayan nədir, – sualına şagirdləri belə cavab veriblər: “Bizi Epikürə bağlayan onun həmişə özü-özünə bərabər olmasıdır”. Bu epitet tamamilə Araz Şirinova aiddir: o həmişə özü-özünə bərabərdir, təkrarsızdır – həmişə Araz Şirinovdur! Araz bəy həmçinin insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran şəxsiyyət idi. O, adamlar arasında özünün xoş olduğu ən ülvü keyfiyyətləri ilə seçilən-sayılan nüfuz sahibiydi. Son vaxtlar təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeş idi.

Bəli, Araz Şirinov öz insani xüsusiyyətləri ilə özünü insanlara sevdirə bildi. Bu sevgini bu millətin əlindən heç kim ala bilməzdi. Araz bəy kimi adamlar elədikləri yaxşılıqlarda, başlarını sığalladıqları yetimlərin dualarında, qollarından tutub qaldırdıqları kimsəsizlərin ruhlarında yaşayıblar, yaşayacaqlar… Ruhun şad olsun Araz bəy, məzarında rahat uyu, çünki səni tanıyanlar heç zaman səni unutmayacaqlar. İllər ötəcək, fəsillər dəyişəcək dost-tanışlarının, doğmalarının yanında daima yerin görünəcək.

Ədalət NƏBİ.


BİA.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:10

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto