XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:52 12.11.2025 205

                                                                               
                                                                     Namiq Bilal

Başda ABŞ olmaqla Qərb sivilizasiyası böyük çöküşün astanasındadır. Əhali sürətlə azalır və qocalır, Qərb iqtisadiyyatı Asiyanın nəhəng texnoloji sıçrayışı önündə duruş gətirə bilmir. Qərb hegemoniyası bitir. Lakin yenidən toparlanmaq və üstünlüyü saxlamaq üçün var gücü ilə çarpışacaqlar. Cəmiyyətlərin toparlanması və yüksəlişi üçün çox möhtəşəm yeni ideoloji qalxınmaya ehtiyac var.
Qərbin yeni ideologiyası — unutdurulmuş xristian dəyərlərini yenidən aparıcı ideologiya halına gətirməkdir. Bu istiqamətdə ciddi addımlar atılır. Həmin addımlara sırası ilə nəzər salaq.
Birinci addım. ABŞ-nin vitse-prezidenti C. D. Vens geniş auditoriya qarşısında çıxış edərək həm yəhudiliyə, həm də islam dünyasına qarşı çağırış kimi görünən bəyanatlar verib.
O deyib: Xristianlıqla yəhudilik arasında çox böyük teoloji konflikt var. Fələstində və Orta Şərqdə iki dövlətli çözüm deyil, üç dövlətli çözüm olmalıdır. Yerusəlimdə və Orta Şərqdə müsəlman və yəhudi dövlətləri ilə yanaşı, xristian dövləti də qurulmalıdır.”


Həm Fələstində, həm Livanda, həm də Misirdə çox milyonlu xristian kütləsi yaşayır. Siyasi qərar verilərsə, hər üç dinin təmsilçilərini biri-birinə qarşı qaldıraraq Orta Şərqi yenidən və daha güclü şəkildə alovlandırmaq xüsusi xidmətlər üçün o qədər də çətin məsələ olmazdı.
İkinci addım. Bir neçə gün öncə Donald Tramp belə bir bəyanat verdi: “Nigeriyada müsəlmanlar xristianları kütləvi şəkildə qətlə yetirir. Nigeriya xristiyanlarını müdafiə etmək üçün bu ölkəyə qoşun yeritməliyik.”


Nigeriyada çox böyük neft-qaz yataqları var. Heç şübhəsiz, Trampın əsas məqsədi bu təbii qaynaqlara çökməkdir. Lakin həmin qaynaqlara çökmək üçün istifadə olunan siyasi instrument xristian–müsəlman qarşıdurmasıdır.
Üçüncü addım. Roma Papası XIV Leo və ABŞ-nin vitse-prezidenti Cey Di Vens Türkiyənin İznik əyalətindəki qədim kilsəni ziyarət edəcəklər. Bu kilsədə eramızın 325-ci ilində xristian teologiyasının ana sütunlarını müəyyən edən və xristianlığın birinci ümumdünya şurası sayılan Nikea Məclisi keçirilib. Nikea Məclisi xristian dinini erkən xristianlıqdan rəsmi din statusuna daşıyan ən əhəmiyyətli tədbirdir.

Roma Papasının bu kilsəyə səfəri son bir neçə yüz ildə ilk dəfədir ki, baş tutacaq. Roma Papasının və ABŞ vitse-prezidentinin İznik səfəri xristianlığa ikinci nəfəs vermək amacı daşıyır.
Yada salaq ki, Roma Papası aylar öncə İsraili “uşaq qatili olan dövlət” adlandırmışdı. Eyni zamanda Almaniya, Fransa, İspaniya, İngiltərə, Slovakiya, Macarıstan kimi dövlətlərdəki ulusçu siyasi qurumlar xristian dəyərlərinə qayıtmağı Avropanın xilası olaraq görürlər. Belə görünür ki, Qərb sivilizasiyası yeni ideoloji tutalğaç kimi xristianlığa sarılır.
Bu “yenidən xristianlıq” ideyasının Qərb üçün əhəmiyyətli məqamlarına baxaq.
Xristianlığın yenidən ana ideologiyaya çevrilməsi ilk öncə ailə dəyərlərini bərpa etməklə cəmiyyətləri demoqrafik fəlakətdən xilas etmək cəhdidir. Üstəlik, xristianlığı dozalı şəkildə radikallaşdıraraq Qərbə müsəlman axınını dayandırmaq da görünən hədəflər arasındadır.
ABŞ, Çin, Rusiya, Almaniya, İngiltərə kimi ən böyük 40-a yaxın dövlətin mərkəzi bankları qlobalçı yəhudi ailələrinin nəzarətindədir. Xristianlığı yenidən alovlandırmaq və paralel şəkildə anti-İsrail, anti-yəhudi ovqatını körükləməklə Qərbin ulusçu liderləri qlobalçı ailələrin maliyyə buxovlarından qurtulmağa çalışırlar.



Xristianlığın yenidən alovlandırılması və anti-yəhudi, anti-müsəlman təbliğatının genişləndirilməsi başqa aspektdən də olduqca önəmlidir. XX əsrdə dünyanın ən böyük neft-qaz hövzəsi olan Böyük Orta Şərqi nəzarətdə saxlamaq üçün Qərb iki böyük konfliktdən — İran–İsrail və sünni–şiə konfliktlərindən yararlanıb. Bu gün hər iki konfliktin potensialı tükənib.
“Orta Şərqdə xristian dövləti qurulmalıdır” bəyanatını vermək, bölgədə daha böyük konfliktin fitilini yandırmaq deməkdir. Deməli, yeni formatda yeni konflikt alovlandıra bilsələr, qərblilər bölgəyə nəzarəti hələ uzun müddət öz əlində saxlaya bilərlər.
“Orta Şərqdə xristian dövləti qurulmalıdır” ideyası və “Xristianları müdafiə etmək üçün Nigeriyaya qoşun yeritməliyik” bəyanatı XXI əsrin yeni formatlı səlib yürüşüdür. Orta əsrlərdəki səlib yürüşlərinin qarşısını hər zaman türklər kəsib.
Maraqlıdır ki, bu günümüzün “yeni səlib yürüşünün” mayakı ola biləcək ikinci Nikea Məclisi məhz Türkiyədə toplanır. Böyük Orta Şərqin daha böyük qan gölünə çevrilməsi, başda Türkiyə olmaqla Misirin, İsrailin və Livanın milli maraqlarına ziddir. XXI əsrin yeni formatlı səlib yürüşü başlanacaqsa, bu yeni hərəkat da orta əsrlərdə olduğu kimi türklərin bölgədə qurduğu dəmir divara çırpılacaq. Türkiyə buna hazırlanır.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:30

Xırdalan şəhər 2 nömrəli orta məktəbində NƏ BAŞ VERİR: Direktor Gülnaz Kərimovaya qarşı qərəzli hücumların PƏRDƏARXASI...

22:54

ALLAH RƏHMƏT ETSİN!

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA