Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

02:34 21.10.2025 422
Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” Agentliyinə geniş müsahibə verib. Müsahibədə dövlət başçımız ölkəmizin Qazaxıstanla enerji, logistika, ticarət, bağlantılarla bağlı əməkdaşlığı barədə qeyd edib.


Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər qədim tarixə, ortaq dəyərlərə və qardaşlıq tellərinə əsaslansa da, son illərdə bu əlaqələr xüsusilə enerji sektorunda strateji məna kəsb edib. Neft-qaz sahəsində iki ölkənin əsas şirkətləri — SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında imzalanmış Aktau–Ceyhan marşrutu üzrə saziş bu əməkdaşlığın mühüm göstəricisidir.

Bu saziş çərçivəsində ildə 1,5 milyon ton Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə tranziti nəzərdə tutulur. Bu, təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm hadisədir, çünki Xəzər regionunda enerji marşrutlarının şaxələndirilməsini təmin edir və Qazaxıstan neftinin dünya bazarlarına çıxışı üçün yeni imkanlar yaradır.

Azərbaycan, Xəzər resurslarını qlobal bazarlara təhlükəsiz çıxaran etibarlı tərəfdaş kimi tanınır. Şaxələndirilmiş kəmər infrastrukturu ilə 14 ölkəyə qaz tədarük olunur və bu, Avropanın enerji təhlükəsizliyində alternativ rol oynayır. Paralel olaraq, Azərbaycan bərpaolunan enerjidə (günəş, külək, hidro) regionun öncül oyunçusuna çevrilir. COP29-da Azərbaycan-Qazaxıstan-Özbəkistan arasında imzalanan yaşıl enerji üzrə strateji tərəfdaşlıq sənədi, Xəzər-Qara dəniz marşrutu ilə yaşıl elektrik ixracını reallığa çevirməyi hədəfləyir.

Prezident qeyd edib ki, 2024-cü ildə Qaazaxıstanla tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin azaldılması ilə bağlı əlavə saziş imzalanıb. Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir.

Enerji əməkdaşlığını dəstəkləyən əsas amillərdən biri Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) səmərəliliyidir. Aktau və Ələt limanlarında infrastrukturun modernləşdirilməsi, yeni logistika mərkəzlərinin yaradılması və qatar parkının yenilənməsi bu marşrutun Avropa ilə Asiyanı birləşdirən əsas tranzit xətti kimi mövqeyini gücləndirir. Azərbaycan və Qazaxıstan bu istiqamətdə birgə səylərlə enerji, yükdaşımalar və sənaye əlaqələrinin inteqrasiyasına nail olmaqdadır.

İki ölkə arasında gəmiqayırma sahəsində tərəfdaşlıq da mühüm sənaye əməkdaşlığı istiqamətidir. Xəzərdə neftin və digər yüklərin daşınması üçün müasir gəmilərin istehsalı, texnoloji təchizatın müasirləşdirilməsi və birgə istehsal təşəbbüsləri regional sənaye potensialını artırır. Bu əməkdaşlıq həm də yerli istehsal güclərinin inkişafı baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycan–Qazaxıstan münasibətləri təkcə enerji və iqtisadi müstəvidə deyil, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində daha geniş siyasi və strateji əməkdaşlıq platforması üzərində formalaşır.

TDT türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində  Naxçıvan şəhərində keçirilmiş Zirvə Görüşündə imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında Naxçıvan Sazişi”nə (Naxçıvan Sazişi) əsasən Azərbaycan və Qazaxıstan təşkilatın təsisçi  üzvləri olmuşlar. Hər iki ölkə TDT-nin inkişafına töhfə verir. Bu görüşlərdə qəbul edilən bəyannamələr Türk dünyasının siyasi, iqtisadi və hərbi gücünü artırmaq, onu qlobal arenada güc mərkəzinə çevirmək istiqamətində mühüm addımlardır. Son illərdə keçirilən Şuşa və Qəbələ Zirvə Görüşləri ölkələrimiz arasında siyasi dialoqun və qarşılıqlı etimadın daha da dərinləşdiyini göstərib.

Azərbaycan ilə Qazaxıstanı birləşdirən əlaqələrin təməlində ortaq tarix, mədəniyyət və din dayanır. 2023-cü ildə Bakıda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi bu əlaqələrin dərinliyini nümayiş etdirir.
Bu tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin və qarşılıqlı mədəni zənginləşmənin təzahürüdür.

Bununla yanaşı, iki ölkənin qarşısında duran ən aktual problemlərdən biri də Xəzər dənizinin səviyyəsinin azalması və ekoloji tarazlığın pozulmasıdır. Azərbaycan Prezidenti 2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə bu məsələni qaldırmış və Xəzərin birgə qorunmasına çağırmışdır. Hazırkı vəziyyətdə Azərbaycan və Qazaxıstan elmi məlumat mübadiləsini gücləndirməli, biomüxtəlifliyin qorunması və ekosistemin bərpası üçün koordinasiyalı tədbirlər həyata keçirməlidirlər. Xəzər dənizi artıq təkcə enerji və nəqliyyat məkanı deyil, həm də ortaq ekoloji öhdəliklərin və birgə fəaliyyətin rəmzinə çevrilməkdədir.

Enerji, nəqliyyat, sənaye və mədəniyyət sahələrində imzalanan çoxsaylı sazişlər iki ölkə arasında etimada, qarşılıqlı hörmətə və strateji tərəfdaşlığa əsaslanan dərin əlaqələrin bariz göstəricisidir. Bu əlaqələr yalnız ikitərəfli maraqlara deyil, eyni zamanda Türk dünyasının birliyinə və Avrasiya regionunun sabitliyinə xidmət edir. Dövlət başçımızın Qazaxıstana planlaşdırılan səfəri iki ölkə və xalqlar arasında münasibətləri daha da dərinləşdirməyə xidmət edəcək.


Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı

Azerinform.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ