Əliyevlə Putinin müzakirə edəcəyi çox şey var - Belyayev

14:21 29.08.2025 396
Çinin Tyanjin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Vladimir Putinlə İlham Əliyev arasında təmas baş tuta bilər. Onların müzakirə edəcəyi çox şey var.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq və iqtisadçı Mixail Belyayev Çində keçiriləcək ŞƏT sammiti çərçivəsində Rusiya-Azərbaycan liderlərinin görüşünün mümkünlüyünü şərh edərkən deyib.

“Vaxtaşırı Rusiya-Azərbaycan münasibətlərində yaranan çətinliklərə görə “baqaj” yığılıb və liderlər ikitərəfli münasibətlərə dair qeydləri müzakirə edib müqayisə edə, bundan əlavə, ölkələr üçün əhəmiyyətli olan hadisələr, xüsusən də Putinlə Trampın Ankoric görüşü, Əliyev, Tramp və Paşinyan arasında Vaşinqton görüşü barədə fikir mübadiləsi apara bilsinlər. Elə bir zaman gələcək ki, qonşu ölkələrimiz yığılıb qalmış çətin məsələləri həll etməli olacaq. Gec-tez bu baş verməlidir. İki lider arasında təmasların mümkünlüyünü nə göstərir? İlk növbədə, bu yaxınlarda Həştərxanda Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçirilib. Görüşün ertəsi günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrova zəng edib. Və söhbət zamanı nazirlər hökumətlərarası komissiyanın iclasının nəticələrini yüksək qiymətləndirib. İqtisadi əməkdaşlıq qonşu dövlətlər üçün lazımdır. Statistikaya görə, Rusiya Azərbaycan üçün ticarət dövriyyəsinə görə üçüncü yerdədir. Bu, yaxşı göstəricidir. Diqqət çəkmək istərdim ki, Rusiya Prezidenti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edib, o, həmçinin Rusiya regionlarının rəhbərləri və Rusiya Prezident Administrasiyasının nümayəndələri tərəfindən təbrik edilib. Bu da təbii ki, ikitərəfli münasibətlərdə müsbət cəhətdir”, - o bildirib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:25

BƏZİ İNSANLAR YAXŞILIĞI İLƏ TANINMAQ İSTƏMİR, AMMA ETDİKLƏRİ YAXŞILIQLAR ONLARI TANIDIR.. - Video

16:38

Azərbaycanın Cənub-Şərqi Asya siyasətində Vyetnamın rolu

13:13

TƏBİB-in təcili yardım maşınları ilə bağlı tapşırığı: Bakıda sirenlər susmur

13:11

"Azərbaycana qarşı təzyiqlər davam edir" - Fərid Şəfiyev

13:08

7603 ÖLÜM, MİNLƏRLƏ YARALI... – Azərbaycan yollarında nə baş verir? + DƏHŞƏTLİ STATİSTİKA

16:56

7 yaşlı Nihat ağır xəstədir - Ana xeyirxah insanlardan yardım gözləyir

12:01

“Tapdıq Əlibəyli sözün gözü ilə” kitabının təqdimatı keçirilib

16:14

"TAPDIQ ƏLİBƏYLİ SÖZÜN GÖZU İLƏ" - YENİ KİTAB

19:36

Müasir düşüncə, yeni texnologiyalar, yeni hədəflər - Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva

12:26

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto