Bu gün Azərbaycanın Erməni işğalçılarına qarşı apardığı İkinci Qarabağ müharbəsi xalqımız üçün Vətən müharbəsidir. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Həm bölgənin tarixi, həm münaqişənin tarixi ilə bağlı Erməni lobbi təşkilatları yanlış məlumat ötürərək daim dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yaratmağa çalışmış və buna nail ola bilmişlər. Bu səbəbdən də torpaqları işğal olunan Azərbaycana qarşı sanksiyalar tətbiq edilmişdir. Dünya ictimaiyyətinə Qarabağ tarixini çatdırmaq üçün son illər ərzində böyük işlər görülmüşdür. Görülən işlər sayəsində məsələ ilə bağlı artıq dünyada daha obyektiv təsəvvür var. Cənab Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında, Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabadda, Vyanada, Astanada diskussiya və çıxışlarında Dağlıq Qarabağla bağlı həqiqətləri səsləndirməsi dünya ictimai rəyinin lehimizə dəyişməsinə mühüm töhfə verib.
Bütün bu beynəlxalq arenalarda prezident tərəfindən səsləndirilən fikirlər tarixi aydın şəkildə göz önünə qoyur. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Azərbaycan tarxinə istinad edərək qeyd etmişdir ki, Kürəkçay sülh anlaşmasında erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqının Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza köçürülməsinə başlanmışdır. Bu cür addımların atılmasında əsas məqsəd yeni reallıq yaradaraq imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq idi. Heydər Əliyev Sovet İttifaqı rəhbərliyində olarkən ermənilərin uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Ermənilər tərəfindən yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırıldı. Bu faktlar özlüyündə Heydər Əliyev amilinin Azərbaycan üçün nə qədər böyük məna ifadə etdyinin sübutudur.
Ölkə prezidentinin xalqa olan müraciətləri təkcə Azərbaycan xalqına istiqamətlənməmiş, həm Ermənistan ictimaiyyətinə, eyni zamanda beynəlxalq ictimayyətə hesablanmışdır. Prezident xalqımızı və dünyanı 20-ci əsrin əvvəllərindəki tarixi həqiqətlər barədə, həm də 1988-ci ildən sonrakı dövrün səhvləri haqqında məlumatlandırır, beynəlxalq ictimaiyyəti həqiqətlərlə maraqlanmağa məcbur edir, Ermənistan ictimaiyyətini isə miflərdən xilas edib tarixi, hüquqi və ordumuzun yaratdığı hərbi reallıqları qəbul etdirməyə çalışır. Bununla yanaşı Qarabağda yaşayan ermənilərə sülh təklif edərək Azərbaycanda yaşayan digər erməni vətəndaşları kimi tam hüquqlu Azərbaycan vətəndaşı olacaqları barədə zəmanət verir.
Ali Baş Komandan tərəfindən xalqa edilən bu çıxışlar Azərbaycanın tarxinin reallıqlarını göstərməklə yanaşı, beynəlxalq hüququn Ermənistan tərəfindən necə pozulduğunu aydın şəkildə, faktlarla sübut edir. Beynəlxalq hüququn pozulduğunu, buna baxmayaraq benəlxalq qurumlar tərəfindən Ermənistana yönəlik heç bir addımın atılmadığını açıq bəyan edən cənab İlham Əlyev çıxışında bildirdi ki, işğal edilən Azərbaycan torpaqlarında Ermənistanın qanunsuz məskunlaşma aparmasına Minsk qrupu etiraz etməyib. Qanunsuz məskunlaşma beynəlxalq cinayətdir. Minsk qrupunun cinayətə susması isə torpaqlarımızı erməniləşdirməyə, Azərbaycan mədəni irsini silməyə təşviq mesajıdır. Müstəqilliyimizin ilk mərhələsindən başlayaraq Minsk qrupunun həmsədri olan Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir. Həmin zaman biz öz torpaqlarımızı itirmişdik. Bu gün isə öz torpaqlarını işğalçılardan azad etməyə başlayan Azərbaycana böyük təzyiq göstərirlər. Halbuki Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir. Hərçənd ki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasında digər üzv ölkələrə böyük təzyiqlər edərək yeni sənədin qəbul olunmasına çalışıb. Dünyanın ən ali qurumu sayılan BMT tərəfindən bu qərarın qəbul olunmamasına isə Qoşulmama Hərəkatına üzv ölkələr imkan vermədilər, onlar Azərbaycana dəstəklərini göstərdilər. Cənab prezidentin də qeyd etiyi kimi, bütün başqa məsələlərdə maraqları daban-dabana zidd olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ məsələsində mövqelərinin üst-üstə düşməsi sual doğurur.
Bu sual özlüyündə həmsədr ölkələrin ermənipərəstliyini açıq şəkildə gözlər önünə sərir. Minsk qrupunun fəaliyyəti əslində Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb. Minsk qrupunun üzvlərindən Fransa açıq şəkildə ermənipərəst mövqe tutur, parlamenti erməni soyqırımını tanıyır, ölkədə islamofobiya və türkofobiya dövlət siyasəti səviyyəsinə qaldırılıb, son hadisələr zamanı isə saxta erməni xəbərləri beynəlxalq gündəmə Fransa prezidenti vasitəsilə gətirilir. Rusiya Ermənistanı silahlandırır, hətta atəşkəs vaxtı belə təcavüzkarı silahlandırmaqda davam edir. ABŞ uzun illər Dağlıq Qarabağdakı işğalçı rejimə birbaşa yardımlar ayırıb, prezidentliyə namizədlər ABŞ-dakı erməni əsilli seçicilərin maraqlarını ABŞ-ın regiondakı maraqlarından üstün tutur, Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edib.
Bu faktlar özlüyündə sübut edir ki, heç bir həmsədr Azərbaycana qarşı qərəzsiz deyil. Eyni zamanda göründü ki, əsasən Qərbin dominantlığı ilə yaranmış müasir dünya nizamı əbədi deyil, cənab Erdoğanın da qeyd etiyi kimi “dünya 5-dən daha böyükdür”.
Azərbaycan tərəfindən Minsk qrupu ölkələrinin təklif etdiyi atəşkəsə əməl olunmasına baxmayaraq hər dəfəsində düşmən tərəf ciddi pozuntular etdi. Son bir ay ərzində isə Ermənistana kütləvi surətdə müxtəlif növ silahlar göndərilir, atəşkəsi istəyənlər Ermənistanı silahlanıdrmağı dayandırmalıdır. Bu gün Azərbaycanla hərb meydanında bacarmayan erməni əsgərləri qaçarkən arxalarında yüksək dəyərə malk hərbi texnika, silah-sursat tərgiyir. Ölkə başçısı son çıxışında Ermənistan tərəfinin itirdiyi hərbi ləvazimatlar haqqında Azərbaycan xalqına, dünyaya həmin gün üçün olan düşmən itgilərinin sayını açıqlamışdır. Cənab prezident haqlı olaraq Ermənistan tərəfdə bu qədər hərbi sursatı alacaq pulun mənbəyini tələb edir. İlham Əliyev açıq şəkildə qeyd edib ki, bizim pulumuz var, hər şey şəffafdır, lakin kimsə Ermənistana maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verməsə, onlar ayaq üstə dura bilərmi? Prezidentin qeyd etiyi kimi, bu rəqəmlər sadəcə itki və qənimətləri əks etdirmir, Ermənistanın çöküşünün sürətlənməsini, dünya güclərinin ikili standartlarını əks etdirir. Münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir. Azərbaycan güclü dövlətdir və məsələnin hərbi-siyasi yollarla həllinə hazırdır. Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini reallaşdırmalıdır.
Ali Baş Komandan hər çıxışında dönə-dönə qeyd edir ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, Azərbaycan xalqı da tolerant xalqdır. Hərbi mərhələnin başa çatması üçün azərbaycanlılar Şuşaya, Xankəndinə, əvvəllər yaşadığı bütün başqa yerlərə qayıtmalıdır. Erməni əhali üçün şərait yaradılacaq, yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik. Azərbaycan Prezidentinin bu yanaşması həm əxlaqa, həm beynəlxalq hüququn normalarına əsaslanır. Ermənistan tərəfi isə əksinə, keçmiş prezidentlərin və indiki baş nazirin dili ilə azərbaycanlılarla birgə yaşamağın mümkün olmadığı kimi irqçi fikirlər təlqin edir.
Bu gün Ermənistanın yeni hökuməti Paşinyanın simasında deyir ki, Ermənistanı idarə edən adamlar cinayətkardır. Paşinyana qədər 20 il ölkəni idarə edənlər cinayətkardırsa, bu ölkə cinayətkar ölkədir. Paşinyanın hakimiyyət dövrü bitdikdən sonra yeni gələn hakimiyyət əminik ki, bu sözləri Paşinyan hakimkiyyəti üçün deyəcək.
Bütün realıqların göz önündə olmasına baxmayaraq ötən bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar yazılıb. Bu gün bir sıra beynəlxalq media qurumları bir başa erməni lobbisinin nəzarəti altındadır. Ölkəmizə hər tərəfdən olan təzyiqlərə baxmayaraq Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir. Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad etmişdir. Ölkə Prezidenti öz çxışında sonuncu azad edilmiş yaşayış məntəqələrinin siyahısını açıqlamışdır. Şanlı Azərbaycan Ordusu tərəfindən azad edilən yaşayış məntəqələrinin sayı 150-yə yaxınlaşır. Beş ilə işğal olunmuş, təxminən 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan ordusunun qüdrətinin göstəricisidir. Bu qüdrət Ali Baş Komandan İlham Əliyevin atdığı qətiyyətli, hər cür vəziyyətə hesablanmış uzaqgörən siyasətin qələbəsidir.
Ali Baş Komandan özünün hər nitqində qeyd edir ki, biz bu torpaqları əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına azad edirik. Azərbaycan xalqını qürurlu, cəsarətli, yenilməz xalq kimi həm döyüş meydanında, həm siyasi müstəvidə dünyaya təsdiqləmişik. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıbdır. İlham Əliyev çıxışında yeni reallığı qeyd edərək bildirmişdir ki, dünya artıq əvvəlki dünya deyil, güc amili ön plana çıxır. Ermənistanın havadarları bu saxta dövləti xilas etmək istəyirlərsə, desinlər ki, çıxsın torpağımızdan. Azərbaycan xalqı bu münaqişədə ədalətsiz mövqe tutanları unutmayacaq. Azərbaycan tərəfi bir tərəfdən atəşkəs deyib digər tərəfdən Ermənistana silah göndərilməsinə səssiz qalmayacaq. Prezidentin xəbərdarlıqları kifayət qədər konkret və ünvanlıdır. Beynəlxalq hüquqa, xalqın həmrəyliyinə söykənir. Gələcəkdə Azərbaycanda iqtisadi maraqları olan dövlətlər ədalətli mövqe tutmayacaqları halda əməkdaşlıq edilməyəcəyi haqda xəbərdar olunurlar. Bu, ikinci Qarabağ müharibəsi başlayandan Prezidentin xalqa 5-ci müraciəti idi, amma bu dəfə daha sərt və açıq danışdı. Prezidentin həmsədrləri – Bakıya təzyiq edən, müharibəni dayandırmağımızı istəyən, Ermənistanı silahlandıran böyük dövlətlərin açıq şəkildə ifşa etməsi cəbhədəki vəziyyətə uyğundur. Bu müraciətdə bu qədər emosional notlarla köklənmiş çıxış həlledici məqamın yetişdiyini göstərir. Prezident müraciətdən bir gün əvvəl Mərkəzi Komanda Məntəqəsində keçirilən müşavirədə yubanmaları tənqid etməsi ilə orduya “vaxt itirməyin” göstərişi verərək, düşmənə son zərbəni hazırlayır. Həlledici məqamda mane olacaq ölkələrə də F-16-ları xatırlatmaqla son mesajını göndərir. Bir daha məlum oldu ki, işğala son qoymaq üçün sona qədər gedəcəyik: ola biləcək danışıqlar, yaxud atəşkəs sadəcə formal xarakter daşıyacaq, masada müzakirə gedərkən, əsgər cəbhədə döyüş tapşırığını yerinə yetirir. Vətən müharibəsi qələbəyə qədər davam edəcək. İlham Əliyev cənabları bir ay ərzində itirilmiş torpaqların mühüm hissəsində ölkəsinin bayrağını, xalqının milli ruhunu, qürurunu, özünə inamını, Ali Baş Komandanı olduğu ordusunun qüdrətini, Prezidenti olduğu ölkəsinin nüfuzunu, master-klass səviyyəsində müsahibələri ilə beynəlxalq imicini, xalqa müraciətlərində isə xalqın qəlbindəki məqamını ucaltdı.
Beləliklə, cənab Prezidentin verdiyi mesajlar həm Azərbaycan cəmiyyətini səfərbər etməyə, həm Ermənistanda daxili ziddiyyətləri körükləməyə, həm də Ermənistanın himayədarlarının beynəlxalq ictimai rəydə diskreditasiyasına hesablanıb. Müşahidələr göstərir ki, qarşıya qoyulmuş məqsədlərə əsasən nail olunur, amma vətəndaş cəmiyyəti institutları və medianın bu istiqamətdə səfərbər olmasına indi hər zamankından daha çox ehtiyac duyulur. Bu səbəbdən hər bir azərbaycanlı öz üzərinə düşən vəzifələrin öhdəsindən bu çətin günlərdə layiqincə gəlməyə çalışmalıdır. Ali Baş Komandanın yürütdüyü siyasət xalq tərəfindən bir mənalı şəkildə dəstəklənir və xalq öz prezidentinin ətrafında bu gün daha sıx şəkildə toplaşmışdır. Bu gün xalq əmindir ki, ölkə prezidentinin yürütdüyü düşünülmüş siyasət bizi zəfərə aparır. İndi Azərbaycan ordusu öz Ali Baş Komandanlığınının rəhbərliyi altında misli görünməmiş qəhrəmanlıq dastanı yazır. Yolun açıq olsun Azərbaycan əsgəri!
İradə Rüstəmova,
Nəsimi rayonunda yerləşən “Qərənfil” körpələr evinin müdiri.