Türkiyədə epidemioloji vəziyyətin pisləşməsi səbəbilə aprelin 29-dan mayın 17-dək “tam qapanma!” rejimi tətbiq ediləcək.
Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunları üzrə telemüraciətində deyib.
Ərdoğan bildirib: "Biz aprelin 29-u saat 19:00-dan mayın 17-si saat 05:00-dək "tam qapanma" rejiminə keçirik".