Kimlərinsə "qarışqadan fil düzəltmək" EŞQİ - Əslində Suraxanı Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən Doğum Evinin baş həkimi Zalxa Osmanova KİMDİR...

13:52 13.10.2025 459

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən KİV istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma-filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırıamaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli acıqlamalarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə acıqlamaların qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada "alim" olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı, əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq, qərəzsizlikdən söhbət gedirsə, onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon valı kimi eyni mövzunu təkrarlayan "blogerlər" isə hələ də yeni hec nə araşdırıb ortaya qoya bilmirlər. Halbuki, həmin çeynənmiş acıqlamalarda göstərilən şər və böhtan xarakterli məlumatlar Suraxanı Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən Doğum Evinin baş həkimi Zalxa Osmanovanın haqqında iftira və böhtanlar kimi məhkəmə predmeti ola bilər və nəticəsi hec də həmin "jurnalist"lər ücün yaxşı bitməz. 

Suraxanı Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən Doğum Evinin baş həkimi Zalxa Osmanovanı tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır. Müdriklər demişkən, “Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, nümunəvi təşkilatcı- rəhbər Suraxanı Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən Doğum Evinin baş həkimi Zalxa Osmanovadır.

...Bu gün rayonda onu hamı tanıyır. Bəli, hər kəs onu tanıyır, sevir və dəyərləndirir. Onu sevənlər və ona rəğbət bəsləyənlər illərdir ki, bu adamı harada işləməyindən asılı olmayaraq peşəkar kadr kimi məşğul olduğu sahələrdə, ictimai-siyasi prosesdə aparıcıl şəxslərdən biri kimi qiymətləndirir. Onun həyat yoluna diqqət yetirəndə sadədən aliyə doğru pillə-pillə, tədricən, haysız-küysüz yüksəldiyini, ucaldığını görürsən. O, bu ucalmağa, yüksəlməyə yorulmaq bilmədən çalışması, zəhməti, yuxusuz gecələri hesabına nail olmuşdur.

...Zalxa Osmanova həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan kadrlardandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Zalxa Osmanovanın həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

...Zalxa Osmanova calışdıgı sahədə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

...Mübaliğəsiz demək olar ki, Zalxa Osmanova rayonda fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə borc bilən bir ziyalı kimi tanınır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.


Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Suraxanı Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən Doğum Evinin baş həkimi Zalxa Osmanova xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir.

Tam səmimiyyətlə demək istəyirik ki, Suraxanı Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən Doğum Evinin baş həkimi Zalxa Osmanovanın  bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, onun barəsində şər və böhtan xarakterli informasiyalar yayan "jurnalist"lərə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yaydırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yayılanlarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə acıqlamalara dodaq büzür və sifariş adlandırırlar.

Yayılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yayılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə qarışqanı filə döndərmək bu adamlar üçün peşəyə çevrilib, indi də nala-mıxa vurub Suraxanı Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən Doğum Evinin baş həkimi Zalxa Osmanovanın gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun! Utanın cənablar, utanın!



Azərinform.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib