Kimlərinsə "qarışqadan fil düzəltmək" EŞQİ - Əslində 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədov KİMDİR...

12:51 8.03.2025 47
Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən KİV istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma-filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırıamaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli acıqlamalarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə acıqlamaların qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada "alim" olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı, əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq, qərəzsizlikdən söhbət gedirsə, onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon valı kimi eyni mövzunu təkrarlayan "blogerlər" isə hələ də yeni hec nə araşdırıb ortaya qoya bilmirlər. Halbuki, həmin çeynənmiş acıqlamalarda göstərilən şər və böhtan xarakterli məlumatlar 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədovun haqqında iftira və böhtanlar kimi məhkəmə predmeti ola bilər və nəticəsi hec də həmin "blogerlər" ücün yaxşı olmaz.

Akif Məmmədovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır. Müdriklər demişkən, “Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, nümunəvi təşkilatcı- rəhbər 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədovdur.

...Bu gün bölgədə onu hamı tanıyır. Bəli, hər kəs onu tanıyır, sevir və dəyərləndirir. Onu sevənlər və ona rəğbət bəsləyənlər illərdir ki, bu adamı harada işləməyindən asılı olmayaraq peşəkar kadr kimi məşğul olduğu sahələrdə, ictimai-siyasi prosesdə aparıcıl şəxslərdən biri kimi qiymətləndirir. Onun həyat yoluna diqqət yetirəndə sadədən aliyə doğru pillə-pillə, tədricən, haysız-küysüz yüksəldiyini, ucaldığını görürsən. O, bu ucalmağa, yüksəlməyə yorulmaq bilmədən çalışması, zəhməti, yuxusuz gecələri hesabına nail olmuşdur.

...Akif Məmmədov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan kadrlardandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Akif Məmmədovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

...Akif Məmmədov calışdıgı sahədə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

...Mübaliğəsiz demək olar ki, Akif Məmmədov rayonda fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə borc bilən bir ziyalı kimi tanınır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.


Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir.

Tam səmimiyyətlə demək istəyirik ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, onun barəsində şər və böhtan xarakterli informasiyalar yayan "blogerlərə" xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yaydırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yayılanlarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə acıqlamalara dodaq büzür və sifariş adlandırırlar.

Yayılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yayılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə qarışqanı filə döndərmək bu adamlar üçün peşəyə çevrilib, indi də nala-mıxa vurub 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədovun görüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun! Utanın cənablar, utanın!



Azərinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:29

“Uğur 777” klinikası ilə bağlı narahatlıqlar artır: xəstələrin şikayətləri səngimir - FOTOLAR

22:20

Özəl Baxçalıya cavab verdi: İmamoğlunun həbsi ilə bağlı nə düşünürsüz?

21:29

TDT sədri İsa Kaplan Bakıdan türk dünyasına səsləndi: " Biz birlikdəyiksə, güclüyük... Birlikdəyiksə, Turanıq!"

20:58

Trampın Poroşenkoya Krımla bağlı qəribə sualı...

19:43

Keçmiş şöhrətini yenidən bərpa edən təhsil ocağı...

15:52

Türkiyəyə xəyanət və Əliyevin sərt addımı...

21:10

Türk dövlətlərinin bu qərarı təəssüfləndirici haldır - İşçi Qrupun sədri

13:21

55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - Video

20:08

Yaslarla bağlı qadağalar geri qayıdır? – Artıq zamanı çatıb…

20:04

Nazir deputat seçilən xanımın yerinə onu təyin etdi

13:41

Xırdalan şəhər 1 saylı orta məktəbində NƏ BAŞ VERİR ...

12:42

Sabirabad Xəstəxanasında Həsən Hüseynov RÜZİGARI - Qazi qollarını niyə kəsib-doğradı...

12:22

Azərbaycan Beynəlxalq Universitetinin binası sökülür - EKSKLÜZİV

15:30

“Nar”müəllimlər üçün mobil rabitə təlimi keçib

14:30

“Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda

11:11

Prezidentlərin təkbətək görüşü başladı

11:07

MŞ-dən “Kanal S”də baş verənlərlə bağlı açıqlama

11:05

Təcili: Kreml və Ağ Evin Ərdoğana hədiyyəsi

15:49

Kübarlıqla şəfqətin vəhdətini yaradan həkim...

20:01

Türkiyədə KRİTİK gün – analitik proqnoz verdi

16:30

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümü başlayır

16:21

İmamoğlunun saxlanılması: “Ərdoğan yeni prezidentin adını “açıqladı” – İlginc

12:33

“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir!

20:00

İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

12:06

Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!

21:43

DƏHŞƏT❗İKİ QARDAŞIN HƏYAT HEKAYƏSİ - Cəlilabadda nə baş verir? - VİDEO

14:14

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

13:45

Yeni nazir icra başçısının yerinə təyinat etdi - FOTO

16:00

“Nar” region qadınlarının şəxsi inkişafına dəstək olur

13:48

Avropa nüvə planını AKTİVLƏŞDİRDİ – Köhnə qitədə III Dünya Savaşına hazırlıqlar BAŞLAYIR

13:42

Partiya yoldaşları Trampa QARŞI ÇIXDI – “Ukraynaya yardım dərhal bərpa OLUNMALIDIR”

20:17

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib

18:00

“Bakcell” xanım jurnalistləri 8 Mart münasibətilə təbrik etdi - Fotolar

15:00

“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi