CIRAQ KİMİ ADAM... - Sadəcə Tahir müəllim...

21:38 16.08.2024 339
Qnun haqqında saatlarla, günlərlə danışmaq, yazmaq olar. Əziz oxucum, bu yazını sadə bir jurnalistin tanınmış bir xalq adamı - Millət vəkili olan vəzifəli şəxs barədə iltifatı, mədhiyyəsi, təmənnalı münasibəti kimi yox, uzun illər müşahidələrinin nəticəsi olan səmimi bir yazı kimi qəbul etməyinizi rica edirəm. O, zəngin təfəkkürünün məntiqiliyi, natiqliyi, əməldə fəzilətçilik və xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində həm öz peşəsini, həm də insanlıq zirvəsini fəth edib. Bu zirvə yalnız müdriklik səlahiyyəti verilən insanlara nəsib ola bilər. O, bir çoxunun dərdinə dərman, ürəyinə təpər, işinə yarayan, insanın düşüncəsinin aydınlığını, şəffaflığını, saflığını sevən ziyalımızdır. Belə adamlarla ünsiyyətdə olanda onun münasibətini üzünün zəif, təlatümsüz təbəssümündən sezmək olur. O, heç kəsə ağır söz deməz, yaraya köz basmaz. O, yaxşı bilir ki, tikanlı söz qəlbi qırır, sındırır, insanın ruhi-aləmini zədələyir.

Söhbət YAP tərəfindən 86 saylı Ağcabədi seçki dairəsi üzrə Milli Məclisin üzvlüyünə namizədliyi irəli sürülən Tahir Rzayevdən gedir. O Tahir Rzayevdən ki, sözünün qədir-qiymətini bilir. O Tahir Rzayevdən ki, sözü zərgər dəqiqliyi ilə seçir və onu hədəfə vurur. O Tahir Rzayevdən ki, sözünün ağasıdır. O Tahir Rzayevdən ki, sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçdikcə, zaman dəyişdikcə, hamı zamana uyğun hərəkət etməyə çalışır. O isə dəyişməzdir. Ona görə də Tahir müəllim daim qərarlı, sakit, iradəli, səriştəli və seçmək qabiliyyətinə malik, seçdiyini sevən, ona vurulan, ona tapınan bir adamdır, adamlar adamı... 

...Bəli, Tahir Rzayev hadisələri saf-çürük etməyi, onun səbəblərini aşkara çıxarmağı, çevik hərəkətlə ona cavab verməyi bacaran adamdır. Bu çeviklik ona cəsarət, güc, şərəf verir. Həqiqətən Tahir müəllim sadə, təbii bir insandır. O da var ki, onun haqqında yazmaq, danışmaq çətindən də çətindir. Cünki Tahir müəllim haqqında deməyə söz həddən artıq çoxdur. Onun şəxsiyyəti haqqında o qədər faktlar var ki, insan bilmir hansını desin, hansını yazsın. O, xeyirxahlığı, prinsipiallığı və mərhəmətliliyi özündə təcəssüm etdirən nurlu bir simadır. Onun zəkası, istedadı, həyat tərzi, dünyaya və özünə münasibəti, sözün həqiqi mənasında cöxlarına örnək ola bilər.
QISA TANIŞLIQ

1950-ci il fevralın 24-də Ağcabədi rayonunun Xəlfərəddin kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 21 kitabın və elmi məqalələrin müəllifidir. Rus dilini bilir.

1968–1970-ci illərdə hərbi xidmət keçmiş, 1970-ci ildən Ağcabədi rayonunda tikinti idarələrində fəhlə, 1971-ci ildən «Sürət» qəzetinin ədəbi işçisi, 1977-ci ildən rayon Komsomol Komitəsinin ikinci katibi, birinci katibi, 1982-ci ildən Rayon Partiya Komitəsinin təlimatçısı, 1987-ci ildən Rayon İcraiyyə Komitəsi sədrinin birinci müavini, Rayon Partiya Komitəsinin ikinci katibi, 1989−1994-cü illərdə Rayon Yemçilik Birliyində fəhlə, «Ülfət» qəzetində ədəbi işçi, «Aran» qəzetində şöbə müdiri işləmişdir. 1994–1999-cu illərdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının köməkçisi, İcra Hakimiyyətinin şöbə müdiri, 1999– 2001-ci illərdə Ağcabədi şəhər bələdiyyəsinin sədri vəzifələrində çalışmışdır.


Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.


İkinci, üçüncü, dördüncü və beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.


Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Ekvador, Əfqanıstan, Norveç, Pakistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.


Evlidir, 3 övladı var.

 
...Burada bir haşiyə çıxmaq istəyirəm. Dahi şairimiz Nizami Gəncəvinin “Xeyir və Şər” mənzum hekayəsindəki ibrətamiz faktlar diqqəti daha çox cəlb edir. Onun “Yeddi gözəl” poemasında Cin şahzadəsinin söylədiyi bu hekayətdə xeyirlə şərin mübarizəsi əks etdirilir. Əsərdə Xeyir, kürd və kürdün qızı xeyirxah qüvvələr, xeyirxahlığı təmsil edən surətlərdir. Şər isə burada pisliyi, mənfiliyi əks etdirir.

Susuz səhrada Xeyir bir içim su üçün Şərə yalvarır, ona qiymətli ləl təklif edir. Lakin Şər öz adı kimi iş görərək nəinki Xeyirə su vermir, əksinə, gözlərini də çıxararaq onu tək-tənha qoyub gedir. Xeyiri bir kürd qızı xilas edir. Gözlərini isə qızın atası sağaldır. Xeyir bunların yanında qalaraq bir ailə kimi yaşayır. Kürd ona öz doğma övladı kimi münasibət göstərir, qızını da Xeyirə verərək bütün var-dövlətini onun sərəncamına verir. Xeyir, kürd və kürd qızı arasında olan münasibətlər təmənnasız olub, əsl xeyirxahlıq nümunələridir. Onların hər birinin xeyirxahlığı cavabsız qalmayıb, digəri tərəfindən yüksək qiymətləndirilir.
Xeyirin yaxşı işləri bununla bitmir. O, öz ölkəsinə qayıdarkən adına uyğun hərəkət edərək xəstə şah qızını sağaldır, heç bir təmənna güdmür. Ona var-dövlət təklif edən şaha Xeyir belə söyləyir:


Heç şeydə yox gözüm qoca dünyada,
Mənim verəcəyim dərman-dava da
Allah rizasına veriləcəkdir.

Mənfur Şərin isə əsərdə aqibəti öz xasiyyətinə uyğun olur, onun xəyanət üzərində qurulan səadəti heçə dönür, puç olur.

Hekayə şərin, zülmün uzun sürməyəcəyinə, xəyanətkar adamın gec-tez cəzaya çatacağına oxucunu inandırır. İnsan səadətinə yüksək qiymət verən şair xoşbəxtliyin qədrini bilməyi, insanlara bir-birinə arxa, dayaq olmağı, həyatı gözəlliklər və dünya nemətlərindən birlikdə faydalanmağı tövsiyə edir.


Hekayədə bir daha təsdiq olunur ki, xeyirxahlıq, yaxşılıq, düzlük, ədalət zərbələrə məruz qala bilər, əzilə bilər, lakin heç vaxt məhv edilə bilməz. Vicdanı pak, nəfsi təmiz olan insanlar heç vaxt xeyiri məhv etməyə qoymazlar. Bəşəriyyət həmişə insanlığa bəla kəsilmiş şərə qarşı mübarizə aparmalı, xeyirxahlığı, ədaləti yaşatmalı, şəri, zülmü məhv etməlidir.

Həmişə bu məsəli çəkəndə istər-istəməz Tahir Rzayevin həyatda etdiyi saysız-hesabsız yaxşılığı yada düşür. Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək Tahir müəllimin əqidə manifestidir. Onun yaxşılıq etdiyi insanların sayını müəyyənləşdirmək çox çətindir. O, insanlara qayğı göstərir, onların işinə yarayır. Bu, onun həyatını mənalandırır, dəyərini, qiymətini yüksəldir. Tahir Rzayev sözün həqiqi mənasında, bir çox insan üçün ümid və inam yeridir.
Bəli, Tahir müəllim kimi adamlar elədikləri yaxşılıqlarda, başlarını sığalladıqları yetimlərin dualarında, qollarından tutub qaldırdıqları kimsəsizlərin ruhlarında yaşayıblar, yaşayırlar… Tahir müəllim də bax beləcə ömür sürən ziyalılarımızdandır.  O, hədisiz dərəcədə sadə, alicənab, təvazökar insandır.

Tarixdə nə baş verirsə, onu insan edir. İnsanın yaratdığı böyük dəyərlərə qiymət verərkən biz tarixdən kənara çıxırıq. K.Yaspers yazırdı: “Biz insanı özünün yaratdığı nəhəng əməllərdə görərkən tarixin sərhədini keçirik; bu əməllərlə insan varlığı tapıb başa düşür və onu başqaları üçün də əlçatan edir”. Tahir Rzayevin həyatinın, fəaliyyətinin özəyini məhz bu ali məqam əhatə edir.

Tahir müəllim bütün zamanlarda öz ləyaqətini, izzəti-nəfsini qoruyub saxlaya bilib. Görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin belə bir fikrini yada salmaq çox vacibdir: “Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir həmişə mənim qəlbimdə yaşayır. Ona görə də Tahir Rzayev etdiyi yaxşılıqları, qayğıkeş əməlləri, xeyirxah və inamlı işləri onu insanların qəlbində daim ucaldır, zirvələrə qaldırır. Onun insanlara qarşı həmişə səmimi, xeyirxah və qayğıkeş olması bizim üçün əbədi bir örnəkdir.


Tahir Rzayev işində həddən artıq tələbkardır. O, biganəliyi xoşlamır. Elinin-obasının qədrini biləndir, xalqa xidməti həyatının məna və məqsədi hesab edir. Tahir müəllim saf əqidəsi, məsləki olan millət vəkili olub və olacaqdır. Onun əqidəsi həmişə humanizmə, həqiqətə, ədalətə söykənib. O, öz müdrikliyi, zəkası, dünyanı dərketmə qabiliyyəti ilə həmkarlarından fərqlənən xalq adamıdır, ən əsası agsaqqal-ziyalıdır.

Antik dövr filosofu Epikürün şagirdlərindən onları müəllimə bağlayan nədir, – sualına şagirdləri belə cavab veriblər: “Bizi Epikürə bağlayan onun həmişə özü-özünə bərabər olmasıdır”. Bu epitet tamamilə Tahir Rzayevə aiddir: o həmişə özü-özünə bərabərdir, təkrarsızdır – həmişə Tahir RzayevdirTahir müəllim həmçinin insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran şəxsiyyətdir. O, adamlar arasında özünün xoş olduğu ən ülvü keyfiyyətləri ilə seçilən-sayılan nüfuz sahibidir. Təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeşdir.

Sokratdan soruşardılar: “İnsanda ən çox nəyi qiymətləndirirsən?” Filosof tərəddüd etmədən “İnsaniyyəti, insana layiq keyfiyyətləri”- deyə cavab verərdi. Hər bir insan üçün insaniyyətə tam sahib olmaq ən böyük şərəfdir. Məhz Tahir müəllimlə təmasda olarkən həmişə onun söz-söhbətlərindən, davranışından, özünə münasibətdə belə bir fikir nur kimi ətrafa yayılır: “İnsanlar, adam olun, bu Sizin birinci vəzifənizdir!”. Tahir müəllimin anlatmaq istədiyi saf əqidə və məslək məhz budur!

Bəli, Tahir Rzayev rahat həyat sürmək üçün kiməsə, nəyəsə əyilən deyil. Həm də var-dövlət toplamaq üçün. Cünki Tahir müəllimin həm maddi, həm də mənəvi xəzinəsi bir çox həmkarlarından üstündür. O, sözdə, əməldə, davranışda, düşüncədə, fikirlərdə əsl ziyalı - xalq adamı olmagı nümayiş etdirir. O, bu zirvədə uca, əzəmətli, qədd-qamətlidir! Və bu qamət, bu vüqar, bu əzəmət ona həmişə yaraşıb, yaraşır və yaraşacaqdır...

***
86 saylı Ağcabədi seçki dairəsi üzrə Milli Məclisin üzvlüyünə namizəd olan Tahir Rzayevin daha bir yaxşı keyfiyyəti isə jurnalistlərin də ürəyini fəth edə bilməsidir. Heç zaman onlardan "qaçmır". Onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Həm də dəqiqliyi, obyektivliyi, qərəzsizliyi çox sevir və hamıya da bunu tövsiyə edir. Deyir ki, ağa ağ, qaraya qara demək lazımdı. Yalan məlumatlar cəmiyyətə, insanlara zərər gətirər.

...Bəli, Tahir müəllim nə qədər sadə, səmimi, alicənab adamdır. Bilmirəm, onun xalq adamı - ziyalı kimi portretini az da olsa cıza bildimmi? Belə adamlar haqqında yazmaq həqiqətən cətindir. O, sözün həqiqi mənasında cıraq kimi adamdır. 

Allah təaladan istəyimiz odur ki, Tahir Rzayev kimi insanları pənahında saxlasın. Bizim xalqın, Vətənimizin belə qeyrətli, dəyanətli, mərd adamlara ehtiyacı var. Tanrı Sizi qorusun, Tahir müəllim! Tanrı Türkü qorusun! Amin!!!


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir