"Ağ çiçəyim" Şirkətlər Qrupunun rəhbəri Hacı Ceyhun Əliyevin haqqında BİR NECƏ KƏLMƏ SÖZ...

20:09 24.07.2024 652
Hər bir mətbu orqan, KİV qarşısına məqsəd qoyur. Və bu məqsədə çatmaq üçün dünya təcrübəsinə söykənən jurnalistikanın prinsiplərinə əməl etməlidir. Əsl reşəkar jurnalist qəbul olunmuş bu prinsiplərə əməl edtməlidir. Bəli, jurnalist var ki, öz yaradıcılığında prinsiplərə söykənir, jurnalist də var ki, prinsiplərdən qaçır, özü istədiyi kimi hərəkət edir. Onun məqsədi qarayaxmaq, faktı özünə sərf elədiyi kimi oxuculara çatdırmaq, lazım gələndə şərh etmək, bir sözlə, aranı qızışdırmaqdır. O, bununla yalnız öz çevrəsinin "hörmətini" qazana bilər.

Qərəzsiz olmaq üçün qərək vicdanlı olasan, yalana yol verməyəsən və əlində olan faktları yalnış göstərməyəsən. Yanlışlığa yol verilibsə, etiraf edib düzəltməlisən. Peşəkar Jurnalistlər Cəmiyyətinin Etik Koteksində çox aydın yazılıb: "Buraxılan səhvləri tez və bütövlükdə düzətmək lazımdır". Amma təəssüf ki, bəzi yazılarda qərəzliliyin şahidi oluruq. Qazanc xatirinə, reytinq xatirinə yalan uyduran jurnalistlərin bir qismi açıq-aşkar qərəzli mövqedən çıxış edirlər. Bu da narazılıq doğurmaya bilməz. M.Ə.Rəsulzadə "Mətbuat azadlığı" məqaləsində yalan, qərəzli mətbu orqanlar barədə yazırdı: "Öz xeyirləri üçün cürbəcür yalanlar, qərəzli qara fitnəkarlıq və iftiralar dərc edən mətbuat pozğun mətbuatdır, nəşrdir. Bu cür ədəbiyyat ancaq və ancaq pul qazanmaq naminə nəşr olunur, onların puldan başqa qayələri yoxdur".

Bəli, müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri indi iş adamını müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün iş adamlarının böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala Onun haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən "Ağ çiçəyim" Şirkətlər Qrupunun rəhbəri Hacı Ceyhun Əliyev vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən İŞ ADAMlarındandır.

Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir əzizlərim. Heç bilirsiniz kimə şər atırsınız? Həmin şər atdığınız adam millətimizin yetişdirdiyi barmaqla sayılacaq ziyalılardan biridir. Şər atdığınız adam sıradan bir şəxs deyil, böyük bir şirkətin rəhbəridir. Bəli, O, əsl el-oba adamıdir, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlıdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır. Şər-böhtan atdığınız adam bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır.

Dostlarımız olan KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı belə münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar "Ağ çiçəyim" Şirkətlər Qrupunun coxsaylı kollektivi tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, "Ağ çiçəyim" Şirkətlər Qrupunun rəhbəri Hacı Ceyhun Əliyev ölkə ictimaiyyəti tərəfindən sevilir, hörmətlə qəbul ədilir. Çünki, o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur xalqa məxsusdur. Baxın, ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan verərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

P.S.

 "Azerinform.az" olaraq bəzilərinin diqqətinə çatdırırıq ki, cox hörmətli "Ağ çiçəyim" Şirkətlər Qrupunun rəhbəri Hacı Ceyhun Əliyevin bizim müdafiəmizə ehtiyacı yoxdur.

Möhtərəm həmkarlarım, sadəcə elə yazın ki, sonradan yazdıqlarinıza görə peşiman olmayasınız!!!

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:56

7 yaşlı Nihat ağır xəstədir - Ana xeyirxah insanlardan yardım gözləyir

12:01

“Tapdıq Əlibəyli sözün gözü ilə” kitabının təqdimatı keçirilib

16:14

"TAPDIQ ƏLİBƏYLİ SÖZÜN GÖZU İLƏ" - YENİ KİTAB

19:36

Müasir düşüncə, yeni texnologiyalar, yeni hədəflər - Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva

12:26

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü