ATİAHİ-nın Balakən rayon Komitəsində Ramazan Molulov RÜZİGARI - Səttar Mehbalıyevin nəzərinə!

22:33 10.01.2024 1 021
ATİAHİ-nın Balakən rayon Komitəsi hazırda bu sahədə çalışan insanların hüquqlarının qorunmasında, onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasında heç bir əhəmiyyətli rol oynamır.

Azərinform.az-a daxil olmuş məlumatlarda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Balakən rayon Komitəsinin sədri Ramazan Molulovun fəaliyyətinə qarşı ciddi iradlar öz əksini tapmaqdadır. Mənbələrin iddiasına görə komitə sədri İttifaqın rəhbərliyi səviyyəsində həyata keçirilən əksər maxinasiyaların ən fəal iştirakçılarından biri kimi tanınır. Məlumdur ki, AHİK-nın sədri Səttar Mehbalıyev həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbəridir. Məhz bu səbəbdən dəBalakənrayon Komitəsinin fəaliyyəti bilavasitə Səttar Mehbalıyevin kurasiyasına aid edilir.

Aldığımız məlumatlarda bildirilir ki, bu gün Ramazan Molulov Baləkən rayonu üzrə təhsil şöbəsi müdirləri ilə birgə bir çox maxinasiyalarda iştirak edib. Qeyd olunur ki, uzun illər komitənin vəsaitlərinin mənimsənilməsi və istirahət evlərinə göndəriş vərəqələrinin (putyovka) verilməsi xüsusunda həyata keçirilən müxtəlif maxinasiyaların sayəsində hazırda bu şəxs kifayət qədər zəngin insana çevrilmişdir. (Bu mövzuda növbəti sayımızda geniş məlumat verəcəyik.)

Mənbələrin verdikləri məlumatlara görə, ATİAHİ-nın Balakən rayon Komitəsi hazırda bu sahədə çalışan insanların hüquqlarının qorunmasında, onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasında heç bir əhəmiyyətli rol oynamır. Bu səbəbdən də komitənin sədri Ramazan Molulovdan müxtəlif instansiyalara ünvanlanan şikayətlərin sayı durmadan artır. Açıqlamalarda qeyd olunur ki, hər ay ittifaq üzvlərinin ödədikləri vəsaitlərin təyinatı illər əvvəl olduğundan kəskin şəkildə fərqlənir. Belə ki, əgər bir vaxtlar bu pullara müəllimlər Rusiyanın müxtəlif kurort və sanatoriyalarda istirahətə göndərilirdilərsə, indi bu vəsaitlər də, elə ölkə daxilində fəaliyyət göstərən müalicə-istirahət ocaqları da həmkarlar rəhbərlərinin şəxsi mənafeylərinə xidmət edir. Biz bir daha AHİK-nın məqsəd və məramlarının açıqlandığı məlumatlarda təqdim olunan bəzi əsas konsepsiyaları diqqət mərkəzinə çəkmək istəyirik: “Həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər...” Lakin bu gün Balakəndən aldığımız məlumatlara görə, bu bölgədə hansısa bir hüququ ATİAHİ-nın Balakən rayon Komitəsi tərəfindən müdafiə və ya bərpa olunmuş vətəndaş tapmaq demək olar ki, mümkün deyil.

Açıqlamada deyilir: “Həmkarların Balakən rayon Komitəsi indiyədək heç bir təhsil işçisinin hüquqlarını müdafiə etməyib. Amma əslində bu gün Balakənin təhsil sistemində vəziyyət tamamilə başqa cürdür. Yəni, həmkarlar komitəsinin öz üzvlərinin hüquqlarını qoruması qalsın bir tərəfə, Ramazan Molulov hələ üstəlik təhsil sektorunun rəhbərliyinə bu hüquqların pozulmasında köməklik də göstərir. Başqa sözlə desəm, həmkarların Balakən rayon Komitəsi bu gün faktiki olaraq, Balakən rayonu üzrə təhsil sektorunun müdirinin əlində müəllimlərə qarşı əsil təhdid alətinə çevrilməkdədir. Daha doğrusu, uzun illər bu belə olub, rayon təhsil şöbəsinə rəhbərlik etmiş müdirlər bu alətdən birbaşa məktəb direktorlarına qarşı, onlar isə öz növbələrində, artıq müəllimlərə qarşı gen bol istifadə edirlər.

Məsələn, əgər hər hansı bir məktəb direktoru, müəllim və yaxud digər bir təhsil işçisi sektor müdirinin növbəti maxinasiyalarından birinə qarşı etiraz etməyə və ya həmin maxinasiyada bilavasitə onun üçün nəzərdə tutulmuş müəyyən hərəkəti yerinə yetirməkdən boyun qaçırmağa qalxarsa, bu zaman çox qısa müddət ərzində həmin şəxsin işindəmi, davranışındamı mütləq bir “pozuntu” aşkar olunacaq. Bundan sonra isə, həmin əməkdaşın məsələsinə artıq birbaşa həmkarlar komitəsinin islasında baxılacaq və ona qarşı hətta işdən çıxarılmasına qədər, müəyyən qərar qəbul ediləcək. Bu vəziyyət də, təbii ki, Ramazan Molulovun bütün qanun pozuntularında və maxinasiyalarda təhsil şöbələrinin müdirləri ilə əlbir olmasının nəticəsi kimi formalaşıb...”

Ardı var.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Azərinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:20

İctimai rəy, media məsuliyyəti və HÜQUQİ REALLIĞ: DÖVLƏT MƏMURLARI ŞANTAJ OLUNUR...

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır