Xırdalan şəhər 3 nömrəli məktəb-liseydə "Zəfər Günü"nə həsr olunmuş tədbir keçirilib/VİDEO/FOTO

05:50 5.11.2023 2 367
Abşeron rayonunun ümumtəhsil məktəblərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Xırdalan şəhər 3 nömrəli məktəb-liseydə baş tutmuşdur. Tədbirdə Abşeron rayonu üzrə Təhsil Sektorunun nümayəndəsi, məktəbin müəllim və şagirdləri, valideynlər, şəhid ailələri iştirak ediblər.

Azerinform.az xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Tədbirdə cıxış edən məktəb-liseyin direktoru Sevinc xanım Məmmədəliyeva bildirib ki, 27 sentyabr 2020-ci il tarixdə təcavüzkar Ermənistanın yenidən təxribatlara başlamasına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün Vətən müharibəsinə başlayıb. 44 günlük hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməklə təcavüzkar Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib. Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycan Ordusu qəhrəmanlıq salnaməsi yazdı. Bu ədalətli savaşımızda hər biri bir qəhrəman olan oğullarımız Vətən torpaqlarının azadlığı uğrunda canından keçdi. Vətən müharibəsində ən müasir hərbi texnikalardan məharətlə istifadə edən Azərbaycan Ordusu dünya hərb tarixində yeni səhifə yazdı. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.

Abşeron üzrə təhsil sektorunun metodisti, Şəhid Hüseyn Nəcəfzadənin anası Könül xanım tədbirdə çıxış edərək, Vətən müharibəsində qazanılan Zəfərdən söz açıb. O, xalqın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, torpaqlarını işğaldan azad etdiyini vurğulayıb.

Sonra məktəb-liseyin direktor müavini Məhruq Camalova cıxış edərək Vətən müharibəsində qazanılan qələbəni son 200 ildə Türk dünyasının ən şanlı tarixi adlandıraraq qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman ordumuzun rəşadəti sayəsində Azərbaycan bütün dünyada qalib xalq kimi tanındı. Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi hər zaman əziz tutulacaqdır.


Məktəb-liseyin məzunu Vətən müharibəsi şəhidi Qurban Cəfərzadənin anası Məlahət xanım söz alaraq, Şanlı Zəfərin qazanılmasında övladının da payının olmasından qürur duyduğunu ifadə edib. O, "Zəfər Günü"ndə bütün şəhidlərin ruhunun şad olduğunu, Zəfərə aparan yolun Vətənə olan sonsuz sevgidən qaynaqlandığını qeyd edib.


Sonda məktəblilərin ifasında ədəbi bədii kompazisiya  davam edib.


Xatırladaq ki, maraqla qarşılanan tədbirin təşkilatcıları Məhruq Camalova və Aygün Xəlilavadır.

















Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko