Mən Fahişəyəm - BƏS SİZ KİMSİNİZ?!

12:06 7.05.2017 17 282
Mən Fahişəyəm  - BƏS SİZ KİMSİNİZ?!

Salam.

Sizinlə ilk və son dəfə danışıram, çünki mən bir dəfə danışacam və demək istədiyim bütün sözlərimi bu bir dəfəyə sığışdırmağa çalışacam. Alınacaqsa, yaxşı olacaq, alınmayacaqsa, deməli ikinci dəfədən də alınmayacaq və hər dəfə yazıb uzunçuluq etməyəcəm, onsuz da vaxtım yoxdur. Oğlumun toyuna başım qarışıb.

Mən orta yaşlı bir qadınam, indi bir oğlum, bir qızım var. Qızım ərdədir, bu yaxınlarda bir oğlu da oldu. Allah sizə də qismət eləsin. Oğlumu da bu yaxınlarda evləndirəcəm, evə gəlin gətirəcəm. Allah sizə də qismət eləsin. Amma demək istədiyim sizə ailə səadəti haqqında deteksiya oxumaq yox, mənim fahişəliyimdən danışmaqdır. Mən fahişəyəm. Bəli, mən fahişəyəm. Başqa cür başa düşməyin, mən təmiz qadınam, ömrüm boyu ərimdən başqa kimsənin mənə əli dəyməyib, ərimdən başqa kişi üzü görməmişəm, ərimdən başqa kişini arzulamamışam, ərə gedənə qədər də heç gələcək ərimin üzünə də baxmamışam. Amma mən yenə də fahişəyəm, bədənlərini pula satanlardan daha çox fahişəyəm.

Mən universitetlərin birində dekan işləyirəm, mən hər sessiya zamanı miqdarı kiloqramlarla olacaq qədər pullar rüşvət alıram. Mən universitetin yuxarı pillələrinə satılmışam, vəzifəmə görə satılmışam, deməli arada pul məsələsi var, gəlirimə görə, puluma görə satılmışam, fahişəlik edirəm, amma özümə də qalsın deyə, daha artıq rüşvət alıram. Fahişə olmasa idim, məni vəzifəmdən azad edəcəkdilər, oğlumu Polis Akademiyasına düzəldə bilməyəcəkdim, qızıma cehiz yığa bilməyəckdim. Çox işlərim var, onların heç birini həyata keçirə bilməyəckdim. Rüşvətin təəssübkeşi çox zaman mən özüm oluram. Dəniz qırağında bağımız var, onu təmir etdirmək lazımdır. Qış gəlir, təzə xəz şuba almaq lazımdır. Keçən il geyindiyimi geyinsəm, bütün nəslin arvadları qeybətimi edəcəklər ki, o boyda vəzifədə işləyir, özünə bir şuba da ala bilmir. Mənim nəyim onlardan əskikdir ki? Amma məsələnin başqa tərəfindən danışmaq istəyirəm- mən fahişəyəm. Mən nəsillikcə fahişəyəm, mən anadan da, atadan da fahişəlik öyrənmişəm. Mənim kimilər yaşadığım cəmiyyətin əsasını təşkil edir.

Mən Fahişəyəm  - BƏS SİZ KİMSİNİZ?!

Həmişə universitet tələbələrinin mənim haqqımda dişlərinin dibindən çıxanları demələri, divara mənim adımı, adımın yanında da “q...bə” sözünü yazmaları məni əsəbiləşdirsə də, mən qəlbimin ən dərin guşəsində bu sözə sevinmişəm, mən o sözdən həzz almışam. Məndən bu cəmiyyətdə çoxdur. Bizim hamımız o sözdən həzz alırıq.

Mən fahişəyəm, çünki qızımı da özümə oxşatmışam. Səhiyyə Nazirliyində, lisenziya bölməsində işləyir. Lisenziyanın qiyməti 5000 manat olsa da, həkimlərə onu 11000 manata verir, 11000 manatın 5000 manatı büdcəyə gedir, 6000 manat isə qızım və ondan yuxarıdakılar arasında bölüşdürülür. Qancıq necə də mənə oxşayır. İtin qızı maşallah, əsil mənəm, elə bil məni 20 il cavanlaşdırıblar. Qızım elə bil mənim burnumdan fırt eləyib düşüb, necə də mənim kimi qeybət edir, necə məharətlə camaatın arasının vurur, qohumu qohuma düşmən edir, qonşunu qonşuya.

Qohumumuzun oğlu xristianlığı qəbul etmişdi, qızım maşallah, bircə qeybətlə oğlanla ailəsinin arasını vurdu. Qızım ərinin və özünün aldığı rüşvətlərdən yığdığı pullarla ticarət mərkəzinə paltar almağa gedərkən oğlanı kilsəyə gedən görüb. Eləmə tənbəllik, qancıq balası evə gələn kimi aldığı paltarları yadından çıxarıb əlinə telefon götürdü, bütün qohum-qonşuya o oğlandan danışdı, aləm dəydi bir-birinə. Bəs düz edir də! Atası-babası xristian olmadığı halda xeyir ola o uşaq xristian olmalıdır? Qızım çox şeydə mənə oxşayıb. Mənim etdiklərimi təkrarlayır- ziyanverici həşəratları dünyaya gətirir.

Mən Fahişəyəm  - BƏS SİZ KİMSİNİZ?!

Oğlum maşallah atasına da, mənə də çəkib. Cəmiyyətimə layiq fahişələr ailəsinin layiqli davamçısıdır. 6000 manata qoymuşam onu polis patrulu işləsin. Maşallah, atasına çəkib oğr...ş. İndi polis patrulu işləyir, şəhərin asayişini qoruyur. Belə "oğr...ş" deməyimə baxmayın, o çox qeyrətli oğlandır, hətta atası kimi bığ saxlamaq fikrindədir. Keçən dəfə azyaşlı qızla şəkil çəkən oğlanı tutub idarəyə aparırdı ki, niyə “maloletka” ilə şəkil çəkdirirsən. Oğlan ona deyirdi ki, azyaşlı qızla heç bir əxlaqsız hərəkət tərkibi olmadan şəkil çəkdirmək qanunla qadağan edilməyib. Oğlum elə bilirsiniz inandı ona? Əvvəlcə 40 manat dedi, sonra güc-bəla ilə 10 manat alıb əl çəkdi. Əslində mən başa düşmürəm, qeyrət, namus olan yerdə nə qanun? Vallah, oğlum ömründə heç bir kitab da oxumayıb, hər şeyi pul ilə yola vermişik, aldığımız rüşvət pullar özlərinə gəlməmiş onları yenə də rüşvət şəklində ötürmüşük, amma oğlum indi qanun keşikçisidir. İndiki zəmanədə nə kitab? Sovet dövrünün tör-töküntüsüyük bəyəm? Biabır olarıq biz. Çünki bir oğul kimi bilir ki, qanun elə onun içindəki nəsil qanunlarıdır. Hər bir qeyrətli oğul bilməlidir ki, küçədə pivə içmək olmaz, çünki başqasının qızı var, gəlini var. İndi nə bilsin sən əlindəki pivəni içəndən sonra nə edəcəksən? Hələ mən onun butulkasından danışmıram.

Ona görə də oğlum belə şeylərin qarşısını bir oğul kimi layiqincə alır, həm rəisinə günlük rüşvət planını verir, həm də çörək pulu qazanır. Əcəb də edir! Nə etməlidir? Sabah, biri gün arvad alacaq, oğul-uşaq sahibi olacaq. O ziyanverici həşəratları, o murdar küçükləri yedirtməyə çörək tapmalıdır, ya yox? Mən belə fahişə övlad böyütdüyüm üçün hər gün sevinirəm. Əgər mən fahişəyəmsə, əgər cəmiyyətim mənim kimilərdən ibarətdirsə, deməli uşaqlarım da mənim kimi fahişə olmalıdırlar.
Əslində “fahişə” sözü məni tamlığımla əks etdirmir, “fahişə” sözü mənim heç yarım qədərini də bildirmir, əslində mən özümə “q...bə” demək istəmişəm, sadəcə adət-ənənəmizə uyğun olaraq yalandan etik pərdələrlə pərdələnməyi sevdiyimdən, bunu etməmişəm, amma siz bunu nəzərə alın.

Mən artıq kifayət qədər qocayam, qarnımdakı it yuvası yeni-yeni küçükləri bəsləyib dünyaya gətirmək iqtidarında deyil, amma mən vaxtı ikən bunu etmişəm, ona görə də canım rahatdır və bir fahişə kimi də özümdən çox razıyam.



Santak (İlkin Hüseyn)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:47

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi