"İranla bağlı mühim qərar verilə bilər"

12:31 14.02.2017 1 847
"İranla bağlı mühim qərar verilə bilər"
Hüquq elmləri professoru, Prezident Administrasiyasının sabiq sektor müdiri, politoloq Rüstəm Məmmədovla müsahibəni təqdim edirik:

– Rüstəm müəllim, son günlər bölgədə dinamik siyasi-hərbi proseslər müşahidə edilir. Türkiyə-Amerika münasibətləri start götürən kimi Rusiya Əl-Babda türk əsgərlərini bombaladı. Yaxın gələcəkdə Türkiyə-Rusiya və ABŞ-Türkiyə münasibətləri hansı xətt üzrə irəliləyəcək?
– Əslində sizə deyim ki, hazırda bu suala cavab vermək elə də asan məsələ deyil. Çünki qəliz proseslər gedir. Başqa sözlə, bu gün Türkiyə-Amerika və Türkiyə-Rusiya münasibətləri hələ formalaşma prosesindədir. Söhbət münasibətlərin yeni və müasir çağırışlara uyğun formada müəyyənləşməsi prosesindən gedir. Ona görə də, buna dəqiq qiymət verilməsi bir qədər zaman istəyəcək. Amma ümumi olaraq deyə bilərəm ki, Türkiyə Amerikadan nə istəyir və qarşı tərəfə buna hansı reaksiya verir. Ankara istəyir ki, Fətullah Gülən başda olmaqla bu xətdə olan şəxslər Türkiyəyə təhvil verilsin. Və Amerika Türkiyəyə qarşı siyasətdə səhv etdiyini etiraf etsin. Bunu isə Amerika etmir və çox güman ki, etməyəcək də. Ancaq Donald Tramp deyib ki, ABŞ böyük ehtimalla Güləni Türkiyəyə verəcək. Bu o deməkdir ki, ABŞ da Türkiyə ilə bağlı yeni münasibətlər axtarışındadır.
Rusiya-Türkiyə münasibətləri isə bir qədər fərqlidir. Zənnimcə, Ankara Rusiyanı itirmək istəmir. Eləcədə, Moskva Türkiyəni itirmək istəmir. Odur ki, ruslar Türkiyə ilə Amerika arasında olan danışıqlara isti yanaşmır. Rusiya Türkiyədən daha çox etiqad və sədaqət gözləyir. Bu günə qədər əslində Rusiya-Türkiyə münasibətləri həm də Ərdoğan-Putin münasibətlərinin üzərində qurulub. Mən onu deyə bilərəm ki, bu gün Türkiyə Rusiyaya qarşı kifayət qədər sədaqət nümayiş etdirir. Bunun çoxmu və ya azmı davam edəcəyini gələcək göstərəcək. Ancaq məmim fikrimcə, Türkiyə Rusiyadan imtina etməyəcək.

– Bir sıra mütəxəssislər hesab edir ki, hansısa mərhələdə türklər ruslardan imtina edərək yenidən Amerika ilə münasibətlərini genişləndircək…
– Mən buna inanmıram. Amerikanın Türkiyə siyasətində böyük yanlışlıqlara yol verilib. İnanmıram ki, ABŞ bu yanlışlıqlarını etiraf edərək dilə gətirsin və Ankaranı özü tərəfə çəksin. Məncə, Amerika bunu etməyəcək. Odur ki, indi Türkiyə Amerika siyasətinə qətiyyən inanmır.

– Bölgədə həm də İran faktoru var. Qafqazın ənənəvi oyunçuları olan İran, Rusiya və Türkiyə həm də Suriya mövzusunda əməkdaşlıq edir. Yeni ABŞ prezidenti isə Tehranı terroristlərin yuvası adlandırır. Bu mənada yaxın gələcəkdə hansı proseslər baş verə bilər?
– Hesab edirəm ki, Amerika-İran münasibətlərində kəskinlik mütləq olacaq. Hətta mənə elə gəlir ki, İranla müharibə də baş verə bilər. Türkiyə İranla münasibətləri korlamaq niyyətində deyil və bu istiqamətdə irəliləməyəcək. Türkiyə-İran münasibətləri korlanmamalıdır və korlanmayacaq. Amma İranla münasibət Amerika üçün açıq qarşıdurmaya çevrilir. Prezident Tramp inauqurasiya mərasimində İranı ciddi şəkildə tənqid etdi. Hazırda Tehran-Vaşinqton münasibətləri gərginləşən xətt üzrə inkişaf edir. Hesab edirəm ki, bu müharibə fazasına qədər inkişaf edə bilər.


– Prezident Obama İranla 5+1 formatında nüvə danışıqları apardı və razılaşma əldə etdi. Hansı səbəblərdən Tramp Administrasiyası İranı dünya üçün təhlükə mənbəyi elan edir?
– Siz İsrail faktorunu yaddan çıxarmayın. Bu gün İrandan hamıdan çox çəkinən İsraildir. Prezident Tramp isə İsrailə böyük önəm verir. Bu o deməkdir ki, Amerika seçkilərində İsrailin ciddi təsiri faktoru var. Tramp da İsrail faktorundan ciddi sürətdə istifadə etməyə çalışır. Odur ki, yeni Amerika Administrasiyası İsraili qorumaq naminə İrana qarşı istənilən addıma gedə bilər.


– İran son 30 ili sanksiyalar altında yaşayıb və iddialarından imtina etməyib. Bu baxımdan İrana qarşı hansı tədbirlər görülə və bu ölkə ram edilə bilərmi?
– Bundan sonra İrana qarşı tədbirlər və reaksiyalar şiddətlənə bilər.


– Hərbi faza?
-Bəli, mənim fikrimcə, hərbi faza gözlənilir. Çox güman ki, hərbi faza modeli Amerika tərəfindən araşdırılır.


– Bu halda Rusiyanın mövqeyi nədən ibarət ola bilər?

– Aydındır ki, Rusiya İranı verməyə deyil, qorumağa çalışacaq.


– Deməli yaxın gələcəkdə bizim də olduğumuz bölgədə gərgin proseslər yaşanacaq…
– Bəli, çox gərgin dövr ola bilər. Qarşıdurma gözləniləndir.


– O halda bunun Azərbaycana hansı təsirləri ola bilər?
– İrana qarşı kimi nə hərəkət etsə, təbii ki, bunun Azərbaycana təsiri olacaq. Söhbət ancaq iqtisadi münasibətlərin dayanmasından getmir. Əgər qonşuya kimsə hücum edəcəksə, başına bomba yağdıracaqsa, bu istənilən halda bizə təhdiddir. Məncə, İrana qarşı ediləcək təhdid orada çoxsaylı miqrantların yürüşünə səbəb ola bilər. Yəni Azərbaycana miqrant köçü ola bilər. Məncə, bizim üçün ən böyük təhlükə budur.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

17:33

Akademik Mustafa bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayevin barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir