General-mayor Vasyak: Ermənistanın “böyük hərbi qüvvələri”nin növbəti uğursuz avantürası

16:14 27.02.2017 1 246
General-mayor Vasyak: Ermənistanın “böyük hərbi qüvvələri”nin növbəti uğursuz avantürası
“İrəvanın və Xankəndinin hərəkətlərinə siyasi qiymət verməyə ehtiyac yoxdur. Çünki onların öz hakimiyyətini istənilən yolla qoruyub-saxlamaq üçün “ağıllı strategiyaları” barədə bu gün hətta evdar qadınlar və məktəblilər də bilir. Məni isə hərbçi insan kimi, bu il fevralın 25-nə keçən gecə cəbhədə baş vermiş toqquşmaların soyuqqanlı təhlili daha çox narahat edir.
Çox az adam bilir, amma Ermənistan rəhbərliyi tərəfindən hərbi dairələr qarşısında cəbhədə, heç olmasa, hər hansı bir lokal uğur qazanmaq barədə tapşırıq qoyulub. Ermənistandan xüsusi təyinatlı bölmələrin döyüş əməliyyatları zonasına atılması və qoşunların təmas xəttində saysız-hesabsız və ardı-arası kəsilmədən diversiya hərəkətlərinə cəhdlər buna sübutdur”.
azerinform.az Trend-ə istinadən xəbər verir ki, bunu ehtiyatda olan general-mayor Aleksandr Vasyak deyib.
General-mayor Vasyak: Ermənistanın “böyük hərbi qüvvələri”nin növbəti uğursuz avantürası
Onun sözlərinə görə, hətta təcrübəsiz oxucu da diversiya hərəkətlərinin əks olunduğu və bizim KİV-lərdə nümayiş edilmiş videokadrlarla dəfələrlə şəxsən tanış ola bilib:
“Belə hallarda ermənilərin cinayətkar niyyətlərini pozmaq üçün Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi tərəfindən adi əks-tədbirlər görülür: növbətçi qüvvələr və vasitələr təyin olunur, müşahidə hər tərəfdə gücləndirilir, tələlər, pusqular qurulur, düşmənin fəal tapşırıqları yerinə yetirə bilməməsi üçün digər tədbirlər görülür. İstənilən hərbi mütəxəssis bu barədə bilir. Ona görə də Ermənistanın rəsmi nümayəndələrinin və Vitalik Balasanyan kimi başabəla strateqlərinin Azərbaycanın hücum əməliyyatlarının qarşısının alınması kimi bəyanatları heç bir tənqidə sığmır. Özünüz mühakimə edin.
Məgər kiçik bir qrupla (üç (!) hərbi qulluqçu ilə) hücuma keçmək olar? Məgər Azərbaycan Ordusu bu gün hücum qruplaşmaları yaratmağı və onların hücuma keçməsini savadlı şəkildə planlaşdırmağı bacarmır? Məgər tabeçiliyində olanları xilas etmək üçün irəli atılan və düşmən tərəfindən hücuma və gülləbarana məruz qalan Azərbaycan zabitlərinin qəhrəmancasına hərəkəti hörmətəlayiq deyil? İndi düşmən artıq neçənci dəfədir ki, yenə də öz hirsini onların üstünə tökərək ordumuzun döyüş meydanında qalmış hərbçilərinin cəsədlərini çıxarmağa imkan vermir.
Qədim zamanlardan bəri qarşıdurma tərəflərinin döyüşünün nə qədər qanlı olmasına baxmayaraq, günəşin batmasından sonra döyüş meydanında qalmış meyitlərin və yaralıların götürülməsi qəbul edilmişdi. Məgər qədimliyini iddia edən ermənilər bu ənənə barədə bilmirlər?”
General qeyd edib ki, bizi qaniçənlikdə, vəhşilikdə, insana nifrətdə ittiham edən ermənilər özləri döyüş meydanında həlak olanlara hörmətlə bir araya sığmayan ən alçaq əməllərə kimi yuvarlanıblar: “Hətta ATƏT-in Minsk qrupunun həmsədrlərinin müraciəti də onlara təsir etmir. Hərçənd, İrəvan özünün bütün rəsmi bəyanatlarında onların qərarlarının yerinə yetirilməsinə sadiqliyini qeyd edir.
Yaxşı, indi bu “şanlı” erməni ordusu kiminlə döyüşür? Onların “sərhədlər”inə hücum edən mifik Azərbaycan qoşunları ilə, yoxsa həlak olan, amma öz borcunu sonadək yerinə yetirmiş və düşmənin cinayətkar planını pozmuş döyüşçülərlə? Ermənistanın cinayətkar rejimi cəbhədə istənilən planlaşdırılmış təxribat ətrafında hay-küy salmaqla, Azərbaycanın “aqressiyası”na dair mövcud olmayan faktlar barədə saxta məlumatlar yaymaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyətində status-kvonu qoruyub saxlamağa, Azərbaycan ərazilərinin işğalına görə məsuliyyətdən yayınmağa və döyüş əməliyyatlarının bərpasına görə öz gühanını “xəstə başdan sağlam başın üstünə” atmağa çalışır”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...