Prezident İlham Əliyev cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncam imzalayıb

02:22 11.02.2017 883
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılıb. Həmçinin cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir İKT-dən istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması tapşırılıb.

Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi və s. istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək barədə Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyə edilib, Ədliyyə Nazirliyinə tapşırıq verilib.

Həmçinin Ədliyyə Nazirliyinə Probasiya xidmətinin təşkili ilə əlaqədar təkliflərini bir ay, elektron nəzarət vasitələrinin tətbiqi məqsədilə normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair təkliflərini Baş Prokurorluq ilə birlikdə bir ay, məhkumların ictimai işlər növündə cəzanı çəkməkdən yayınmasına şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən qanun layihəsini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Baş Prokurorluğa həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə, digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünü araşdırmaq, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatları müstəsna hallarda həbsin tətbiqinə dair cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda vermək tövsiyə edilib.

Məhkəmələrə tövsiyə olunub ki, həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar, bununla bağlı təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar və cəzanın təyin edilməsi əsaslarına dair Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər.

Ali Məhkəməyə tövsiyə edilib ki, həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsini mütəmadi ümumiləşdirsin və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etsin.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə isə Ədliyyə Nazirliyinin təklifləri əsasında penitensiar xidmətin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə tam komplektləşdirilməsini təmin etmək tapşırılıb.

Sənədə əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, elektron nəzarət vasitələrinin tətbiqi ilə əlaqədar maliyyələşmə məsələlərini Ədliyyə Nazirliyinin və Baş Prokurorluğunun təklifləri əsasında həll etsin, məhkumların məntəqə tipli cəzaçəkmə müəssisələrində saxlanması və təminatına dair Cəzaların İcrası Məcəlləsinin müddəalarına riayət olunmasının təmin edilməsi məqsədilə tikinti və təchizat işlərinin yerinə yetirilməsi üçün vəsaitin ayrılması mümkünlüyünə baxsın, ictimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydasını təsdiq etsin və bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:42

Kimlərinsə köhnə palan ici tökmək "EŞQİ..." - Əslində 9 saylı RETSİ-nin rəisi Oqtay Şahmurov KİMDİR

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

23:33

Alim və oftalmoloq

01:44

Görkəmli oftalmoloq-alim, böyük ziyalı - ZƏRİFƏ XANIM ƏLİYEVA - ANIM...

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu

17:15

Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir

23:01

Navalnı necə öldürülüb? - Bu informasiyanı verəcək şəxsə 50 min avro vəd edildi

22:59

Kemeron: “Putin Ukrayna ilə bağlı səhv edib”

22:57

Prezident onu nazir müavini təyin etdi - FOTO

22:54

Paşinyanın partiyasından Zelenski AÇIQLAMASI

22:53

Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub

16:32

“Nar”ın dəstəyi ilə Şəkərbura Şou Olimpiya Kubokunun finalı keçirilib

12:26

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

23:36

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədidə gənclərlə görüş keçirib