Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üçüncü iclası keçirilib

17:10 22.02.2017 1 028
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üçüncü iclası keçirilib
Fevralın 22-də Baş nazirin müavini Əli Əhmədovun iştirakı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üçüncü iclası keçirilib.
Milli.Az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Milli Əlaqələndirmə Şurasının fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlərin görüldüyünü və qarşıda hələ bir çox mühüm vəzifələrin dayandığını bildirib.
İclasda BMT ilə Azərbaycan hökuməti arasında sıx işbirliyinin olduğu vurğulanaraq, bu ilin iyul ayında nəzərdə tutulmuş BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ilkin hesabatının hazırlanması prosesi barədə Milli Əlaqələndirmə Şurasının sədr müavini, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin təqdim etdiyi məlumat müzakirə edilib. Qeyd olunub ki, xüsusilə ərzaq təhlükəsizliyi, səhiyyə, sağlam həyat, gender bərabərliyi və digər məqsədlər ətrafında ciddi hazırlıq işləri aparılmalıdır.
Həmçinin BMT Baş Məclisinin sədri Peter Tompsonun təşəbbüsü əsasında Təhsil Nazirliyi tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif təhsil pillələri və səviyyəsi üzrə tədris proqramlarına daxil edilməsi məsələsi də nəzərdən keçirilib. BMT-nin fəaliyyət planına uyğun olaraq Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi prosesi üçün müxtəlif qruplarla görüşlərin, simpoziumların, konfransların keçirilməsi barədə təşkilati tədbirlər müzakirə olunub.
İclasa yekun vuran Baş nazirin müavini Ə.Əhmədov Milli Əlaqələndirmə Şurasının Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri üzrə ilkin hesabatının nəzərdə tutulan vaxtda hazırlanması üçün müvafiq dövlət qurumlarına tapşırıqlar verib.
İclasda cari məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko